Zəki İslam
Yusifov Zəki İslam oğlu (Zəki İslam; 10 avqust 1939, Cil, Krasnoselsk rayonu – 2018, Bakı) — Azərbaycan şairi, "Qızıl qələm" mükafatı laureatı.
Zəki İslam | |
---|---|
Zəki İslam oğlu Yusifov | |
Doğum tarixi | |
Doğum yeri | Cil, Göyçə mahalı |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Üzvlüyü |
Həyatı
Zəki İslam 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət kolxoz və sovxozlarda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatıdır. Şeirlərini əsasən dini mövzuda yazır. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifidir.
Zəki İslam məşhədi, kərbəlayi və hacıdır.
Əsərləri
- Göyçənin tonqalı sinəmdə yanır. Bakı: 1995.
- Əlim tanrı ətəyində. Bakı: Önər, 1995.
- Ziyarətgahlarım mənim. Bakı: 1996.
- Ziyarətgahlarım mənim. Tehran: 1997. (fars əlifbası ilə)
- Məktublar, cavablar, yeni şeirlər. Bakı: 2001.
- Seçilmiş əsərləri. I cild. Bakı: Asiya, 2005, 799 səh.
Məqalələri
- El şairi Miskin Abdal. "Günaydın" qəzeti, №27-28, 28-30 aprel və 1-4 may 1998-ci il.
Ədəbiyyat
- Misir Subatanlı. "Mən Vətəndə vətənsizəm". Mingəçevir: 2002, səh. 5-122.
- Savalan Talıblı. "Tanıdığım və tanımadığım Zəki İslam". "Kaspi qəzeti", №100 (1807), 11 iyun 2008-ci il.
Xarici keçidlər
- "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(7)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2011. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.