Zülfüqarxanovlar

ZülfüqarxanovlarAzərbaycan xalqının tanınmış soylarından biri.

Zülfüqarxanovlar
Titul Xan
Əcdadı Kəlbəli xan Kəngərli
Qohum soylar Kəngərlinski, Kəlbəlixanovlar, Naxçıvanskilər, Zamanbəyovlar
Mənşəyi Naxçıvan
Təbəəliyi Naxçıvan xanlığı,
Rusiya imperiyası

Soyun yaranması

Naxçıvan vilayəti 1828-ci ildə Rusiyaya ilhaq edildikdən sonra Kəngərlilər bir neçə qola ayrılmışdılar (Kəngərlinski, Kəlbəlixanovlar, Naxçıvanskilər, Zülfüqarxanovlar Zamanbəyovlar və s.).

Zülfüqarxanov xahişnaməsində bildirib ki, onun ulubabası Heydərqulu xan və onun oğlu Şükrullah xan Naxçıvan qəzasını və Mehri sahəsini çıxmaqla Azadciran (Azadciran XIX əsrdə Naxçıvandan şərqdə yerləşən torpaqların ərazisi) dairəsini idarə ediblər. Onun babası Zülfüqar xan Azadciran dairəsini idarə edib.

Zülfüqarxanovlar və Sovet dövründə Zülfüqarlı soyadlarını daşıyan şəxslər də Kəngərli xanlarından Şükrulla xanın nəslindən olanlardır.

Soyun tanınmış nümayəndələri

  • Şükrulla xan
  • Zülfüqar xan
  • Cahangir xan

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.