Zöhrab Mnatsakanyan

Zöhrab Mnatsakanyan (20 mart 1966, İrəvan) — Ermənistanın keçmiş xarici işlər naziridir.16 noyabr 2020-ci ildə vəzifəsindən istefa vermişdir.[1]

Zöhrab Mnatsakanyan
erm. Զոհրաբ Մնացականյան
Ermənistanın xarici işlər naziri[d]
12 may 2018 16 noyabr 2020
ƏvvəlkiEdvard Nalbandyan
Şəxsi məlumatlar
Doğum tarixi 20 mart 1966(1966-03-20) (58 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi
Dini Erməni Həvari kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təhsili

Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Münasibətlər Bölməsini bitirib və Mançester Viktoria Universitetinin Sosial, İqtisadi və Siyasi Tədqiqatlar Bölməsində Qərbi Avropa Siyasəti (İqtisadiyyat) magistr dərəcəsini almışdır.

Diplomatik karyerası

1991-ci ildə Xarici İşlər Nazirliyinə daxil olmuş, 1997-ci ildə qısa bir müddət, Ermənistan Xarici İşlər Naziri Aleksandr Arzumanyanın Xarici İşlər Nazirliyinin idarə rəisi, 1997-1999-cu illərdə Xarici İşlər Nazirliyində şöbə müdiri, 1999-2002-ci illər arasında Prezidentin Xarici Əlaqələr Bölməsinin müdiri vəzifələrində çalışmışdır. 2002-2008-ci illərdə Ermənistanın BMT-nin Cenevrə Ofisində Daimi Nümayəndəsi olmuş və həmçinin eyni illərdə İsveçrənin (Cenevrədə qalmaqla) səfiri vəzifəsini icra etmişdir. 2008-2011-ci illər arasında Ermənistanın Avropa Şurası yanında Daimi Nümayəndəsi (Strasburqda), 2011 ilə 2014 arasında Xarici İşlər Nazirinin müavini və Avropa Birliyi-Ermənistan tərəfdaşlıq sazişinin baş müzakirəçisi olaraq çalışmışdır. 2014-cü ildən etibarən Ermənistanın (Nyu-Yorkda) BMT-dəki daimi nümayəndəsi olmuşdur.

12 may 2018-ci ildə Xarici İşlər Naziri təyin edilmişdir.

16 noyabr 2020-ci ildə istefa vermişdir.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.