Zülfü Livaneli

Ömər Zülfü Livanelioğlu (türk. Ömer Zülfü Livanelioğlu; təxəllüsü: Zülfü Livaneli; 20 iyun 1946[1], Ilqın[d], Konya ili) — Türkiyə musiqiçisi, ssenaristi, siyasətçisi, yazıçısırejissoru.

Zülfü Livaneli
türk. Zülfü Livaneli
Doğum tarixi 20 iyun 1946(1946-06-20)[1] (77 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
  • TED Ankara Kolleci[d]
Fəaliyyəti bəstəkar, siyasətçi, kinorejissor, şair, müğənni, yazıçı, ssenarist
Üzvlüyü
livaneli.gen.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ömər Zülfü Livanelioğlu, 1946-cı il iyunun 20-də Konyanın İlgın mahalında anadan olub. Ailənin babası Livanelioğlu Ömer Əfəndi, 93 Harbinde Artvinin ermənilər və ruslar tərəfindən işğalından sonra Ərzuruma gələrək Əhməd Muxtar Paşanın ordusuna qoşulmuşdur. Ömər Əfəndi usta rütbəsi ilə Harput Redif Taburuna təyin edildi. Daha sonra bir qarşıdurma əsnasında şəhid olur. Ömər Əfəndinin tək oğlu olan Zülfü Əfəndi, Türkiyənin müxtəlif yerlərində sorğu hakimi olaraq vəzifə yerinə yetirər. Soyad qanunu qəbul edildikdə, Artvin, Yusufeli, Livane Sancakdan gəldiyi üçün atası Livanelioğlu soyadını alır. Zülfü Əfəndi'nin üç oğlu da hakim olmuşdur. Zülfü Livanelinin atası və qardaşların ən böyüyü Mustafa Səbri Livanelioğlu, Yargıtay Başçı Vəkili vəzifəsinə qədər yüksəldmişdir.

Fəaliyyəti

ABŞ-da Fairfax Konservatoriyasını bitirmişdir. Zülfü Livanelioğlu bağlama ifa etməyi xalası Nazmiye Yücelin əri olan Turhan Yüceldən, İlgında yaşadığı illərdə və yay tətillərində öyrəndiyində yeznəsi Turhan bəyin ona həyatını dəyişdirəcək bir sərmaye hədiyyə etdiyindən xəbəri yox idi. Zülfü Livaneli musiqisi ilə bir çox milli və beynəlxalq mükafat almış və əsərləri Joan Baez, Maria Farantouri, Maria del Mar Bonet və Leman Sam kimi yerli və xarici sənətkarlar tərəfindən şərh edilmişdir. Mədəniyyət, incəsənət və siyasət sahəsində Türkiyənin əhəmiyyətli adlarından biri olan sənətçi, sənət həyatı boyunca 300-ə yaxın bəstəyə və 30 film musiqisinə imzasını atdı. Türkiyədən qəflətən ayrılaraq İsveçə sürgün illərində qabyuyan daxil müxtəlif işlərdə işləyən Livanelinin ən böyük arzusu bir gün Türkan Şoray ilə tanış olmaq və o zaman Türkiyədə günahlandırılan şəxslərin sığınacaq yeri halına gələn İsveçdə olan məşhur yazar, jurnalist və ya şairlərlə qarşılaşmaq idi. Bugünə qədər "Yer Demir Gök Bakır", "Sis", "Şahmaran" ve "Veda" uzunmetrajlı filimlərinin rejisoru olub. Valensiya filim festivalında "Qızıl Palma" və 1989'da Montpelier Film Festivalında "Qızıl Antigone" mükafatına layiq görülüb. "Sis", "Avropanın ən yaxşı film mükafat"ına namizəd olmuşdur. Sənətçinin filmləri Türkiyə, ABŞ, Fransa, Almaniya, İsveçrəYaponiyada nümayiş olundu və BBC, WDR, İspaniya, KanadaYaponiya televiziyaları kimi bir çox televiziya şirkətinə satıldı. 1986-cı ilin oktyabrında Çingiz Aytmatovun dəvəti ilə Federico Major, Yaşar Kamal, Arthur Miller və digər tanınmış sənətkar və mütəfəkkirlərin qatıldığı Qırğızıstan və daha sonra Vengen, Qranada ve Mexikoda toplanan Issık-Kul Forumunda yer aldı. Livaneli, Jack Lang, Vanessa Redgrave, Arthur Miller və Mikis Theodorakis kimi tanınmış insanlarla birlikdə, dünya mədəniyyətinin inkişafı və dünya sənətinin inkişafına töhfə verməyə çalışdı. 1996-cı ildə Parisdə UNESCO tərəfindən səfirlik verilmiş sənətçi Livaneli, 1978-ci ildə "Nazım Türküsü" adlı albomunda Nazım Hikmətin şeirlərinə bəstələdiyi mahnıları toplamışdır. "Arafatta bir çocuk", "Geçmişten Geleceğe Türküler", "Sis", "Orta Zekalılar Cenneti", "Diktatör ile Palyaço", "Sosyalizm öldü mü", "Engereğin Gözündeki Kamaşma" ve "Bir Kedi, Bir Adam, "Bir Ölüm ve Mutluluk", Leylanın Evi, Sevdalim Hayat, Son Ada ve Sanat Uzun, Hayat Kisa, Serenad, Kardeşimin Hikayesi kitablarının müəllifi olan Livaneli, beynəlxalq mədəni dairələrdə tanınır və hörmət edilir. Ömər Zülfü Livaneli, Ülker Hanım ilə evli və bir qızı var. Qızı Aylin Livaneli təhsil və gördüyü bir çox işdən sonra musiqi ilə maraqlanmış və beş albomu işıq üzü görmüşdür. Musiqiyə fasilə verən Aylin Livaneli hazırda xaricdə iqtisadiyyat üzrə təhsil alır. Onun üç kitabı nəşr olunmuşdur. Livaneli vegetariandır. 19 May 1997 tarixində, Ankara Hipodrom meydanında verdiyi konsertə 500.000 adamın qatılmasıyla Türkiyənin ən böyük konsertini həyata keçirmiş ünvanını qazanmışdır.[2]

Siyasi fəaliyyəti

Livaneli, 1994 yerli seçkilərində Sosyaldemokrat Xalqçı Partiyadan İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd oldu. Anavətən Partiyasının namizədi İlhan Kesici, Refah Partiyasının namizədi Rəcəb Tayyib Ərdoğan və Doğru yol Partiyasının namizədi Bedrettin Dalan olduğu seçkilərdə səslərin 20,3%-ni toplayaraq üçüncü olmuşdur.[3] Rəcəb Tayyib Ərdoğan isə 25,19%-lik səslə Bələdiyyə sədri seçilmişdir. Livaneli, 2002 ümumi seçkilərində Cümhuriyyət Xalq Partiyasının üzvü olaraq millətvəkili seçildi. Partiyanın 13. Fövqəladə Baş Məclisində kifayət qədər imza tapa bilmədiyi üçün prezidentliyə namizəd ola bilməyərək partiya rəhbərliyini ciddi şəkildə ittiham edib istefa etdi. Livaneli, istefasını izah edərək belə dedi: "CHP rəhbərliyi, Atatürkün dünyəvi, inqilabçı, populist, müasir və islahatçı xəttinin XXI əsrə daşıya bilmədiyi üçün ölkəmiz çətin bir siyasi mürəkkəbliyə sürükləndi. Bu böyük tarixi və siyasi dəyişmənin qarşısını almaq və CHP-nin inqilabi, islahatçı prinsiplərini özünə qaytarması üçün partiyanın bütün səviyyələrində böyük səylər göstərdim. Lakin təəssüf ki, bu səylər nəticə verməzdi. Partiyada bir-birinə qarşı fikir və insanları məhv etmək vərdişi bu qurultaydan sonrada davam edir. CHP içində qalaraq mübarizə üsulları artıq tükənib. Partiya antidemokratik və oligarxik quruluşa çevrilmişdir".

Kitabları

  • Gökyüzü Herkesindir (2020)
  • Rüzgarlar Hep Gençtir.(2019)
  • Elia ile Yolculuk (2017)
  • Huzursuzluk (2017)
  • Konstantiniyye Oteli (2015)
  • Kardeşimin Hikayesi (2013)
  • Edebiyat Mutluluktur (2012)
  • Harem (2012)
  • Serenad (2011)
  • Sanat Uzun Hayat Kısa (2010)
  • Son Ada (2008)
  • Sevdalım Hayat
  • Leyla'nın Evi
  • Gorbaçov´la Devrim Üstüne Konuşmalar
  • Mutluluk (2002)
  • Bir Kedi, Bir Adam, Bir Ölüm
  • Livaneli Besteleri
  • Engereğin Gözündeki Kamaşma
  • Sosyalizm Öldü Mü?
  • Diktatör ile Palyaço
  • Türkiye Orta Zekalılar Cenneti
  • Sis
  • Dünya Değişirken
  • Geçmişten Geleceğe Türküler
  • Arafat'ta Bir Çocuk

Diskoqrafiyası

  • Chants Révolutionnaires Turcs — 1973
  • Eşkıya Dünyaya Hükümdar Olmaz — 1975
  • Merhaba — 1977
  • Nazım Türküsü — 1978
  • The Bus (OST) — 1978
  • Alamanya Beyleri — 1979
  • Atlının Türküsü — 1979
  • Günlerimiz – 1980
  • İnce Memet Türküsü – 1980
  • Maria Farandouri Livaneli Söylüyor – 1982
  • Yol (Soundtrack) – 1983
  • Eine Auswahl – 1983
  • Ada – 1983
  • İstanbul Konseri (Concert) – 1984
  • Güneş Topla Benim İçin – 1985
  • Livaneli / 10 Yılın Ezgisi – 1986
  • Zor Yıllar – 1986
  • Hoşgeldin Bebek – 1986
  • Gökyüzü Herkesindir – 1987
  • Soundtracks – 1988
  • Crossroads (New Age) – 1990
  • Saat 4 Yoksun – 1993
  • Neylersin – 1995
  • Yangın Yeri – 1996
  • Janus (Symphonic Poems) – 1996
  • Livaneli & Theodorakis : Together – 1997
  • Efsane Konserler – 1997
  • Nefesim Nefesine – 1998
  • New Age Rhapsody, London Symphony Orchestra Plays Livaneli – 1999
  • Unutulmayanlar – 1999
  • İlk Türküler – 2001
  • Hayata Dair – 2005
  • Veda Film Müzikleri – 2010
  • Gökkuşağı Gönder Bana – 2013
  • Livaneli 50. Yıl "Bir Kuşaktan Bir Kuşağa" – 2016

Film

ilMükafat / FestivalKateqoriyaFilmNəticə
1987San Sebastián Millətlərarası Film FestivalıOCIC MükafatıYer Demir Gök BakırQazandı
Kann Film FestivalıUn Certain RegardNamizəd
1989Valensiya Aralıq Film FestivalıQızıl PalmaSisQazandı
Montpellier Aralıq dəniz Film FestivalıQızıl AntigoneQazandı
Avropa Film FestivalıƏn Yaxşı FilmNamizəd
Antalya Qızıl Portağal Film FestivalıƏn Yaxşı İkinci FilmQazandı
2000Antalya Qızıl Portağal Film FestivalıQızıl QozaQazandı
2007Antalya Qızıl Portağal Film FestivalıƏn Yaxşı MusiqiMutlulukQazandı
Film Yazarları Dərnəyi Türk Filmi MükafatlarıQazandı
2008Yeşilçam MükafatlarıQazandı
Ankara Millətlərarası Film FestivalıQazandı

İstinadlar

  1. Zülfü Livaneli // filmportal.de. 2005.
  2. Şirin Sever. "CHP'de barış, yurtta barış, dünyada barış" (türk. ). sabah.com.tr. 19 yanvar 2005. 17 May 2019 tarixində orijinalından arxivləşdirilib.
  3. Deniz Sipahi. "Bir hatırlatma ve yerel seçimler" (türk. ). milliyet.com.tr. 24.08.2008. 17 May 2019 tarixində arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.