Zövq

Zövq — müsbət emosiyaların ayrılmaz hissəsi olan subyektiv yaşam, xüsusilə, bir və ya daha çox ehtiyaclarını ödənilməsini müşayiət edir. Zövqün antonimləri əzabağrıdır. Epikür fəlsəfəsindəki zövq anlayışı xoşbəxtlik ilə eyniləşdirilir. Gələcəkdə isə bu nəzəriyyəyə hedonizm adlandırılır. Stoaçılar, əksinə, zövqü bir aslılıq, ehtiras və vərdiş kimi qəbul etdilər. İndi zövq, beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunduğu başa düşülür. İndi zövq, dedikdə beyinin müəyyən bir hissəsi tərəfindən idarə olunan, pozitiv emosional fon yaradan hisslər nəzərdə tutulur.

Zövq prinsipi

Zövq prinsipi — sabitlik prinsipi, nirvana prinsipi və məcburi təkrar prinsipi ilə yanaşı, Ziqmund Freydinin nəzəriyyəsindəki zehni aparatın dörd prinsipindən biridir. Zövq prinsipi psixanın gərginliyini minimum səviyyəyə endirmək istəyini təsvir edir.

Buna görə də 1920-ci ildə Freyd paradoksal nəticə çıxarırır, "zövq prinsipi ölümlə bağlı meylə tabedir"" — və hər ikisi orqanizmi minimal səviyyəyə gətirib çıxarmağa çalışır. Psixoanalitik Jak Lakan "zövq laqeydliklə deyil, asılılıq və ya istəyin qurulması ilə əlaqələndirilir" fikri ilə onların necə əks-səda verdiklərini müqayisə edir.

Dində zövq

Xristianlıqda

Xristianlıqda acgözlük və şəhvət kimi bədən zövqləri rədd edilir.[1] Mənəvi zövqlər isə yetişdirilir: xoşbəxtlik və sevinc.

Buddizmdə

Buddizmdə zövqün tərs tərəfi, məmnun olmayan frustrasiyadan qaynaqlanan əzabdır.

Qədim yunan mifologiyasında

Qədim yunan mifologiyasında zövqü Volupiya ilahəsi təcəssüm edir.[2]

İstinadlar

  1. "Что такое смертный грех?". 2012-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  2. "Theoi Project — Hedone/Voluptas". www.theoi.com. 2019-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.