Zəngəzur qartalı (film, 2012)
Zəngəzur qartalı — Qarabağ tarixində dərin iz qoymuş el qəhrəmanlarından olan Sultan bəy Sultanov haqqında film.
Zəngəzur qartalı | |
---|---|
Janr | tarixi |
Rejissor | Əlinasir İmanlı |
Ssenari müəllifləri | Ənvər Çingizoğlu |
Operator | Əlinasir İmanlı |
İstehsalçı | "Turantelefilm" |
İlk baxış tarixi | 12 mart 2013, DTv |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 45 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012 |
Rəng | rəngli |
Məzmun
1919-cu ilin fevral ayında Sultan bəy Laçının Zabux dərəsində Andronikin təxminən 30 minlik daşnak ordusunu darmadağın etmiş, bununla da Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst etmişdir. Bundan sonra Zabux dərəsi "Qanlı dərə" adlandırılmışdır.
Sultan bəy və onun qardaşı — Azərbaycan Demokratik Respublikasının ilk hərbi naziri, ikinci hökumətdə əkinçilik naziri və Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanovun yalnız Zəngəzur və Qarabağın deyil, Dərəlyəz, Basarkeçər və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında əvəzsiz xidmətləri olmuşdur.
Filmdə söhbət açılır ki, hələ sağlığında əfsanəvi xalq qəhrəmanı adı qazanan Sultan bəy çox təəssüf ki, sovet hakimiyyəti qurulduqdan sonra mühacir həyatı yaşamışdır. Mühacirət həyatının ilk illərində İranda olmuş, lakin sonralar Sovet imperiyasının göndərdiyi cəsuslar tərəfindən təqib olunduğundan 1923-cü ildə Türkiyəyə keçmişdir. Sultan bəy 1955-ci ildə Türkiyənin Qars vilayətinin Köçqoy kəndində vəfat etmişdir.
Filmdə tarixçilərin və yaxın qohumlarının dili ilə Sultan bəyin qəhrəmanlıq səhifələri vərəqlənir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Ənvər Çingizoğlu
- Rejissor: Əlinasir İmanlı
- Operator: Əlinasir İmanlı
- Montaj: Nicat Rasimoğlu
- Mətni oxuyan: Eldost Bayram
- Məsləhətçi: Ziyadxan Nəbibəyli
- Redaktor: Erkin Əzimzadə
- Direktor: Cambulat Əlizadə
Arxiv kadrlarda iştirak edənlər
- Sultan bəy Sultanov (şəkil) (titrlərdə yoxdur)
- Xosrov bəy Sultanov (şəkil) (titrlərdə yoxdur)