Dulqədiroğulları bəyliyi

Dulqədiroğulları bəyliyi və ya Zülqədəroğulları bəyliyi (həmçinin bax: Zülqədər eli) XIV yüzildən XVI yüzilin ilk yarılarına qədər Anadolu tarixində mühüm rol oynayan, Oğuzların Bozoqlar qoluna mənsub, bir türkmən xanədanı.

Bu məqalə Zülqədəroğulları bəyliyi haqqındadır. Digər mənalar üçün Zülqədər səhifəsinə baxın.
Tarixi dövlət
Dulqədiroğulları bəyliyi
Dulkadiroğulları Beyliği

Paytaxt Əlbistan, Qəhrəmanmaraş
Rəsmi dilləri Türk dili
  1337-1353 Zeynəddin Qaraca bəy Zülqədər
  1515-1522 Əli bəy Zülqədər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Anadoluya, Həsən bəy Zülqədər adlı bir bəyin idarəsində gələn və Zülqədərli bəyliyinin əsasını meydana gətirən bu ilk qrupun, MaraşƏlbistan arasındakı yaylaq bölgəyə yerləşdikləri və daha sonra geniş bir əraziyə yayıldıqları məlumdur.

Bəyliyin qurucusu Zeynəddin Qaraca bəy Zülqədər, uyqur Ərətna bəyin əlindən Əlbistanı aldıqdan sonra məmlük sultanı Məlik Nasir Məhəmməddən naiblik fərmanını almağa müvəffəq oldu. Qaraca bəy zaman-zaman məmlük sultanlarına itaət etdisə də, bəzən onları qarşı duraraq Hələb şəhərini təhdid etdi. Bu arada Çuxurovadakı Sis ermənilərinə ağır zərbə endirdi. 1346-cı ildə Qabon qalasını ələ keçirdi. Bu müvəffəqiyyətlərinə güvənən Qaraca bəy, Məlik üz-Zahir ünvanıyla, 1348-ci ildə hökmdarlığını elan etdi. Ancaq Məmlüklər dövlətinə üsyan edən Hələb valisi Baybuğanı sultana təslim etməməsinə görə, tutularaq, 1353-cü ildə Qahirədə 83 yaşındaykən öldürüldü.

Qaraca bəydən sonra oğlu Xəlil bəy Zülqədər məmlüklər tərəfindən Əlbistan valiliyinə təyin edildi. Xəlil bəy Zülqədər dərhal sərhədlərini genişlətməyə girişdi və Maraş, Malatya, HarputAmik tərəflərini ələ keçirdi. Məmlük sultanı Bərkuk davamlı olaraq üstünə basqın edən Xəlil bəyi ortadan qaldırmaq üçün fəaliyyətə keçti. Nəhayət, 1386-cı ildə Xəlil bəy Zülqədər bir sui-qəsd nəticəsində öldürüldü. Xəlil bəy həddindən artıq cəsarətli və qəhrəman bir bəy idi. Son dərəcə comərd olması səbəbi ilə xalq tərəfindən çox sevilir və sayılırdı. Onun ölümü ilə, yerinə balaca qardaşı Sülü bəy Zülqədər keçdi.

Süli bəy məmlüklərə qarşı, müvəffəqiyətli basqınlar etdi. Sultan Bərkuk, onun əmirliyini təsdiq etmək məcburiyyətində qaldı. Lakin 1394-cü ildə Güney Doğu Anadoluya gələn Əmir Teymuru Suriyanın fəthinə təşviq etdi. Buna görə Sultan Bərkuk onu yox etməyə qərar verdi. Bu səbəblə məmlük qüvvələri 1396-ci ilin mart ayında Süli bəyi ağır bir məğlubiyyətə uğratdılar. Bununla da sakitləşməyən Bərkuk bir sui-qəsd ilə onu öldürtdü. Süli bəyin ölümü ilə, Xəlil bəyin oğlu Nasirəddin Məhəmməd bəy Zülqədər bəyliyin başına keçdi.

Məhəmməd bəy Məmlüklər dövləti ilə dost kimi keçinirdi. Bu sırada Əmir Teymur, ƏlbistanMalatyanı almışdı. Əmir Teymura tabeçiliyini ərz edən Məhəmməd bəy, daha sonra Osmanlı taxtına keçən Sultan Çələbi Məmmədlə də dost kimi keçinirdi. Bunlarla yanaşı Ramazanoğulları ilə Qaramanoğullarına qarşı davamlı savaşdı. Məmlüklər bu xidmətinə qarşılıq olaraq ona Qeysəri şəhərini verdilər.Məhəmməd bəy 1443-cü ildə 77 yaşında ölənə qədər 45 il səltənət sürdü.

Məhəmməd bəydən sonra bəyliyin başına gələn oğlu Süleyman bəy Zülqədər Osmanlılar və Məmlüklərə qız vermək surətilə qohumluq yaratdı və bu dövlətlərlə olan dostluğunu sürdürərək, bəyliyin varlığını qorudu.

Süleyman bəy Zülqədər 1454-cü ildə öldürüldü. Daha sonra bəyliyin başına keçən Məlik Arslan bəy Zülqədər özünə qarşı olan qardaşı Şahbudaq bəy Zülqədərin göndərdiyi bir fədayi tərəfindən öldürüldü. Məmlük sultanı Qayıtbayın Şahbudaq bəyi Zülqədərli başçısı təyin etməsi, osmanlılarla aralarının pozulmasına səbəb oldu. Çünki Fateh Sultan Məhəmməd xan, Süleyman bəyin oğlu Şahsuvarı bu mövqeyə gətirmişdi. Şahbudaq bəy Misirə qaçdı. Osmanlıların himayəsindəki Şahsuvar bəy isə, məmlüklərə və ramazanoğullarına qarşı bir çox müvəffəqiyyətlər qazandısa da, Zamantı qalasındaykən məmlük qüvvətləri tərəfindən əsir alınaraq Qahirəyə aparıldı və orada 1472-ci ildə öldürüldü.

Məmlük sultanı Zülqədərli bəyliyinə yeniədən Şahbudaq bəyi göndərdi. Ancaq bu dəfə də, Osmanlıların dəstəyini alan Əlaəddövlə Bozqurd bəy Zülqədər tərəfindən bəylikdən uzaqlaşdırıldı. Şahbudaq bəy Zülqədər 1492-ci ildə öldü.

Əlaüddövlə Osmanlılarla dost kimi keçindi. Ağqoyunluların əlindən Diyarbəkiri aldı. I Şah İsmayıl ilə mücadiləyə girişsə də, 1507-ci ildə ağır bir məğlubiyyətə uğradı. Daha sonra, Osmanlılara qarşı da cəbhə aldı. Zülqədərlilər üzərinə göndərilən Hadım Sinan paşa komandasındaki Osmanlı ordusu, Durnadağı savaşında onu yenərək ələ keçirdi və dörd oğluyla bərabər öldürüldü. Əlaüddövlənin yerinə Şahsüvaroğlu Əli bəy təyin edildi. Əli bəy Zülqədər Yavuz Sultan Səlimin yanında Misir yürüşünə qatıldı və göstərdiyi üstün qeyrətlər sayəsində sultan tərəfındən təltif edildi. Qanuni dönəmində Şam valisi Canberdi Qazali üsyanında osmanlılara önəmli xidmətlər göstərdi. Ancaq bu olaydan sonra, göstərdiyi müvəffəqiyyətlərdən də qürurlanaraq Osmanlıların əmrlərinə uymamağa başladı. Buna görə də Əli bəyin harəkətləri Osmanlı vəziri Fərhad paşa'nın qısqançlığına səbəb oldu. Bu səbəblə Fərhad pasa, Əli bəyi Iran səfərinə qatılmaq üzrə ordugahına dəvət etdi və onun qərargaha gəlməsinin ardından oğulları ilə bərabər qətl etdirdi (1522).

Onun ölümü ilə Zülqədərli torpaqları tamamilə Osmanlı dövlətinə qatılaraq bir bəylərbəylik halına gətirildi. Zülqədəroğulları bəyliyi torpaqlarından Maraş və Bozoq müstəqil sancaqlara çevrildi. 1531-ci ildə Zülqədərli əyaləti quruldu. Maraş mərkəz olmaq üzrə Antəp, Sis və Bozoq da bu əyalətə qəza olaraq bağlandı. Maraşın fəthindən sonra burada vəzifə daşıyan Osmanlı idarəçilərinə qarşı sıx-sıx üsyanlar başlandı.

1526-cı ildə Söklənoğlu Musa bəy isyanı ortaya çıxtı. Bu üsyanın arxasından Atmaca adlı bir nəfər baş qaldırdı. Atmaca Qaraman bəylərbəyi Xürrəm paşanı məğlubiyyətə uğratdı. Sivas bəylərbəyi Hüseyn paşa da Atmaca qarşısında məğlub oldu. Olduqca qapsamlı olaraq ortaya çıxan bu üsyana Zülqədərli camaatından bir çox insan qatıldı. Atmaca üsyanının yatırılmasından sonra zülqədərlililərdən Zünunoğlu ayaqlandı. Zünunoğlu Osmanlılara yenilərək İrana qaçdı.

Eyni illərdə MaraşƏlbistan çevrəsində Qələndər çələbi ətrafına 30.000 nəfər toplayaraq böyük bir üsyan başladı. Torpaqları əllərindən alınmış Zülqədərli camaatından bir çoxu bu üsyana qatıldı. Sədrəzəm İbrahim paşa Zülqədərli camaatına əski dirliklərinin veriləceyini vəd edərək bu üsyanın yatırılmasına çalışdı. Qanuni dönəmində Maraş bölgəsində olan bu üsyan hərəkətləri nəticəsində şehər böyük zərər gördü. Bu üzdən yıxılan və xarab edilən Maraş qalası Qanuni zamanında təmir edildi.

Zülqədərlilərin İran istiqamətinə və özəlliklə Azərbaycana köçlərinin olduğu da bilinir. Əli Sinan Bilgili "Azərbaycan türkmənləri tarixi" adlı məqaləsində Şeyx Heydər dönəmində Maraş torpaqlarından bir qisim türkmanların Azərbaycan torpaqlarına köçdüklərini qəti olaraq sübut etmişdir. Azərbaycanın Qaraağaç (hazırkı Ağcabədi), Kəlbəcər Gəncə, Qarabağ, Xoy, AranDağıstan sınırında yaşayan türkmanlar (tərəkəmələr) Zülqədərli adıyla anılırdı.

Azərbaycana köçən Zülqədərli türkmanları arasında Qavurgalı, Söklən, Şəmsəddinli, Eymür, Hacılar, Sarışeyxli, Camışlı, Çiçəkli adlarına rastlanır.

Bəyliyin hökmdarları

Hakimiyyət illəriAdları
1337-1353Zeynəddin Qaraca bəy Zülqədər
1353-1386Qarsəddin Xəlil bəy Zülqədər
1386-1398Şaban Sülü Sevdi bəy
1398-1399Sədəqə bəy
1399-1442Nasirəddin Məhəmməd bəy Zülqədər
1442-1454Süleyman bəy Zülqədər
1454-1465Məlik Arslan bəy Zülqədər
1465-1467Şahbudaq bəy Zülqədər
1467-1472Məlikmüzəffər Şahsuvar bəy Zülqədər
1472-1480Şahbudaq bəy Zülqədər
1480-1515Əlaüddövlə Bozqurd bəy Zülqədər
1515-1522Əli bəy Zülqədər

Ailənin soyağacı

Dulqədiroğlu bəyi DULQƏDİROĞLU BƏYİ
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dulqədiroğlu bəyi
ZEYNƏDDİN QARACA BƏY
(1)(1337-1353)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DULQƏDİROĞLU DAVUD BƏY
 
Dulqədiroğlu bəyi
QARSƏDDİN XƏLİL BƏY
(2)(1353-1386)
 
DULQƏDİROĞLU İSA BƏY
 
DULQƏDİROĞLU İBRAHİM BƏY
 
DULQƏDİROĞLU OSMAN BƏY
 
Dulqədiroğlu bəyi
ŞABAN SÜLÜ BƏY
(3)(1386-1398)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DULQƏDİROĞLU ƏLƏDDİN ƏLİ BƏY
 
Dulqədiroğlu bəyi
NASİRƏDDİN MEHMED BƏY
(5)(1398-1442)
 
DULQƏDİROĞLU ƏBDÜRRƏZZAQ BƏY
 
DULQƏDİROĞLU TUĞRAK BƏY
 
Dulqədiroğlu bəyi
SƏDƏQƏ BƏY
(4)(1398-1399)
 
ƏMİNƏ XATUN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DULQƏDİROĞLU HƏMZƏ BƏY
 
Dulqədiroğlu bəyi
SÜLEYMAN BƏY
(6)(1442-1454)
 
DULQƏDİROĞLU FƏYYAZ BƏY
 
DULQƏDİROĞLU RÜSTƏM BƏY
 
DULQƏDİROĞLU DAVUD BƏY
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
... XATUN
 
Dulqədiroğlu bəyi
MƏLİKMÜZƏFFƏR ŞAHSÜVAR BƏY
(9)(1466-1472)
 
DULQƏDİROĞLU ƏBDÜRRƏZZAQ BƏY
 
Dulqədiroğlu bəyi
MƏLİK ARSLAN BƏY
(7)(1454-1465)
 
Dulqədiroğlu bəyi
ŞAHBUDAQ BƏY
(8)(1465-1466)
(10)(1472-1480)
 
DULQƏDİROĞLU İSA BƏY
 
Dulqədiroğlu bəyi
ƏLAÜDDÖVLƏ BOZQURD BƏY
(11)(1479-1515)
 
SİTTİ-MÜKRİMƏ XATUN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dulqədiroğlu bəyi
ŞAHSÜVAROĞLU ƏLİ BƏY
(12)(1515-1522)
 
DULQƏDİROĞLU QASIM BƏY
 
DULQƏDİROĞLU ƏMİRASLAN BƏY
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BƏNLİ XATUN
 
DULQƏDİROĞLU ŞAHRUX BƏY
 
DULQƏDİROĞLU ƏHMƏD BƏY
 
DULQƏDİROĞLU TURAQ BƏY
 
DULQƏDİROĞLU SÜLEYMAN BƏY
 
DULQƏDİROĞLU ƏRDİVAN BƏY
 
AYŞƏ XATUN

Dövrün digər nüfuzlu ailələriylə qohumluq əlaqələri

Dulqədiroğlu bəyi DULQƏDİROĞULLARI SÜLALƏSİ
Qazi Bürhanəddin bəyliyi QAZİ BURHANƏDDİNİN AİLƏSİ
Osmanlı sultanı OSMANLI SÜLALƏSİ
Sultan BURCİ MƏMLÜKLƏRİ
Sultan AĞQOYUNLU BAYANDUR SÜLALƏSİ


Qazi Bürhanəddin bəyliyi
QAZİ BÜRHANƏDDİN
(1381-1398)
 
 
Dulqədiroğlu bəyi
... XATUN
 
 
 
 
 
 
 
Dulqədiroğlu bəyi
ZEYNƏDDİN QARACA BƏY
(1337-1353)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qazi Bürhanəddin bəyliyi
HƏBİBƏ SƏLCUQ XATUN
 
 
 
 
Dulqədiroğlu bəyi
ŞABAN SÜLÜ BƏY
(1386-1398)
 
 
 
 
Dulqədiroğlu bəyi
... XATUN
 
 
RAHATOĞLU ƏLƏDDİN ƏLİ BƏY
 
Dulqədiroğlu bəyi
QARSƏDDİN XƏLİL BƏY
(1353-1386)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
... XATUN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qazi Bürhanəddin bəyliyi
XƏDİCƏ MİSRİ XATUN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dulqədiroğlu bəyi
NASİRƏDDİN MEHMED BƏY
(1398-1442)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Osmanlı sultanı
ÇƏLƏBİ MEHMED
(1413-1421)
 
 
 
Dulqədiroğlu bəyi
ƏMİNƏ XATUN
 
Dulqədiroğlu bəyi
RÜSTƏM BƏY
 
 
 
 
 
 
 
 
Dulqədiroğlu bəyi
SÜLEYMAN BƏY
(1442-1454)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
II MURAD
(1421-1444)
(1446-1451)
 
 
 
 
Dulqədiroğlu bəyi
ŞƏMSİMAH XATUN
 
 
Dulqədiroğlu bəyi
ƏLAÜDDÖVLƏ BOZQURD BƏY
(1479-1515)
 
 
Dulqədiroğlu bəyi
MƏLİK ARSLAN BƏY
(1454-1465)
 
 
Dulqədiroğlu bəyi
MƏLİKMÜZƏFFƏR ŞAHSÜVAR BƏY
(1466-1472)
 
Dulqədiroğlu bəyi
ŞAHBUDAQ BƏY
(1465-1466)
(1472-1480)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
UZUN HƏSƏN
(1468-1478)
 
Sultan
FATEH SULTAN MEHMED
(1444-1446)
(1451-1481)
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dulqədiroğlu bəyi
SİTTİ-MÜKRİMƏ XATUN
 
 
 
 
Dulqədiroğlu bəyi
ŞAHSÜVAROĞLU ƏLİ BƏY
(1515-1522)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
SULTAN YAQUB
(1478-1490)
 
Sultan
II BƏYAZİD
(1481-1512)
 
 
Dulqədiroğlu bəyi
AYŞƏ XATUN
 
 
 
 
 
 
 
 
Sultan
SEYFƏDDİN ÇAXMAQ
(1438-1453)
 
Dulqədiroğlu bəyi
... XATUN
 
Sultan
ŞƏHABƏDDİN ƏHMƏD
(1461)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sultan
SULTAN MURAD
(1499-1508)
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dulqədiroğlu bəyi
BƏNLİ XATUN
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Mənbə

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.