Zöhrabbəyovlar
Zöhrabbəyovlar — Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biri.
Zöhrabbəyovlar | |
---|---|
![]() | |
Titul | Bəy |
Əcdadı | Zöhrab bəy Qarabaği |
Mənşəyi | Qarabağ, Şuşa |
Təbəəliyi |
Qarabağ xanlığı,![]() |
Soyun yaranması
Zöhrabbəyovların ulu babası Zöhrab bəydir. Zöhrab bəy təxminən 1757-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Yaxın qohumu Qalabəyovlara xidmət etmişdi. Qalabəyovların nümayəndələri həm Şuşa şəhərinin qalabəyi, həm də Otuziki mahalının naibləri idilər.
Zöhrab bəyin törəmələri Zöhrabbəyov soyadını daşıyırlar.
Zöhrabbəyovların malikanəsi
Zöhrabbəyovların Şuşa şəhərində böyük 3 mərtəbəli mülkləri vardı.
Soyun tanınmış nümayəndələri
- Mirzə Salah bəy Zöhrabbəyov — görkəmli pedaqoq, Fransada, Rusiyada oxumuş ziyalı.
- Abbasqulu bəy Zöhrabbəyov
- Əsgər bəy Zöhrabbəyov
- Ələsgər bəy Zöhrabbəyov
Mənbə
- Ənvər Çingizoğlu, Zöhrabbəyovlar, "Soy" dərgisi, 3 (11), Bakı, 2008. səh.3-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.