Zəhər tuluğu

Zəhər tuluğu — Ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz HəsənovCəlil Cavanşir olan, Taleh Yüzbəyovun və Orxan Mərdanın rejissorluğu ilə çəkilən, tammetrajlı bədii Azərbaycan filmi.[1]

Zəhər tuluğu
Janr dram
komediya
Rejissorlar
Prodüser
Ssenari müəllifləri Taleh Yüzbəyov
Orxan Mərdan
Pərviz Həsənov
Cəlil Cavanşir
Baş rollarda Taleh Yüzbəyov
Ləman Mərrih
Əlixan Rəcəbov
Nəzakət Heydərova
Cavidan Novruz
Səidə Quliyeva
Rasim Cəfər
Zülfiyyə Qurbanova
Hüsniyyə Mürvətova
Operator İman İmanov
İlk baxış tarixi 22 dekabr 2021
Filmin növü Tammetrajlı bədii film
Yaş həddi 16+
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2021
Rəng rəngli
IMDb ID16751922

Məzmun

Bıçaqlandıqdan sonra sağ qalan Adil (Taleh Yüzbəyov), müalicə olunduğu xəstəxanadan çıxıb öz monoton həyatına geri dönməyə hazırlaşır. O hər zamanki kimi, "zəhər tuluğudur" – iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə, kobudluğa davam edir. Dostu Şakirin və artıq həyat tərzini dəyişdiyini iddia edən tələbə yoldaşı, keçmiş "həyat qadını" Rənanın müşayəti ilə xəstəxanadan çıxıb normal həyatına davam etməyi düşünən Adil inanılmaz bir sınaqla qarşılaşır. Xəstəxananın həyətindən çıxmamış Şakirin maşınına tanımadıqları hamilə qadın əyləşir. Dünyaya gətirəcəyi qız övladını qorumaq üçün ərindən və onun ailəsindən, daha doğrusu abortdan qaçan qadını qorumaq üçün Şakir və Rəna israr edir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.

İstinadlar

  1. Abbasova, Şahpəri. ""Zəhər tuluğu" bədii filminin Qala gecəsi keçiriləcək". sputnik.az (az.). 03.12.2015. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.12.2021.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.