Zühtü Müridoğlu
Zühtü Müridoğlu (26 yanvar 1906[1], Konstantinopol[2] – 21 avqust 1992, İstanbul) ― Türkiyə heykəltaraşı.
Zühtü Müridoğlu | |
---|---|
türk. Zühtü Müridoğlu | |
Doğum tarixi | 26 yanvar 1906[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 avqust 1992 (86 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Osmanlı imperiyası Türkiyə |
Fəaliyyəti | heykəltaraş |
Təhsili | |
Mükafatları |
Sedat Simavi Vəqf Mükafatı (1977) Atatürk Sənət Mükafatı (1981) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Zühtü Müridoğlu 1924-1928-ci illərdə Memar Sinan Gözəl Sənətlər Universitetinin tələbəsi olmuşdur, burada İhsan Özsoy onun müəllimlərindən biri olmuşdur. Bu universiteti bitirdikdən sonra təhsilini Avropada davam etdirmək üçün təqaüd qazandı və Parisə getdi. Orada Luvr nəzdində sənət tarixi və Sarbonnada estetika üzrə təhsil almışdır. Türkiyəyə qayıtdıqdan sonra Muridoğlu 1932-1936-cı illərdə müəllim işləmişdir. O, "D Grubu" ("D qrupu") adlı rəssamlar kollektivinin yaradıcılarından biri idi. 1936-cı ildə İstanbul Arxeologiya Muzeyində heykəltaraş kimi çalışmışdır. 1939-cu ildə Ankara Qazi Pedaqoji İnstitutunda müəllimlik etməyə başlamış və daha sonra alma materdə, İstanbuldakı Gözəl Sənətlər Universitetində işləmişdir. 1947-1949-cu illərdə o, yenidən Parisdə yaşayırdı, amma yenə Gözəl Sənətlər Universitetinə qayıtdı və burada ona şəxsi emalatxana verildi. 1955-ci ildə ağac emalı emalatxanası açdı, 1969-cu ildə isə professor oldu. Muridoğlu 1971-ci ildə təqaüdə çıxsa da, uzun müddət ərzində yaradıcılıq fəaliyyəti ilə əvvəlki kimi məşğul olmağa davam edirdi. 1977-ci ildə Sedat Simavi Vəqf Mükafatı və 1981-ci ildə Atatürk Sənət Mükafatını almışdır.[3]
1932-ci ildə abidələrin dizaynına həsr olunmuş ilk fərdi sərgisini keçirdi. 1953-cü ildən sonra Muridoğlu əsərlərini əsasən mücərrəd istiqamətində yaradırdı. O, ağac budaqları kimi bir çox təbii materialdan istifadə edirdi. 1975-ci ildən sonra o, əvvəlki tərzinə qayıtdı.[3]
İstinadlar
- Zühtü Mürıdoǧlu // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
- Union List of Artist Names (ing.). 2010.
- Gurur. "Zühtü Müridoğlu Kimdir? Zühtü Müridoğlu hayatı, biyografisi, eserleri, heykelleri hakkında bilgi". NKFU.COM. 5 December 2012. 21 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 April 2018.
Xarici keçidlər
- "Zühtü Müridoğlu (1906 – .... )". kimkimdir.gen.tr. İstifadə tarixi: 20 April 2018.
- Kuzucular, Şahamettin. "Zühtü Müridoğlu". edebiyatvesanatakademisi.com. 14 April 2012. İstifadə tarixi: 20 April 2018.
- "Zühtü Müridoğlu". biyografya.com. İstifadə tarixi: 20 April 2018.