Zəncirotu
Zəncirotu və ya acıqovuq (lat. Taraxacum) — mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik bitki cinsi. Yoğunlaşmış kökləri tipik şaqulidir. Kökətrafı yarpaqları rozet şəkillidir. İçiboş yarpaqsız gövdələrinin ucunda bir çiçək qrupu (səbətcik) əmələ gəlir. Çiçəyi qızılı-sarı, ikicinsiyyətli, meyvəsi toxumçadır. Köklərində süd şirəsi, yarpaq və çiçəklərində S, B2 vitaminləri, karotin var. Antarktidadan başqa bütün qitələrdə təsadüf edilir. Azərbaycanda 13 növü bitir. Bəzi növlərinin kökündə kauçuk var.
Zəncirotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superasterids Klad: Klad: Campanulids Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cichorieae Yarımtriba: Crepidinae Cins: Zəncirotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki xarakteristikası
Çoxillik ot bitkisi olub, qısa və lətli, kiçikbudaqlı olub, mil köklüdür. Yarpaq və kökətrafı çətiri çılpaq və ya dalğın-tükcüklü, uzunluğu 10–25 sm, dərin qayığabənzər-lələkli, tədricən daralan, uzun qanadlı saplaqdan ibarətdir. Çiçəkqruplarının uzunluğu 30 sm, silindrik, içiboş, kənarları çılpaq və yuxarıdan hörümçək toruna bənzər yumşaq tüklüdür. Çiçəkləri iri səbətdə toplanmaqla, diametri 5 sm-dir. Çiçəkləri ikicinsli, dilşəkilli və açıq-sarı rənglidir.
Çəmənlik, örüş, yol kənarlarında, küçə, imarət, park ətrafındakı alaq bitkiliyində və əkin sahələrində yaşayır.
Kökünün uzunluğu 2–15 sm, eni 0,3–3 sm, sadə və ya az budaqlanan, uzununa qırışıq, bəzən spiralşəkilli, həddən artıq burulmuş, sıx və ağırdır. Kökün mərkəzi böyük olmayan sarı və ya sarımtıl-qonur oduncaqdan ibarət olmaqla, ətrafı nəzərəçarpacaq dərəcədə gümüşü-ağ rəng əhatə etmişdir. Digər qatı qonur konsentrasiyalı və südəbənzər rəngli olur. Xaricdən rəngi açıq və ya tünd-qonur, iysiz, xoş tamlı və acı dadlı olur. Kökləri yazda bitkilər cücərən zaman (aprel və mayın əvvəli) və ya payızda (sentyabr-oktyabr) toplanılır. Kökləri şumun15–25 sm dərinliyində olur. Bərkimiş torpaqlarda, incə kökləri xeyli çox olub, müxtəlif süxurlar tərəfindən ovxalanır. Toplanılan sahələrdən təkrar tədarük edilməsi 2–3 ildən bir mümkündür. Köklərini torpağı qazaraq çıxarmaq lazımdır. Toplanılan nazik yan kökləri dərhal soyuq suya qoyulmalıdır. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda və ya 40–50ОС temperaturda quruducu şkafda qurudulmalıdır. Bu zaman nazik doğranmış xammal 3–5 sm qalınlığında sərilməli və mütəmadi olaraq çevrilməlidir. Bu halda çıxım 33–35%-ə qədər olur.
Anbar zərərvericilərindən qorumaqla, quru, havası yaxşı dəyişilən yerlərdə saxlanılmalıdır. Saxlanılma müddəti 5 ildir.[2]
İstinadlar
- Weber G. H., Wiggers F. H. Primitiae Florae Holsaticae.
- S. C. İbadullayeva, M. C. Qəhrəmanova, Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333