Zəkulla Bayramlı

Bayramlı Zəkulla Niftulla oğlu — filologiya üzrə fəlsəfə doktoru, füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi,[1] Füzulinin həyat və yaradıçılığı ilə bağlı çoxlu sayda əsərlərin müəllifi.[2]

Zəkulla Bayramlı
Bayramlı Zəkulla Niftulla oğlu
Doğum tarixi
Doğum yeri Qaravəlli, Ağcabədi rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yerləri Azərbaycan Müəllimlər İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Təhsili Gəncə Dövlət Universiteti

Həyatı

Bayramlı Zəkulla Niftulla oğlu 04 sentyabr 1965-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur.

Təhsili

  • 1972-1982-ci illərdə Qaravəlli kəndi orta məktəbində təhsil alıb.
  • 1990-ci ildə Gəncə Dövlət Universitetinin filologiya fakultəsini Azərbaycan dili və Ədəbiyyyatı ixtisası üzrə bitirib.
  • 1990-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitututunda aspiranturanı oxuyub.
  • 1994-cü ildə "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" mövzusu üzrə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb.

Elmi-pedaqoji fəaliyyəti

  • 1990-cı ildə Ağcabədi rayon Qaravəlli kəndi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
  • 1994-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır.
  • 2013-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda Klassik Azərbaycan Əbəbiyyatını tədris edib.
  • 1994-1998-ci illərdə Azərbaycan Radiosunun "Xarici ölkələrə verlişlər" studiyasının Güney Azərbaycan şöbəsində redaktor, böyük redaktor vəzifəsində çalışıb.

Yaradıcılığı

  1. Klassik Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsi;
  2. Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri təmaüllər;
  3. Füzuli yaradıcılığı və Şərq renessansı;
  4. Füzuli poeziyasının romantik özəllikləri;
  5. Füzuli poeziyası və Sufizm problemi;
  6. Füzuli nəsrinin sənətkarlıq xüsusiyyətləri.

Kitabları

  • "Füzuli yaradıcılığı və Çağdaş ədəbi-nəzəri fikir" (monoqrafiya), Bakı:Elm, 2010.
  • Səni kimə deyim kimə söyləyim... (şeirlər), Bakı:Elm, 2015.

İstinadlar

  1. "Bayramlı Zəkulla Niftulla oğlu". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-21.
  2. "Zəkulla BAYRAMLI, Monoqrafiya". 2016-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-21.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.