Zülfiyyə Sadıqova

Sadıqova Zülfiyyə Şükür qızı - Xəzər Universitetinin Musiqi və incəsənət kafedrasının müdiri, Xəzər Universitetinin kamera orkestrının bədii rəhbəri professor,[1] dosent.[2] Əməkdar müəllim.[3]

Zülfiyyə Sadıqova
Zülfiyyə Şükür qızı Əkbərova
Ümumi məlumatlar
Doğum yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti Pianoçu
Fəaliyyət illəri 1990-
Janr Klassik musiqi
Musiqi aləti Piano
Mükafatları Əməkdar müəllim

1990-cı ildə Bülbül adına orta ixtisa musiqi məktəbini gümüş medalla, 1995-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə “Gənc musiqiçilər” müsabiqəsinin birinci dərəcəli fəxri diplomunu almış, həmin ildə şəhər və respublika baxışlarının qalibi olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət və İncəsənət Muzeyində solo konserti keçirilmişdir. 1994-cü ildə “Tələbə və aspirantların IV elmi ifaçılıq konfransı”nın diplomu ilə təltif olunub. 1997-ci ildə görkəmli tarzən Mirzə Sadıq Əsədoğlu (Sadıqcan) adına Xalq Çalğı Alətləri üzrə musiqi ifaçılarının Respublika müsabiqəsində yaradıcılıq fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib. 1998-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində aspiranturanı bitirib. 2011-ci ilin may ayında İtaliyanın Roma şəhərində Akademia Nazionale di Sonto Ceciliya konsert salonunda solo proqramla çıxış edib. 2014-cü ilin mart ayının 7-də Böyük Britaniyanın London şəhərində solo konsertlə çıxış etmişdir.[4]

Solo konsertləri

TarixÖlkə, ŞəhərYerKonsertin adıDirijorMüşayiətçi
1991.--.--Qazaxıstan Qazaxıstan, AlmatıQazaxıstan Dövlət Konservatoriyasının Kamera Zalı---
1993.--.--Azərbaycan Azərbaycan, BakıAzərbaycan Dövlət və İncəsənət Muzeyi---
2004.--.--Almaniya AlmaniyaAlman Mədəniyyət Mərkəzi---
2007.--.--Gürcüstan Gürcüstan, Tbilisi----
2009.--.--Rusiya Rusiya, Dağıstan, Mahaçqala-Murad Kojlayev adına musiqi məktəbinin açılışına həsr olunmuş Beynəlxalq festival--
2011.05.--İtaliya İtaliya, RomaAkademia Nazionale di Sonto Ceciliya konsert salonu---
2013.05.09Fransa Fransa---
2014.03.07Böyük Britaniya Birləşmiş Krallıq, London----
2014.11.17-21Türkiyə Türkiyə, AnkaraHaccetepe Universitetinin konservatoriyası---
2015.03.12-17Türkiyə Türkiyə, QəhrəmanmaraşKayseri----

İstinadlar

  1. http://www.asanradio.az/news/13064%5B%5D
  2. "Arxivlənmiş surət". 2019-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
  3. "Arxivlənmiş surət". 2017-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
  4. "Arxivlənmiş surət". 2018-01-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.