Zöhrablı (Qəmərli)

Zöhrablı (Mrqanuş) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.[2]

Zöhrablı
40°01′43″ şm. e. 44°33′31″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1873
Sahəsi
  • 2,63 km²
Mərkəzin hündürlüyü 905 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.101 nəf. (2011)[1]
Rəsmi dili
Zöhrablı xəritədə
Zöhrablı
Zöhrablı

Tarixi

Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Kəndin digər adı Zorbalı olmuşdur[3]. "İrəvan əyalətinin icmal dəftəri"ndə[4] qeyd edilmişdir.

Toponim qaşqay türk tayfasından olan zöhrablı nəsil adı əsasında[5] əmələ gəlmişdir. Patronomik toponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20. VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqanuş qoyulmuşdur.

Əhalisi

Burada tarixən azərbaycanlılar yaşamışdır.

1828–30-cu illərdə kəndə İrandan köçürülən ermənilər yerləşdirilmiş və azərbaycanlılar deportasiya olunmuşdur.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.48
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.75
  5. İbrahimov (Şahin) T. Ə. Qaşqaylar, Bakı, "Elm", 1988. s.39
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.