Zəhra Kərimova
Zəhra Adıgözəl qızı Kərimova (1909, Eyvazlı, Zəngəzur qəzası – 1990, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı (1942–1946) və naziri (1946–1952), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1952–1954), Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi (1938–1942).
Zəhra Kərimova | |
---|---|
Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri | |
22 sentyabr 1952 – 5 aprel 1954 | |
Əvvəlki | İsmayıl Əsgərov |
Sonrakı | Tahirə Tahirova |
Azərbaycan SSR ictimai təminat naziri | |
28 mart 1946 – 6 noyabr 1952 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Züleyxa Seyidməmmədova |
Azərbaycan SSR xalq ictimai təminat komissarı | |
13 yanvar 1942 – 28 mart 1946 | |
Əvvəlki | Leyla Babazadə |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
1938 – 1942 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 1990 |
Vəfat yeri | |
|
|
Təltifləri |
Həyatı
Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonunun) Eyvazlı kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur. Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləmişdir.[1]
Zəhra Kərimova 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi seçilir, 1939–1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq XVIII qurultaya nümayəndə olur. 1942-ci ilin yanvar ayında Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin olunur.[2] 10 ildən artıq nazir olduqdan sonra 1952-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri sədri seçilir.
Zəhra Kərimova nazir işləyə-işləyə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə sənəd verərək oranı fərqlənmə diplomu ilə bitirib. 1954-cü ildə Nazirlər Sovetinə şöbə müdiri təyin edilmişdir. 1942-ci ildə "Lenin" ordeni, 1945-ci ildə isə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.
1959-cu ildən İttifaq əhəmiyyətli təqaüdçü olmuşdur. 1990-cı ildə vəfat etmişdir.
İstinadlar
- "Zəhra Adığözəl qızı Kərimova". 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-15.
- З. Ә. Кәримова йолдашын Азәрбайҹан ССР иҹтимаи тә'минат комиссары тә'йин еилмәси һаггында Азәрбайҹан ССР Баш Совети Президиумунун Фәрманы // Коммунист. № 11 (6104). 14 январ 1942-ҹи ил. С. 1.