Zəbi Quliyev
Zəbi Əhəd oğlu Quliyev (1910, Hacıtəpə, Lənkəran qəzası – 1972, Bakı) — Azərbaycan SSR dövlət xadimi.
Zəbi Quliyev | |
---|---|
1955 – 1957 | |
Əvvəlki | Fərrux İsmayılov |
Sonrakı | Fərrux Yusifov |
1953 – 1955 | |
Əvvəlki | Rüstəm Səfərəliyev |
– 1950 | |
1944 – ? | |
1943 – 1944 | |
Birinci katib | Əhməd Rəhimli |
1941 – 1942 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 1972 |
Vəfat yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | mayor |
|
|
Təltifləri |
Həyatı
Zəbi Quliyev 1910-cu ildə Hacıtəpə kəndində din xadimi Axund Əhədin ailəsində anadan olub. İlk təhsili atası Axund Əhəddən alaraq, kəndlərində məktəb olmadığı üçün ibtidai məktəbə qonşu Xırmandalı kəndinə, orta məktəbə Masallı şəhərində alır. Zəbi Quliyev Lənkəran Pedaqoji Məktəbini, 1931-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirir.
Ailəsi
Zəbi Quliyevin 2 oğlu, 2 qızı olub.
Fəaliyyəti
Zəbi Quliyev 1931-ci ildən 1941-ci ilə kimi Göyçay, Şəki, Masallı, Samux rayonlarında rayon partiya komitələrinin katibi vəzifəsində çalışmışdır. 1941-ci ildə Samux rayonuna rayon partiya komitəsinin 1-ci katibi təyin edilir.
1942–1943-cü llərdə İkinci Dünya mharibəsində iştirak edir və yaralanaraq geri qayıdır.
1944–1950-ci illərdə Göyçay və Tovuz rayonlarının partiya komitələrinin birinci katibi olmuşdur.
1952–1953-cü illərdə Gəncə vilayət komitəsində şöbə müdiri, 1953–1955-ci illərdə Balakən və 1955–1957-ci Şəkidə RPK-nın 1-ci katibi vəzifələrində işləyir. 1957-ci ildən təqaüdə çıxana qədər Azərbaycan SSR Ali Sovetində çalışır.
1972-ci ildə vəfat edib və Bakıda dəfn olunub.
Təltif və mükafatları
- "Vətən müharibəsi" ordeni
- "Şərəf nişanı" ordeni
- "Qırmızı Ulduz" ordeni (06.11.1947)
- "Qafqazın müdafiəsinə görə" medalı (01.05.1944)
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı. (09.05.1944)
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı. (06.06.1945)
Xatirəsi
2005-ci ildə Masallı şəhərindəki küçələrdən birinə Zəbi Quliyevin adı verildi.
Mənbə
- "Çağırış" qəzeti, 14 fevral 1989-c il, s.3.
- Nurəddin Ədiloğlu "Bir insan ömrü",
- "Masallı" müstəqil qəzeti, may, 1998-ci il s.6.
- Nurəddin Ədiloğlu "Zəbi Quliyev",
- Əlizaman Baxış, "Təmizlik simvolu", "Cənub xəbərləri" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- Кулиев Зеби|Заби Ахад-оглы 1910г.р. podvignaroda.ru Arxivləşdirilib 2012-03-15 at the Wayback Machine
- Pamyat-naroda.ru