Zöhrab Abbasov
Zöhrab Abbasov (tam adı: Zöhrab Heydərəli oğlu Abbasov; 26 fevral 1970, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Zöhrab Abbasov | |
---|---|
Zöhrab Heydərəli oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Xırdalan qəbiristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | Heydərəli |
Milliyyəti | azərbaycanlı |
Həyatı
1970-ci il fevralın 26-sı Bakıda anadan olmuşdur[2]. 6 yaşında vərəm xəstəliyinə tutulmuş, 7 yaşında artıq hər iki valideynini itirmişdir. Bu səbəbdən də, əvvəlcə Pirşahı internatında böyümüş, sonralar isə nənəsi ilə birgə yaşamışdır.[3] Vərəm xəstəliyi olduğu üçün Zöhrab heç yerdə işləməmişdir.
Subay idi.
Qanlı Yanvar faciəsi
Yanvarın 19-u bacısı Mehribanın yanına Yasamala getmişdir, orada ona özünü yaxşı hiss etdiyini, həkimlərin proqnozuna görə xəstəliyin yavaş-yavaş özü çəkiləcəyini demişdir. Səs-küy və atışmanı eşidən Zöhrab XI Qızıl Ordu meydanına getmiş, orada dəyənəklə, tüfəngin qundağı ilə, küt alətlə döyülərək ağır bədən xəsarəti almışdır. Elə həmin gün də neyrocərrahiyyə xəstəxanasında aldığı xəsarətlərdən vəfat etmişdir.
Xırdalan qəbiristanlığında dəfn edilmişdir.
Ünvan
Abşeron rayonu, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 6, mənzil 24.
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
- "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.