Zəbanilər
Zəbanilər (ərəb. الزبانية) — islam esxatologiyasında, cəhənnəm mələkləri və ya ölüm zamanı ruhları aparan mələklər [1]. Adları Quran kitabının Ələq surəsində keçir: "Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!"[2]. Təhrim surəsi (azərb. Qadağan edilmə) sərt və güclü mələklər haqqında bəhs edilir: "Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)"[3]. Muddəssir surəsinin 30-cu ayəsinə görə, Zəbani mələklərin sayı 19-dur.
İslam rəvayətinə əsasən, Zəbanilər mələkləri qandallar və zəncirlərlə günahkarları qarşılayacaqlar. Mələklər onları dəmir kötəkləriylə döyəcəklər və hər dəfə onlar oradan çıxmaq istəyəndə mələklər onları geri qaytaracaqlar[4][5][6].
İstinadlar
- Encyclopaedia of Islam, 1960—2005
- Ələq, 96:18
- Təhrim, 66:6
- Абу Ляйс ас-Самарканди. Танбиху аль-гафилин. 264.
- ат-Табарани. аль-Аусат (2750).
- Абу Дунья. Сыфату ан-Нар (158).
Ədəbiyyat
- A. Jeffery. The foreign vocabulary of the Qurʾān. 1938. 148.
Quranda adı çəkilən şəxslər, varlıqlar, yerlər və xüsusi əşyalar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qeyd: Adlar əlifba sırası ilə düzülüb. Standart forma: Qurandakı ad / Bibliyadakı ad |