Zülqədərovlar
Zülqədərovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Zülqədərovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Zülqədər |
Təbəəliyi | Gəncə xanlığı, Rusiya imperiyası |
Soyun yaranması
Şəmşəddil 18-ci əsrin ortalarında (1747) yaranmış sultanlıq idi. Ərazisi 4200 verst (1 verst 1067 kvadrat metrə bərabərdir), əha-lisi qızılbaş türk tayfalarından olan zülqədərlərdən ibarətdi. Mərkəzi Öksüzlü (Tovuz ərazisində) obasıydı. Şəmşəddil sultanlığına Zülqə-dərovlar başçılıq edirdilər. Zülqədərovlar əsasən Xılxına kəndində yaĢayırdılar. şəmşəddil Sultanlığı zaman-zaman Gəncə xanlığına və Kartli Çarlığına tabe olsada, daim müstəqillik uğrunda çarpışmış-dı… Tarixdə şəmsəddin Sultanlığı (mahalı) da adlandırılan şəmşəd-dil Sultanlığı 1801-ci ildə Rusiyanın tərkibinə qatılmışdı… şəmşəd-dilin ilk sultanı Sultan Allahverdi Zülqədər olub. O, 1747–1761-ci illərdə sultanlıq etmişdi. şəmsəddilin ən qüdrətli sultanı Nəsib sul-tan olmuĢdur (1797–1819).[1]
Zülqədərovların 34.278 desyatin torpağı olub. Həmin torpaqlarda dəfələrlə silahlı kəndli üsyanları baş verib. Qatır Məmmədin rəhbərliyi ilə kəndli hərəkatı Zülqədərovların torpaqlarını da bürüyüb və 1918-ci il yanvarın 5–6-da baş verən üsyan zamanı nəslin başçısı kimi tanınan məşhur Allahyar bəy Zülqədərov öldürülüb. Arxiv sənədləri əsasında hesablanıb ki, 1918-ci ilin 5–6 yanvar günlərində Allahyar bəyin üç qardaşı, oğlu Məmməd bəy, kiçik qızı Şahbanu xanım və arvadı Seyidnisə xanım da daxil olmaqla Zülqədərovlar nəslindən 20 nəfər qətlə yetirilib.[2]
Soyun tanınmış nümayəndələri
- Lütvəli bəy Zülqədərov — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Göyçay qəzasının rəisi, Gəncə üsyanının iştirakçısı.
- Kamran bəy Zülqədərov — general.
- Allahyar bəy Zülqədərov — bəy,mülkədar.
- Qara bəy Qarabəyov — Allahyar bəy Zülqədərov bacısı oğlu.