Zəhra Salayeva
Zəhra Məmməd qızı Salayeva (d. 15 mart 1922-ci il, Bakı – 28 noyabr 2005-ci il, Bakı) - məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963), professor (1967), Azərbaycan Əməkdar Elm Xadimi (1981).
Zəhra Salayeva | |
---|---|
Salayeva Zəhra Məmməd qızı | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan SSR |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı şəhəri, Azərbaycan |
Elmi dərəcəsi | tibb e.d. (1963) |
Elmi adı | prof. (1967) |
Təhsili | |
Mükafatları | Əməkdar elm xadimi (1981) |
Həyatı
Zəhra Salayeva 15 mart 1922-ci ildə Bakı şəhərində anadan olub[1].
1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1967-ci ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorragik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir.
1979-cu ildən Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri olmuşdur.
3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir.
SSRİ Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur.
28 noyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.[2] [3]
Əsərləri
- Nevropatologiyadan praktikum (dərslik), B., 1962;
- Beyin qan-damar xəstəlikləri, B., 1964;
- Neyrogenetika (dərslik), B., 1977;
- Sinir xəstəlikləri, B., 1982;
- Qemorraqiçeskiy gnüefalit v Azerbaydcane, B., 1968.
İstinadlar
- "SALAYEVA Zəhra Məmməd qızı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-02.
- "SALAYEVA ZƏHRA MƏMMƏD QIZI". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-17.
- "Zəhra Salayevanın həyatı haqqında". www.azerbaijans.com. 28 mart 2022 tarixində arxivləşdirilib.