Züd-Ost Qoltuq
Züd-Ost Qoltuq — (Cənub-Şərqi Qoltuq) Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.[1]
Kənd | |
Züd-Ost Qoltuq | |
---|---|
39°29′29″ şm. e. 49°15′47″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Neftçala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | azərbaycanlılar nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 4702 |
|
Tarixi
Kürün deltasında, çayla Xəzərin əmələ gətirdiyi bucaqda Qoltuq adlı iki yaşayış məskəni var. Züd-Ost (Cənub-Şərq) və Nord-Ost (Şimal-Şərq) adlanan Qoltuq kəndləri XIX əsrin son rübündə təşəkkül tapmış, əsrimizin əvvəllərində isə xeyli genişlənmişdir. Bucaq mənası bildirən Qoltuq əsl türk sözüdür və körfəz kimi coğrafi anlayış bildirir. Bu söz dilimizin izahlı lüğətində çay və dəniz sahilində su girintisi, körfəz kimi mənalandırılır.
Z.O.Qoltuq hazırda Neftçala şəhərinin cənub tərəfində geniş bir ərazini əhatə edir. Kənddə bir neçə məhəllə adı mövcuddur. Vaxtı ilə rusların KOÇEVKA (düşərgə, köç yeri) adlandırdığı məhəllədə ruslarla yanaşı Cənubi Azərbaycandan gələnlər də yaşayırdı (həmşərilər). Burada Sayıllılar məhəlləsi var. Əsl Qoltuğun özü isə Kürün indiki Axmaz qobu qolunun cənubunda salınmışdı. Əsrin 60-cı illərində Qoltuqda yeni bir məhəll - Kazımabad məhəlləsi salındı. Burada ilk evi Kazım adlı bir şəxs tikdirdiyi üçün belə adlandırılıb.
Deyilənə görə, ehtiyac üzündən bura yığışan adamlar balıq vətəqələrində işlədiklərindən güzəranları çox pis keçirmiş. Heyvanlar olmadıqları üçün çarıq tikdirməyə gönləri də yox imiş. Qum üstündə qadınlı kişili ayaqyalın gəzdiklərindən "Ayaqyalın qoltuqlu" ifadəsi yaranmışdır. Yaşayış məntəqəsində malakanlar tərəfindən tikilmiş XIX əsr aid Kilsə var (İnventar nömrəsi: 4935).
1916-ci ildə Z.O.Qoltuq-da beşillik rus-tatar məktəbi fəaliyyətə başlayıb. Məktəbin ilk direktoru Mirzə Heydər Qəniyev olub. 1938-ci ilə kimi məktəb beynəlmiləl məktəb kimi fəaliyyət göstərib.
Həmçinin bax
- Nord-Ost Qoltuq