Zülfüqar Məmmədov (memar)

Məmmədov Zülfüqar Əlif oğluAzərbaycan Respublikasının əməkdar memarı (09.11.2007)[1], Azərbaycan Memarlar İttifaqının üzvü, Bakı Dövlət Layihə İnstitutunun baş mühəndisi.

Zülfüqar Məmmədov
Zülfüqar Əlif oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qılışlı, Bərdə rayonu, Azərbaycan SSR
Təhsili
İşləri və nailiyyətləri
Mükafatları Azərbaycan Respublikasının əməkdar memarı (09.11.2007)

Həyatı

Zülfüqar Məmmədov 1941-ci il yanvar ayının 30-da Bərdə rayonunun Qılışlı kəndində müəllim ailəsində anadan olub. 1948-1958-ci illərdə Bərdə şəhərində 1 saylı orta məktəbi bitirmişdir. 1961-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunun İnşaat Fakultəsinin Memarlıq şöbəsində təhsil almış və 1967-ci ildə ali təhsilini memar ixtisası üzrə başa vurmuşdur[2].

O, ilk dəfə memar kimi fəaliyyətə “BakıDövətLayihə” institutunda başlamışdır. Tez bir zamanda onun işgüzarlığı və bacarığı nəzərə alınaraq 1969-cu ildə o, baş memar vəzifəsinə, 1973-cü ildə isə qrup rəhbəri vəzifəsinə təyin edilmişdir.. Bir çox mülki və sosial obyektlərin müəllifidir[2].

Məmmədov Z.Ə. 1974-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür[2].

Məmmədov Z.Ə. 01.02.2008-ci il tarixindən 08.08.2011-ci il tarixinə kimi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır[2].

Hal-hazırda “Bakı Dövlət Layihə İnstitutu”nun Baş mühəndisi və memarlıq şöbəsinin rəisi vəzifələrində fəaliyyət göstərir[2].

Mükafatları

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 09.11.2007-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı fəxri adı ilə təltif olunmuşdur[1].

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.