Zümrüd Qasımova
Zümrüd Bəxtiyar qızı Qasımova (23 mart 1982, Qusar) — Azərbaycanın tanınmış teatr və kino aktrisası,aparıcı.Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası.
Zümrüd Qasımova | |
---|---|
Zümrüd Bəxtiyar qızı Qasımova | |
Doğum tarixi | |
Doğum yeri | Qusar, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 2001–indiyə kimi |
Mükafatları | |
IMDb | ID2928971 |
Həyatı
Zümrüd Bəxtiyar qızı Qasımova 23 mart 1982-ci ildə Qusar rayonunda anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə 24 nömrəli məktəbdə aldıqdan sonra, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "teatr və kino aktyoru" fakültəsində oxuyub. 2001-ci ildən "Yuğ" Dövlət Teatrında aktrisa kimi çalışır. Zümrüd Qasımova teatr və kino sahəsi ilə yanaşı 2003-cü ildən bu günə kimi Telekanalarda və radioda mütəmadi olaraq verlişlərə aparıcılıq edir.2018-ci il Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin “Fəxri Mədəniyyət işçisi” döş nişanına layiq görülüb.
Zümrüd Qasımova fəaliyyəti dövründə Misir Ərəb Respublikasının paytaxtı Qahirə,Türkiyə Respublikası Mersin və Konya,Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərlərində keçirilən teatr festivallarında iştirak edib.2008-ci ilə qədər 50-dən çox məqaləsi müxtəlif yerlərdə çap olunub. Bir sıra jurnallarda haqqında məlumatlar dərc olunub.Kinoda ən böyük işi Şamil Nəcəfzadənin Qala filmi olmuşdur.
Aparıcı olduğu verlişlər
ANS TV Televiziya Şirkəti
- "Gecə yarı"(2007),
- "Krossvord" (2007)
- "Qoy oturmuşuq" (2008)
- "Çatlama"(2008)
- "İkinci həyat" (2012)
"Kanal–S" Televiziya Şirkəti(Şəki)(2013)
- "Gəlin, danışaq"(2013)
"El tv" Televiziya Şirkəti(Yevlax) (2014)
- "Elin adamı"
ARB Televiziya Şirkəti (2016)
- "Gəlin danışaq"
Space TV Televiziya Şirkəti (2017)
- "Suat və Zümrüd şou"
Antenn Radio 101 FM
- "Avto Club" radio verliş
- "Donə bilsəm" (2020-2021)
Teatr səhnəsində oynadığı rollar
Azərbaycan Dövlət Yuğ Teatrı
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
“Canımda can” | Ama Terasu | 2003 | Vaqif İbrahimoğlu | İbrahim İbrahimli |
Hop-Hop | Kiki | 2003 | Vaqif İbrahimoğlu | Mirzə Ələkbər Sabir |
Zindan güşəsi | Sənətçi qız | 2003 | Vaqif İbrahimoğlu | Hüseyn Cavid |
Üz tuturam Tanrıya | Məhbub | 2003 | Vaqif İbrahimoğlu | Fəxrəddin Salim |
Sən həmişə mənimləsən | Nargilə | 2003 | Vaqif İbrahimoğlu | İlyas Əfəndiyev |
Günlərin bir günü | Oh | 2004 | Tural Mustafayev | İbrahim İbrahimli |
Dəvə yağışı | İnsas | 2004 | Vaqif İbrahimoğlu | Kamal Abdulla |
Olsun | 2005 | Rasim Aşın | Yunus Əmrə | |
Küfr | Ana | 2006 | Şahbaz Rəsul | Gi de Mopassan |
O susurdu | Söylənənlərdən biri | 2006 | Vaqif İbrahimoğlu | Süqoro Yamomoto |
Viy | Panoçka | 2006 | Mikayıl Mikayılov | Nikolay Qoqol |
Adsız çiçək | Qız | 2006 | Günay Səttar | Mehman Musabəyov |
Tas | Eros | 2007 | Vaqif İbrahimoğlu | Orxan Fikrətoğlu |
Vəsl | Ayini Qılan | 2008 | Vaqif İbrahimoğlu | Məhəmməd Füzuli |
Rəhm | 3-cü kor | 2008 | Tural Vaqifoğlu | Məhəmməd Füzuli |
Naməlum Axundzadə | Şərəfnisə | 2012 | Gümrah Ömər | Mirzə Fətəli Axundov |
Şok | Aymələk | 2015 | Günay Səttar | Turqay Nar |
Məhşər günü | Qadın | 2015 | Gümrah Ömər | Gela Dumbadze |
Metamorfoza | Mən | 2017 | Günay Səttar | Səidə Haqverdiyeva |
Kabuslar və yaxud Vəsvəsə | Fryu Alvink | 2015 | Gümrah Ömər | İbsenk |
Təklif | Natalya Petrovna | 2018 | Günay Səttar | A.P.Çexov |
Lənət | Yelezaveta və yax Kölgə | 2019 | Xristo Stoyçev, | V.Şekspir |
Mingəçevir Dövlət Dram Teatrı
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Ruhlar | Mariya | 2012 | Mir Sahib | Eduardo de Filippo |
Məhv olmuş gündəliklər | Angel | 2015 | Günay Səttar | İlyas Əfəndiyev |
"M-Teatr" Müstəqil Teatrı
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Maraqlı fiqur və ya siçan qadın | Qadın | 2016 | Vidadi Həsənov | Pərviz Seyidli |
"OYUN" müstəqil-inklüziv teatrı
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Solğun sevgilər | Mələy | 2020 | Səidə Haqverdiyeva | Cəfər Cabbarlı |
Filmoqrafiya
- Labirint (film, 2003)
- Məkanın melodiyası (film, 2004)
- Ərazi (film, 2005) - pozğun qadın
- Gecə yarı (veriliş, 2007) - aparıcı
- Qızlar (film, 2007) - Sevda
- Qala (film, 2008)
- Seçilən (film, 2008)
- Tək olanda qorxma... (teleserial, 2013)
- Gizlənpaç (film, 2016)
- Yalan həqiqət (teleserial, 2021)
- Köhnə çamadanlar (film, 2022)
- Simruq 2 (teleserial, 2023)
- Səssiz haray (film, 2023)