Zəkiyyə İsmayılova
İsmayılova Zəkiyyə Cəbrayıl qızı (d. 12 avqust 1941- Tovuz rayonu) — farmakologiya sahəsində ilk azərbaycanlı qadın elmləri doktoru (1991) və professoru (1992) [1]
Zəkiyyə İsmayılova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tovuz rayonu |
Vətəndaşlığı | azərbaycanlı |
Həyat yoldaşı | İlyas İsmayılov |
Uşaqları | Etimad, Mətin İsmayılzadə |
Elm sahəsi | Farmakologiya |
Elmi dərəcəsi | elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Alma-mater | Leninqrad Kimya-Əczaçılıq institutu |
Təhsili | Provizor |
Tanınır | Farmakologiya sahəsində ilk azərbaycanlı qadın alim |
Həyatı
Zəkiyyə İsmayılova 1941-ci il avqustun 12-də Tovuz şəhərində anadan olmuşdur. Ali təhsilini 1959-1964-cü illərdə Leninqrad Kimya-Əczaçılıq İnstutunda previzorluq ixtisası üzrə almışdır. Daha sonra Leninqrad Universitetinin hərbi kafedrasında (1965-66), Leninqrad Kimya-Əczaçılıq İnstitunun farmakologiya kafedrasında (1966-67) pedaqoji fəaliyyət göstərmişdir. 1967-ci ildən Zəkiyyə xanım Azərbaycan Tibb Universitetinin farmakklogiya kafedrasında assistent (1967-70), baş müəllim (1970-77), dosent 1977-91), 1991-94 illərdə kafedra müdiri vəzifələrində çalışmışdır. 1994-cü ildən isə həmin kafedranın professorudur. [2]
Zəkiyyə İsmayılova Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri İlyas İsmayılovun həyat yoldaşıdır.
Elmi iş və məqalələri
Zəkiyyə İsmayılova bir çox beynəlxalq elmi konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir. O, 143 elmi əsər və məqalənin, eləcə də, 5 ixtiranın müəllifidir.
Alimin elmi işlərindən bəziləri:
Elmi iş və məqalənin adı | Müəlliflər | Nəşr | |
1. | Эффективность фармакологической коррекции нарушенного лимфообра-щения сердца при остром инфаркте миокарда. | М.М.Ганиев, З.Д.Исмаилова, Г.Н.Гурбанов и др | Ж. Здоровя, 1996, №9, с.25-28 |
2. | About the role of calcium ions in im-mune reabilitation in food deprination and poisoning of the organism with sulphurons was. | Aliyev A.M.
Farajov A.N. |
Internationale Journal on Immunoreabilitation 1999, N. 12 Spain. Tenerife. 1-7 may p. 136. |
3. | Peritoneal intoksikasiya zamanı qara-ciyərin bəzi funksiyasında baş verən dəyişikliklər və ona mirisetinin təsiri. | G.Y. Hacıyeva, E.M. Musayeva, Z.C. İsmayılova | Azərbaycan Tibb jurnalı- 2007, № səh.-104-116. |
4. | Изучение антиоксидантной актив-ности флавоноидов кермека полукустарни-кового, произрастающего в Азербайд-жане | Е.А.Гараев, И.С.Мовсумов, М.Е. Мусаева, З.Д.Исмаилова | Украинский биофарма-цевтический журнал №4 (4) 2009, с.40-43, Харкив, Фармитек. |
5. | Изучение влияния мирицетина и его производных на антитоксическую функ-цию печени на модели перитонита | Е.А.Гараев, И.С.Мовсумов, Е.М. Мусаева, З.Д.Исмаилова | Украинский биофарма-цевтический журнал №1 (6) 2010, с.16-20, Харкив, Фармитек. |
İstinadlar
- "prof. İsmayılova Z. C." 2020-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
- Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.