Zəkəriyyə Məmmədov
Zəkəriyyə Məhərrəm oğlu Məmmədov (29 iyun 1937, Ordubad – 21 iyul 2020) — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru.
Zəkəriyyə Məmmədov | |
---|---|
Zəkəriyyə Məhərrəm oğlu Məmmədov | |
Doğum tarixi | 29 iyun 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyul 2020 (83 yaşında) |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | biologiya-zoologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Zəkəriyyə Məhərrəm oğlu Məmmədov 1937-ci ildə Ordubad rayonunda anadan olmuşdur. Anası Məmmədova Səkinə Zəkərya qızı evdar qadın olub. Atası Məmmədov Məhərrəm Böyük Vətən müharibəsində həlak olub. 1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. 1960-cı ildən AMEA Zoologiya İnstitutunda işləyir. 1965-ci ildə "Entomologiya" ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olmuş, 1969-cu ildə "Naxçıvan MR şəraitində meyvə bitkiləri zərərvericilərinn parazitləri" mövzusunda namizədlik dissertasiyasını (Bakı), 1994-cü ildə isə "Azərbaycanda meyvə bitkilərinə zərərverən pucuqluqanadlıların parazitləri və onlardan bioloji mübarizədə istifadə olunma yolları" mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir.
1968–1971-ci illərdə "Bioloji mübarizə" laboratoriyasında kiçik elmi işçi, 1971–2006-cı illərdə həmin laboratoriyada böyük elmi işçi olmuş, 2006–2007-ci illərdə "Faydalı həşəratların introduksiyası və bioloji mübarizənin nəzəri əsasları" laboratoriyasının müdiri, 2007-ci ilin sentyabr ayından Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. Hal-hazırda laboratoriyada baş elmi işçi kimi fəaliyyət göstərir. 2020-ci il iyul ayının 21-i dünyasını dəyişmişdir.
Elmi fəaliyyəti
Z. M. Məmmədov institutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramlarına daxil olan bir neçə elmi tədqiqat mövzularının yerinə yetirilməsində iştirak etmişdir. Onlardan, "Azərbaycanda meyvə zərərvericilərinin entomofaqları", "Azərbaycanda alma güvəsinə qarşı bioloji mübarizədə ageniaspis parazitinin arealdaxili köçürülməsi", "Azərbaycanın Mil-Muğan zonasında pambıq sovkasının sayının tənzimlənməsində entomofaqların və entomopatogen mikroorqanizmlərin rolu", "Böyük Qafqaz zonasında bağ və meşə bitkilərinə zərərverən sovkalar, onlardan ən başlıca zərərverənlərə qarşı mübarizə tədbirlərinin elmi əsaslarının işlənib hazırlanması", "Azərbaycanın meşə senozlarında ksilofaqlar və onların sayının biotənzimlənməsində parazit və yırtıcı həşəratların rolu", "Azərbaycanda meyvə bitkilərinə zərərverən böcəklərin entomofaqları", "Böyük Qafqaz bölgəsində meyvə və meşə ağaclarına zərərverən uzunburun böcəklərin bioekoloji xüsusiyyətləri və parazitləri", "Böyük Qafqaz bölgəsində meyvə və meşə ağaclarının zərərvericilərinə qarşı bioloji mübarizədə entomofaqların arealdaxili köçürülməsi" və s.
Z. M. Məmmədov 1965-ci ildən indiyə kimi Azərbaycanın bölgələrində meyvə və meşə ağaclarının zərərvericiləri və onların entomofaqlarının müxtəlif aqrosenozlarda yayılmasını, qida əlaqələrini, bioekoloji xüsusiyyətlərini, zərərvericilərin parazit və yırtıcılarını aşkar etməklə, onlara qarşı bioloji mübarizənin elmi əsaslarını işləyib hazırlamışdır. Tədqiqatlar əsasında alınan nəticələr kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizədə tətbiq edilmişdir. Çoxillik tədqiqatlar nəticəsində meyvə bitkilərinə zərər verən 74 növ pulcuqqanadlı aşkar edilmişdir ki, bunlardan 16 növü Azərbaycan faunası üçün ilk dəfə qeyd olunur. Müəyyən edilmişdir ki, pulcuqqanadlıların 59 növü tumlu bitkilərə, 15 növü isə çəyirdəkli bitkilərə zərər verir. 10 növ zərərli pulcuqqanadlının 79 növ parazit cücü tərəfindən yoluxduğu aşkar edilmişdir. Parazitlərin 29 növü Azərbaycan faunası üçün ilk dəfə göstərilir. İlk dəfə olaraq Azərbaycanda 56 növ parazitin sahibi aşkarlanmışdır, bunlardan 12 növü Zaqafqaziya, 14 növü isə, keçmiş SSRİ ərazisi üçün yenidir. Zərərli pulcuqqanadlılara qarşı mübarizədə tətbiq olunmaq üçün 19 növ parazitin bioekoloji xüsusiyyətləri və yoluxduruculuq fəaliyyəti daha ətraflı verilmişdir. İlk dəfə olaraq alma və zolaqlı meyvə güvəsinə qarşı 3 növ parazitin laboratoriya şəraitində cənub anbar odlucası üzərində çoxaldılma yolları ageniaspis parazitinin isə alma güvəsinə və 2 növ yırtıcı həşəratın (suntomis, kolosoma) tək ipəksarıyana qarşı mübarizədə arealdaxili köçürmə üsulları işlənib hazırlanmış və tətbi olunmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə tövsiyə kimi təqdim edilmişdir.
Azərbaycanın Mil- Muğan zonasında pambıq sovkasının sayının tənzimlənməsində entomofaqların pambıq sovkasına qarşı inteqrasiya mübarizə üsulu təklif edilmişdir. İlk dəfə olaraq Azərbaycanda meşə ağaclarına zərərverən 37 növ ksilofaq və onları məhv edən 35 növ entomofaq aşkar edilmişdir ki, onlardan 7 növ ksilofaqın və 4 növ entomofaqın bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti öyrənilmişdir. 19 növ parazitin zərərvericilərə qarşı bioloji mübarizədə istifadə edilmsinin mümkünlüyünü qeyd etmişdir. Z. M. Məmmədov 95-ə yaxın elmi əsərin, o cümlədən 1 monoqrafiyanın (Azərbaycanda meyvə bitkilərinə zərərverən pulcuqluqanadlıların parazitləri və onladan biloji mübarizədə istifadə olunma yolları), 4 kitabçanın müəllifidir. Onun elmi və pedaqoji kadrların yetişdirilməsində xüsusi xidmətləri var. Hal-hazırda onun rəhbərliyi altında 5 aspirant müdafiə etmiş, 4 dissertant fəlsəfə doktoru və 1 dissertanat elmlər doktoru dissertasiyaları üzərində işləyir. O, 2003-cü ildən ADPU-nin biologiya fakültəsinin əyani və qiyabi şöbələrində bakalavr və magistrlərə ümumi entomologiyadan, ekoloji parazitologiyadan mühazirələr oxuyur və praktik təcrübə məşqələləri aparır. Respublikamızda və ondan kənarda simpozium və konqreslərdə dəfələrlə məruzə ilə çıxış etmişdir. Zoologiya elminin təbliğində və ətraf mühitin çirklənməsinin qarşısının alınmasında fəal iştirak etdiyinə görə, bir neçə dəfə "Maarifçilik və Bilik" cəmiyyəti tərəfindən tərifnamələrlə mükafatlandırılmışdır.
2004–2005-ci illərdə Respublikamızın meşə ərazilərində ziyanverici həşəratların kütləvi artımının qarşısının alınmasında dəyərli elmi və praktiki əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsində fəal iştirak etdiyinə görə AMEA Rəyasət Heyətinin və Azərbaycan Ekologiya və Təbii sərvətlər Nazirliyinin Fəxri fərmanları ilə təltif edilmişdir. Elmi-tədqiqat işlərinin müasir səviyyədə yerinə yetirilməsinə görə institutun müdrəyiti tərəfindən dəfələrlə mükafatlandırılmış və "Əmək Veteranı" medalı ilə təltif edilmişdir. 2003-cü ildən AMEA Zoologiya İnstitutunda dissertasiya müdafiə şurasının üzvüdür. 2007-ci ilin sentyabr ayından Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləyib. Hal-hazırda laboratoriyada baş elmi işçi kimi fəaliyyət göstərir.
Mükafatları
- AMEA Rəyasət heyətinin fəxri fərmanı,
- Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyinin fəxri fərmanları
- Gürcüstan KT Akademiyasının sertifikatı
Kitabları və monoqrafiyaları
- З.М.Мамедов. Паразиты вредных чешуекрылых плодовых культур Азербайджана и пути их использования в биологической защите. Изд. "Элм", 2004, Баку, монография, 233 стр.
- Z. M. Məmmədov. "Kənd təsərrüfatı zərərvericilərinə qarşı aparılan kimyəvi mübarizənin zərəri haqqında". / G. Ə. Mustafayeva N. B. Mirzəyeva // Elmi-kütləvi kitabça. Bakı, 2007, s. 3–33.
- Z. M. Məmmədov. Bitki zərərvericilərinə qarşı inteqrir mübarizə haqqında biz nə bilirik. / G. Ə. Mustafayeva N. B. Mirzəyeva // Elmi-kütləvi kitabça. Bakı, 2007, s.3–48.
Elmi əsərləri
- З.М.Мамедов. Распространение кокцинеллид на фруктовых садах в условиях Нах. АССР и их хозяйственное значение. / А.М.Мехтиев // Мат.сесс. Закавказ. сов.к.н. иссл.работ по защ.раст. 1968. Ереван.
- З.М.Мамедов. Паразиты яблоневой моли в садах Нахичеванской АССР. Известия АН Азерб.ССР, № 4,1968,Баку.
- З.М.Мамедов. Материалы к изучению паразитов вредителей сада Нахичеванской АССР. / Ш.М.Джафаров // Уч.зап. Азерб. Унта им. Кирова, № 4, 1968.Баку.
- З.М.Мамедов. Паразиты фруктовой полосатой моли в Нахичеванской АССР. Доклады АН Азерб. ССР № 12, 1968, Баку.
- З.М.Мамедов. Паразиты сливовой плодожорки в садах Нахичеванской АССР. Мат. сесс. закавказ. корд. сов. по защ. раст. 1968, Тбилиси.
- З.М.Мамедов. Биологические особенности наиболее двух (паралитомастикс, скамбус) эффективных паразитов фруктовой полосатой моли в условиях Нахичеванской АССР. Мат. сесс. закавказ. Корд. сов. по защ. раст. 1968, Кировабад.
- З.М.Мамедов. Паразиты яблонной плодожорки в садах Нахичеванской АССР. Мат. мол. Ученых АН Азерб. ССР. 1970, Баку.
- З.М.Мамедов. Результаты исследований по изучению энтомофагов вредителей сада Азерб. ССР. / А.А.Алиев // Доклады АН Азерб. ССР № 12, 1970, Баку.
- З.М.Мамедов. Паразитоценоз главнейших вредителей плодовых культур в Нахичеванской и Шеки-Закатальской зоны Азербайджана. / А.А.Алиев // IV съезд ВЕО Воронеж, 1970.
- З.М.Мамедов. Энтомофаги фруктовой полосатой моли в районах Малого Кавказа Азербайджана. Мат.сесс. Закавказс.коорд.сов. по защите растений 1971, Ереван.
- З.М.Мамедов. Паразиты горностаевых моли в районах Малого Кавказа. Всесоюзн. Совещ. по биометоду 1971, Кишинев.
- З.М.Мамедов. О некоторых факторах, способствующих эффективности энтомофагов вредителей плодовых культур. / А.А.Алиев, В.П.Камарли, Г.А.Кулиев // Мат.сесс. Закавказс.коорд.сов. по защите растений 1973, Тбилиси.
- З.М.Мамедов. Интегрированная борьба с яблонной моли. / Р.А. Бейбутов // АЗНИИНТИ сел/хоз. 1973, Баку.
- З.М.Мамедов. Энтомофаги непарного шелкопрядя и возможности использования их в борьбе с ним. / А.А.Алиев, Р.Э.Эфенди // Тезисы докладов на со-вещ. Закавказ. ученых, 1973, Баку.
- З.М.Мамедов. Малоизвестные энтомофаги непарного щелкопрядя в Закавказие. / А.А.Алиев, Р.Э.Эфенди // Журнал "Защита растений" № 5, 1974,Москва.
- З.М.Мамедов. Естественные враги вредителей плодовых культур (I част). / А.А.Алиев, Р.А. Бейбутов // Журнал "Селск жизнь" № 2, 1974, Баку.
- З.М.Мамедов. Естественные враги вредителей плодовых культур (II част). / А.А.Алиев, Р.А. Бейбутов // Журнал "Селск жизнь" № 3, 1975,Баку.
- З.М.Мамедов. О биологических регуляторах основных вредителей плодовых культур в районах Малого Кавказа Азербайджана. / А.А.Алиев // Журнал "Извест" АН Азерб. ССР, № 5, 1975, Баку.
- З.М.Мамедов. Внутриареальное переселения агениасписа. Журнал "Защита растений" № 4, 1977, Москва.
- З.М.Мамедов. Энтомофаги листогрызущих вредителей лесов Азербайджана. / А.Р.Алиев // Мат.сесс. Закавказс.коорд.сов. по защите растений 1977, Ереван.
- З.М.Мамедов. Энтомофаги некоторых вредителей плодовых культур в районах Малого Кавказа Азербайджана. Тезисы доклад энтомол. Азербайджана,1978, Баку.
- З.М.Мамедов. Значение энтомофагов хлопковой совки и некоторые вопросы биологической борьбы с ним. / А.А.Алиев, Г.Г. Курбанов // Тезисы доклад энтомол. Азербайджана,1978, Баку.
- З.М.Мамедов. Главнейшие вредные чешуекрылые плодовых культур и их паразиты в условиях Ханларского района Азербайджана. / Л.М.Ахундова, З.А.Алиев // Уч.зап. Азерб. ССР, Ун-на им. Кирова, № 2, 1979, Баку.
- З.М.Мамедов. Действие химпрепаратов на энтомофагов хлопковой совки. / А.А.Алиев // Мат.сесс. Закавказс.коорд.сов. по защите растений 1980, Тбилиси.
- З.М.Мамедов. Роль и поведение энтомофа-гов в регуляции численности хлопковой совки в условиях Азербайджана. / С.В.Алиев // Мат.сесс.Закавказс.коорд.сов. н/и работ по защ. растений, 1982, Ганджа.
- З.М.Мамедов. Поведение яблоневой моли и ее паразита агениасписа в условиях Азербайджана. Мат.сесс. Закавказс.коорд.сов. н/и работ по защ. растений, 1982, Ганджа.
- З.М.Мамедов. О морфологии, биологии и энтомофагах горностаевых молей Азерб. ССР. / Д.Д.Курбанова // Изв АН Азерб. ССР, серия биол. наук, № 3, 1982, Баку.
- З.М.Мамедов. Опыт борьбы с хлопковой совкой микробиологическими вирусными препаратами. / В.В.Митрофанов, А.С.Симонова // В сб. тезисы докл. Всесоюз. Совещ. по интегр. защ.раст. 1982, Ташкент
- З.М.Мамедов. Зональное распределение паразитов вредителей плодовых культур Азербайджана. Мат.симпозиума полезных насекомых и их охрана в Азерб.,1983, Баку.
- З.М.Мамедов. Критерии численности энтомофагов в интегрированной борьбе с хлопковой совкой в Азербайджане. / С.В.Алиев // Мат. "Вопросы защ. растений" (тез.докл. XI сесс.Зак.сов.коорд. н/и раб. по защ. растений), 1984, Ереван.
- З.М.Мамедов. К изучению паразитов вредителей плодовых культур в Азербайджане. Мат. IX съезда ВЭО, ч.2, ст.33, 1984, Киев.
- З.М.Мамедов. Результаты исследования вирусного препарата ВИРИН-ХС в борьбе с хлопковой совки. / А.С.Симонова, В.В.Митрофанов // В кн. итого и персп. произ. и пременен. Вирус препар в селс. хоз. (сб.н.трудов) 1984, Москва.
- З.М.Мамедов. Влияние биологических препаратов на динамику численности хлопковой совки и ее ентомофагов. / С.В.Алиев, А.М.Атакишиева, В.А.Ахмедова, А.А.Пириев // Мат.сесс.Закавказс.коорд.сов. по защ. растений, 1986, Тбилиси.
- З.М.Мамедов. Паразиты златогузки и непарного шелкопряда в садах Азербайджана. Изв АН Азерб. ССР, серия биол. наук, № 4, 1988, Баку.
- З.М.Мамедов. Влияние биологических и химических препаратов и энтомофагов на снижение численности хлопковой совки. / С.В.Алиев // Пробл. интегр. в заш. хлопч. от вредител. 1992, Ашгабад, стр.45–50.
- З.М.Мамедов. Биоценотические связи паразитов вредных чешуекрылых садового и хлопкового агроценозов. / С.В.Алиев // Мат.сесс.Закавказс.коорд.совещ. 1989, Тбилиси.
- З.М.Мамедов. Эколого-фаунистических комплексов чешуекрылых вредителей плодовых культур в Азербайджане и их паразитов. Изв АН Азерб., серии биол. наук, № 4–6, 1993, Баку.
- З.М.Мамедов. Новый препарат против хлопковой совки. / С.В.Алиев, Р.Ахмедов, А.Исрафилов // Мат.конгрес. энерг. экологии и экономии, 1995, Баку, стр.85–86.
- Z. M. Məmmədov. Azərbaycanın Böyük Qafqaz zonasında meşə ağaclarına zərər verən ksilofaqlar və onla-rın təbii düşmənləri. / N. B. Mirzəyeva, V. Ə. Əhmədova // Az. EA Xəbərl. jurnalı, № 1–6,1997, Bakı, s.23–29.
- Z. M. Məmmədov. Ətraf mühitin çirklənməsinin həşəratlara təsiri. / N. B. Mirzəyeva // "Həyat fəaliyyəti mühafizə-si" konfrans. material. 1998, Sumqayıt, s.144–145.
- Z. M. Məmmədov. Azərbaycanda meyvə bitkilə-rinə zərər verən kəpənəklərin parazitlərinin növ tərkibi. Az. EA Xəbərl. jurnalı, № 1–3, 2001, Bakı, s. 100–103.
- Z. M. Məmmədov. Naxçıvan MR-ın heyvanat aləmi – Naxçıvan MR-ın ensiklopediyası. / S. V. Əliyev // Naxçıvan MR ensiklopediyası, 2000, Bakı, s.378–379.
- Z. M. Məmmədov. Naxçıvan MR-ın heyvanat aləmi. / S. V. Əliyev // Xəritə, Nax. MR ensiklopediyası, 2000, Bakı.
- Z. M. Məmmədov. Lənkəran bölgəsində meşə ağaclarına zərər verən ksilofaq-lar, onların parazit və yırtıcıları. / N. B. Mirzəyeva // Akademik M. Ə. Musayevin 80 illiyinə həsr olunmuş konfransın materialları, 2001, Bakı, s.170–174.
- Z. M. Məmmədov. Lənkəran bölgəsində meşə ağaclarının başlıca zərərvericiləri. / A. R. Əliyeva // Akademik H. Ə. Əliyevin 95 illik yubileyinə həsr olunmuş konfransın materialları, 2002, Bakı, s. 16–19.
- Z. M. Məmmədov. Təbii sərvətlərin qorunub sax-lanılmasında ekoloji amillərin rolu. / N. B. Mirzəyeva // Təbii sərvətlərin qiymətlən-dirilməsi və təbiətdən isti-fadə elmi konfransını mate-rialları, 2003, Bakı, s. 31–33.
- Z. M. Məmmədov. Yemişan kəpənəyi və onun parazitləri. Azərbaycan Zooloqlar cəmiyyətinin I qurultayının materialları, 2003, Bakı, s.217–220.
- Z. M. Məmmədov. Quba-Xaçmaz və Lənkəran bölgələrində meyvə ağaclarına zərər verən böcəklər və onların entomofaqları. / N. B. Mirzəyeva, V. Ə.əhmədova, A. R. Əliyeva // Azərbaycan Zooloqlar cəmiyyətinin I qurultayının materialları, 2003, Bakı, s.220–226.
- Z. M. Məmmədov. Böyük Qafqaz bölgəsində meyvə ağaclarına zərər verən böcəklər və onların entomofaqları. / N. B. Mirzəyeva // S. R. Məmmədovanın 80 illiyinə həsr ol. ses.mat, 2005, Bakı, s.76–80.
- Z. M. Məmmədov. Azərbaycayda meyvə uzunbığı və alma çiçəkyeyəninin entomofaqları. S. R. Məmmədovanın 80 illiyinə həsr olunmuş sessiyanın materialları, 2005, Bakı, s.84–87.
- Z. M. Məmmədov. Azərbaycanın Böyük Qafqaz və Lənkəran bölgəsində meyvə ağaclarına zərərverən başlıca böcəklər, onların parazit və yırtıcıları. / N. B. Mirzəyeva // AMEA "Xəbərlər" jurnalı, biologiya elmləri seriyası, № 1–2,2006, Bakı, s.43–50.
- З.М.Мамедов. Синтез новых актиноизобутиронитрил в качестве эффективного инсектицида против насекомых. / P. M. Əhmədov, C. V. Əliyev // AMEA Zoologiya institutunun əsərlərəri, XXVIII cild, Bakı, "Elm", 2006, s.110–116.
- Z. M. Məmmədov. Böyük Qafqaz bölgəsində meyvə ağaclarına zərərverən böcəklər və onların parazitləri. / N. B. Mirzəyeva, V. Ə. Əhmədova // AMEA Zoologiya institu-tunun əsərlərəri, XXVIII cild, Bakı, "Elm", 2006, s.584–592.
- Z. M. Məmmədov. Azərbaycanda dəyişik ipəksarıyanın (Lumantria dispar. L) morfobioekologiyası, kütləvi çoxalmasının səbəbləri və təbii düşmənləri. AMEA Zoologiya institu-tunun əsərlərəri, XXVIII cild, Bakı, "Elm", 2006, s.592–603.
- Z. M. Məmmədov. Azərbaycanda şabalıdyarpaq palıd ağacı (Quercus castanei-folia) və onun zərərvericiləri. / E. F. Yusifov, A. Ə. Yusifova // AMEA Zool. ins. əsərlərəri, XXVIII cild, Bakı, "Elm", 2006, s.917–924.
- Z. M. Məmmədov. Lənkaran bölgəsində meyvə və meşə ağaclarının ciddi zərərvericiləri. / A. R. Əliyeva // Akademik H. Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda ekologiya elmi" praktik konfransın materialları. Bakı, "Çaşıoğlu", 2007, s.76–78.
- Z. M. Məmmədov. Bağ aqrosenozlarında başlıca entomofaqların bioekoloji xüsusiyyətləri və təsərrüfat əhəmiyyəti. Azərbaycan Zooloqlar cə-miyyətinin əsərləri. s.302–310. Bakı,2008.
- Z. M. Məmmədov. Azərbaycanda Şərq meyvəyeyəninin (Grapholita molesta Busck) morfobioekoloji xüsusiyyətləri, təsərrüfat əhəmiyyəti və parazitləri. Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. Bakı,2008. s.298–302.
- З.М.Мамедов. Жуки-долгоносики (Coleoptera, curculionidae), вредящие лесным, плодовым деревьям и их энтомофаги Шеки-Закатальской зоны Азербайджана. / Мирзоева Н.Б., Ахмедова Б.А. // Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. Bakı,2008, s.310–314.
- Z. M. Məmmədov. Faydalı həşəratların yaxın dostu olun. / G. Ə. Mustafayeva N. B. Mirzəyeva // Təqvim,2007. Bakı, 2007.
- Z. M. Məmmədov. Naxçıvan Muxtar Respublikasının meyvə bağlarında mühit amillərinin zərərverici və entomofaqlarının bioloji fəaliyyətinə təsiri. / A. Q. Qasımov // AMEA Naxçıvan bölmə-sinin "Xəbərlər" jurnalı, təbiət elm.seriyası, 2009. № 2, Naxçıvan "Tusi" nəşr. s.218–222.
- Z. M. Məmmədov. Təsərrüfat əhəmiyyətli entomofaqların bioekoloji xüsusiyyətləri. / A. Q. Qasımov // AMEA "Xəbərlər" jurnalı; biol.elm.seriyası. № 1–2. Bakı,2009, s.60–63.
- З.М.Мамедов. Энтомофаги основных вре-дителей лесных и плодовых культур в Ленкоранской зоне Азербайджана. / А.Р.Алиева // Ж. Энтомологический бюллетен Кафгаза. журнал "Юг Росии" № 3, Махачкала, 2010, стр.65–69.
- Z. M. Məmmədov. Armud saturniyasının (Saturnia pyri den. et schiff.) laboratoriya şəraitində yetişdirilməsi təcrübəsi. / T. X. Şəmiyev // Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri, II cild, Bakı, 2010, s.337–341.
- Z. M. Məmmədov. Entomofaqların introduksiya və akklimatizasiyası. Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri, II cild, Bakı, 2010, s.341–347.
- Z. M. Məmmədov. Azərbaycanın bağ və meşə senozlarında zərərverici və entomofaqıların həyat fəaliyyətinə təsir edən ekoloji amillər. / R. S. Atayeva // Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri, II cild, Bakı, 2010, s.347–353.
- Z. M. Məmmədov. Abşeron yarımadasında meyvə ağaclarına zərərverən başlıca yastıcalar (Homoptera, Cocci-dae) və onların entomofaqları. / İ. E. Mustafayeva // Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri, II cild, Bakı, 2010, s. 353–360.
- З.М.Мамедов. Жуки-долгоносики вредители лесных и плодовых деревьев на Большом Кавказе Азербайджана. / Н.Б. Мирзоева // Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri, II cild, Bakı, 2010, s. 360–366.
- Z. M. Məmmədov. Şəki-Zaqatala bölgəsində alma güvəsi (Yponomeuta malinellus Z.) və alma meyvəyeyəninin (laspeyresia pomonella L.) bioekoloji xüsusiyyətləri və təbii düşmənləri. Akad. M. Ə. Musayevin 90 illiyinə həsr olunmuş konfransın materialları Zoologiya İnstitutunun əsərləri, XXIX cild, 2011, Bakı, "Elm" nəşr. S. 180–187
- Z. M. Məmmədov. Azərbaycan Respublikasının müstəqilliyi dövründə (1990–2010 illər) AMEA Zoologiya institutu əməkdaşlarının apardıqları elmi tədqiqatların nəticələri. / İ. X. Ələkbərov // AMEA Zoologiya İnstitutunun əsərləri, XXIX cild, 2011, Bakı, "Elm" nəşr., s.10–20.
- Z. M. Məmmədov. AMEA Zoologiya İnstitutunda 75 ildə aparılmış elmi-tədqiqat işlərinin nəticələri. / İ. X. Ələkbərov // Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri, III cild, Bakı, 2011, s.4–14.
- Z. M. Məmmədov. Abşeronda dekorativ ağac-kol bitkilərinə zərərverən Ağ amerika kəpənəyinin (Hyphantria cunea dryry) və yarpaq güvəsinin (recurvaria nanella Schiff.) bioekoloji xüsusiyyətləri, onların təbii düşmənləri. / E. Səfərova // AMEA Naxçıvan böl. "Xəbərlər" jurnalı . təbiət elmləri seriyası, 2011.№ 3, s.219–224.
- Z. M. Məmmədov. Abşeron yarımadasında ağaclara zərərverən başlıca ksilofaqların (Coleoptera) morfobioekoloji xüsusiyyətləri və entomofaqları. / L. A. Şirinova // AMEA xəbərləri biologiya elmləri seriyası "Elm" nəşriyatı 2011, Bakı, cild 66, s.165–169.
- Z. M. Məmmədov. Onların bizim köməyimizə ehtiyacı var. / G. Ə. Mustafayeva, Z. Y. Musayeva // "Mars-Print" nəşriyatı, 2010, s. 3–31.
- Z. M. Məmmədov. Lənkəran bölgəsində meşə və meyvə ağaclarına zərərverən başlıca cücülərin biomüxtəlifliyi və onların entomofaqları. / A. R. Əliyeva // Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri III cild, 2011, Bakı, səh.188–196. "Elm" nəşriyyatı.
- Z. M. Məmmədov. Lənkəran təbii rayonunda meşə və meyvə ağaclarına zərərverən başlıca böcəklər (Coleoptera). Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri IVcild, 2012 Bakı, səh. 48–54.
- Z. M. Məmmədov. Görkəmli alim-parazitoloq N. A. Feyzullayev-80. Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri IV cild, № 1, Bakı, 2012, s.5–7.
- Z. M. Məmmədov. Abşeron şəraitində əncir odlucasının (Srimaethis Nemorana HB) bioekolojitləri və entomofaqlari. / R. S. Atayeva, E. F. Səfərova // Azərb. MEA Zool. institutunun əsərləri, cild 30,№ 1, Bakı, 2012, s. 157–162.
- Z. M. Məmmədov. Azərbaycanda ağaclara zərərverən ksilofaq böcəklər (Coleoptera). / L. A. Şirinova, R. S. Atayeva, E. F. Səfərova // Azərb. MEA Zool. institutunun əsərləri, cild 30,№ 2 Bakı, 2012, s. 73–81.
- З.М.Мамедов. Оовные сосущие вредители (Homoptera, Aphididae Aleyrodidae, Coccidae) декоративных растений на апшеронском полуострове Азербайджана. / Э.Ф. Сафарова // Журнал "Юг Росии", № 3, 2012, Махачкала, стр. 44–48.
- З.М.Мамедов. Паразиты и хищники основных вредителей косточковых плодовых культур в Шеки-Закатальской зоне Азербайджана. / Э.М. Мурадова // Журнал "Юг Росии", № 4, 2012, Махачкала, стр. 39–42.
- Z. M. Məmmədov. Şəki-Zaqatala bölgəsində çəyirdəkli meyvə ağaclarina zərərverən başlica həşəratlar və onlarin entomofaqlari. / E. M. Muradova // AKTN Azərb. Dövlət Aqrar Universitetinin əsərləri, № 3, 2012, Gəncə, s. 30–34.
- Z. M. Məmmədov. Şəki-Zaqatala bölgəsində çə-yirdəkli meyvə ağaclarina zərərverən başlica kəpənəklər (Lepidoptera) və onlarin təbii düşmənləri. / E. M. Muradova // AMEA "Xəbərlər" jurnalı, cild 67,№ 1, 2012, Bakı, 7s.89–95.