Zöhr namazı

Zöhr və ya günorta namazı 4 rəkətdir. Əvvəl vaxtı günortadır, son vaxtı isə şam azanına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir.

Zöhr namazının qılınma qaydası

  • 1-ci rükət
  1. Niyyət;
  2. Təkbir;
  3. Həmd-surə;
  4. Ruku;
  5. 2 səcdə;
  • 2-rükət:
  1. Həmd-surə;
  2. Qunut;
  3. Ruku;
  4. 2 səcdə;
  5. Təşəhhüd;
  • 3-cü rükət
  1. 3 dəfə təsbihati-ərbəə;
  2. Ruku;
  3. 2 səcdə;
  • 4-cü rükət:
  1. 3 dəfə təsbihati-ərbəə;
  2. Ruku;
  3. 2 səcdə;
  4. Təşəhhüd;
  5. Salam.

Niyyət:

Zöhr namazı qılıram vacib qürbətən iləllah.

Təkbirətul-ehram:

Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir.

Həmd-surə:

Fatihə surəsi ilə İxlas surəsi oxumaq.

Qunut:

Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir.

Ruku:

Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

2 səcdə:

Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Hər səcdədə 3 dəfə "Sübhənəllah" demək kifayətdir.

Təşəhhüd:

Təşəhhüd deyən zaman oturaq vəziyyəti alırsan. Təşəhhüdün vacibi miqdarı: "Əşhədu ən la ilahə illəlah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və rasuluh. Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd".

Müstəhəbdir ki, təşəhhüddən əvvəl "Əlhəmdulillah", yaxud "Bismillahi və billah. Və xayrul əsmayu lillah" deyəsən.

Təsbihat:

Namazın 3-cü və 4-cü rükətində Həmd-surə əvəzinə oxunur. Təsbihat zamanı 3 dəfə "Subhənallahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu əkbər" deyilir.

Salam:

Vacibi miqdarı — "Əssəlamu əleykum və rahmətullahi və bərakətuh".

Müstəhəbdir ki, bundan əvvəl "Əssəlamu əleykə eyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuh. Əssəlamu əleyna və əla ibadillahis-salihin" deyəsən..

Qeyd: Müsafir olanlar zöhr namazını 2 rəkət qılırlar.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.