Zəncan üsyanı

Zəncan üsyanı1850-ci il dekabrın sonunda yatırılan üsyan.[1]

Zəncan üsyanı
Tarix 1850
Yeri Zəncan
İştirakçılar 15000

Məzmun

1850-ci ildə Zəncanda babilər üsyana qalxdılar. Şəhərdə babilərin sayı 15 min nəfərə çatırdı. Bundan əlavə, yaxınlıqdakı kəndlərin əhalisi də onlara qoşulmuşdu. Babilər şəhər qalasını tutdular. Şəhər iki hissəyə bölündü və babilər onun yarıdan çox hissəsini ələ keçirdilər. Vuruşlarda babilərin ailə üzvləri də iştirak edirdilər. Əsas etibarilə kəndli və sənətkarlardan ibarət olan babilərin içərisində çoxlu tacir və xırda ruhanilər də var idi. Ətraf kəndlərdən olan əhali üsyançıları gizli şəkildə ərzaqla təmin edirdilər.

Şah hökuməti tərəfindən üsyanı yatırmaq üçün göndərilən qoşun dəstələri iyunun əvvəlində Zəncanı mühasirəyə aldılar, lakin üsyançılar tərəfindən ciddi müqavimətə rast gələrək geri çəkilməli oldular. Dekabr ayında 30 minlik şah qoşunu və feodal dəstələri Zəncanı yenidən mühasirəyə alaraq hər tərəfdən hücuma keçdilər. Üsyançıların çoxu həlak oldu, onun başçısı Məhəmmədəli isə ağır yaralandı və üç gündən sonra vəfat etdi. Babilərdən yalnız 100 nəfəri sağ qalmışdı və onlar daha beş gün vuruşduqdan sonra şəhəri tərk etməyə imkan vermək şərtilə mübarizəni dayandırmağa razı olduqlarını bildirdilər. Bu təklifi qəbul etmələri haqqında Qurana and içmiş şah ordu başçıları, silahı yerə qoyan üsyançıların hamısını qırdılar. Beləliklə, 1850-ci il dekabrın sonunda Zəncan üsyanı yatırıldı.

İstinadlar

  1. Vahid Ömərov. "XIX əsrin sonu XX əsrin əvvəllərində Cənubi Azərbaycanda siyasi vəziyyət". Səs İnformasiya Agentliyi (az.). sia.az. 02.11.2012. 2017-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-03.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.