Yuzef Qədimov
Yuzef İslam oğlu Qədimov — "Azərbaycan Respublikasının əməkdar memarı"[1], Əməkdar mühəndis və memar, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, Şərq Ölkələrinin Beynəlxalq Arxitektura Akademiyasının üzvü.
Yuzef Qədimov | |
---|---|
| |
Doğum tarixi | 7 yanvar 1928 |
Vəfat tarixi | 8 yanvar 2012 (84 yaşında) |
Mükafatları |
|
Həyatı
Yuzef Qədimov 1928-ci ildə anadan olub.
1953-cü ildə Moskva Arxitektura İnstitutunu bitirib. Həmin ildən Azərbaycan Dövlət Layihə İnstitutunda arxitektor və baş arxitektor vəzifələrində işləyib.
1984–1989-cu illərdə Bakı Yaşayış Evlərinin Layihələndirmə İnstitutunun baş memarı işləyib. Bu müddətdə Y. Qədimov H. Əliyev adına İdman-Konsert Kompleksinin, Milli Təhlükəsizlik Nazirliyinin binasının, Azərbaycanın Partiya Arxivi və Partiya Tarixi İnstitutunun binasının, Nəsimi Rayon Partiya Komitəsinin, Aktyor Evinin, "Bakı Soveti" stansiyasının layihə müəllifi və memarı olub.
Eyni zamanda o, Bakıda Cəfər Cabbarlının, Hüseyn Cavidin, Nəriman Nərimanovun abidələrinin, Ağdamda Natəvanın qəbirüstü abidəsinin, Qazax rayonunun Şıxlı kəndində Vidadinin, Şuşada Vaqifin abidəsinin müəllifi və memarı olub.
Yuzef İslam oğlu Qədimov 25 dekabr 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar memarı"[1] fəxri adına layiq görülmüşdür.
Yuzef Qədimov 2012-ci il yanvarın 8-də 84 yaşında dünyasını dəyişib[2].
İstinadlar
- "Y. İ. Qədimova "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2007-ci il tarixli 2574 №-li Sərəncamı". 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
- "Memar Yuzef Qədimov vəfat edib". 2012-01-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.