Zəngəzur armudu
Zəngəzur armudu (lat. Pyrus zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Zəngəzur armudu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Maleae Yarımtriba: Malinae Cins: Növ: Zəngəzur armudu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təbii yayılması
Ermənistanda (Basarkeçər rayonu Məzrə kəndi, Sav-Çay dərəsi) yayılmışdır.
Botaniki təsviri
Budaqları çılpaq, iynəsiz, qonur qabıqla örtülmüş (yaşlandıqda bozumtul olur) 10 m-ə qədər hündürlükdə ağacdır. Yarpaqların üstü yaşıl, alt tərəfi açıq yaşıl, ellipsvaridən enli-lansetvariyədək, aşağı hissəsi enəlmiş, uzunluğu 5-9 sm, eni 3-5 sm-dir. Yarpağın ucu küt və ya bir az biz, kənar dişlidir. Tumurcuqların uzunluğu 0,5 sm-dək, ensiz-konusvaridən yumurtavariyədək. Aprel-may aylarında çiçəkləyir, avqust-sentyabr ayları arasında isə meyvəsi yetişir. Meyvələri armudşəkilli və ya təxminən şar şəkilli, bərktəhər, lətində çox miqdarda bərk hüceyrəlidir, sancaqvari qalınlaşmış saplaqlıdır. Meyvələrin diametri təxminən 1,5 sm, qalxanlarda 7-8 ədəd yerləşir.
Ekologiyası
İşıqlı qarışıq meşələrdə, daşlı-qayalı quru yamaclarda, aşağı və orta dağ qurşaqlarında, çay vadilərində rast gəlinir.
Azərbaycanda yayılması
Kiçik Qafqazda və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
Yaşıllaşdırmada tək və qrup əkinlərdə istifadəsi məqsədyönlüdür. Meyvəsi yeyinti sənayesində geniş istifadə olunur.