Yuxu (film, 2001)
Yuxu — Rejissor Fikrət Əliyevin filmi.
Yuxu | |
---|---|
![]() | |
Janr |
komediya məhəbbət |
Rejissor | Fikrət Əliyev |
Prodüser | Fikrət Əliyev |
Ssenari müəllifləri |
Qasım Səfəroğlu Fikrət Əliyev |
Baş rollarda |
Nəsibə Zeynalova — Məsmə Səyavuş Aslan — Fərəcov Yaşar Nuri — Xəlil Zərnigar Ağakişiyeva — Xurşud Qorxmaz Əlili — qəsəbə sakini İlham Qasımov — Əliabbas Ayan Mirqasımova — Bahar |
Operator | Valeri Kərimov |
Bəstəkar | Azər Dadaşov |
Rəssamlar |
Adil Azay Əziz Məmmədov |
İstehsalçılar |
"Vahid" Kinostudiyası "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 2001 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 79,5 dəq. |
Ölkələr |
![]() |
Dillər |
Azərbaycan dili rus dili |
İl | 2001 |
Texniki məlumatlar |
9 hissə 2267 metr 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı, Buzovna qəsəbəsi |
IMDb | ID1204186 |
Məzmun
Film iki sevən gəncin məhəbbətindən bəhs edir. Filmdəki hadisələr bizim günlərdə səfalı Abşeron qəsəbələrindən birində, baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Əliabbas (İlham Qasımov) sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan qorxur, nə də hədələrdən. O öz xoşbəxtliyi uğrunda mübarizə aparır… Və istədiyinə nail olur.
Film haqqında
- Film quruluşçu operator Valeri Kərimovun kinoda son işidir.
- Filmin çəkilişlərinə Buzovna qəsəbəsi sakinləri köməklik göstərmişdir.
- Bəzi çəkilişlər Neftçala rayonunun Qoltuq kəndində çəkilib
- Filmdə Hidayət dayını canlandıran aktyor Gündüz Abbasovun kinoda son işidir
- Film 1993-cü ildə çəkilmişdir, çəkilişi 1994-cü ildə başa çatmışdır. Lakin filmin tam istehsalı müəyyən səbəblərdən 2001-ci ildə başa çatmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifləri: Qasım Səfəroğlu, Fikrət Əliyev
- Quruluşçu rejissor: Fikrət Əliyev
- Quruluşçu operator: Valeri Kərimov
- Quruluşçu rəssam: Adil Azay, Əziz Məmmədov
- Bəstəkar: Azər Dadaşov
- Rejissor: Qasım Səfəroğlu
- Operator: Vaqif Muradov, Eldar Ağayev
- Səs operatoru: Kamal Seyidov
- Montaj edən: Rəfiqə İbrahimova
- Redaktor: Ruqiyyə Eldarova
- Qrim rəssamı: Berta Roqova
- Rejissor assistenti: Elçin Süleymanov, İradə Quliyeva, Arif Həbibi
- Operator assistenti: Fuad Cabbarov (Fuad Cabbarlı kimi)
- Dekor üzrə rəssam assistenti : Elyaz Səfərov
- Geyim üzrə rəssam assistenti: Şahin Həsənli
- Montaj üzrə assistent: Xalidə Cəfərova
- Foto rəssamı: Tofiq Kərimov
- Geyim ustası: Gülxar Sadıqova
- Əlbəsə ustası: Gülxar Sadıqova
- İşıq ustası: Adil Dadaşov
- İşıqçı: Məhəmməd Hacıyev
- Səs texniki: Nadir Mikayılov
- Direktor müavini: Tofiq Musayev, Tərlan Babayev
- İnzibatçı: Əbdülnəsir Kutiyev (Əbdül Kutiyev kimi), İlqar Əliyev
- Sürücü: Oqtay Əliyev, Muxtar Əzizbəyov
- Çalır: Rafiq Babayevin İnstrumental Ansamblı
- Ansamblın bədii rəhbəri: Səyavuş Kərimi
- Mahnının mətni: Qasım Səfəroğlu
- Mahnı ifa edən: Azər Zeynalov
- Filmin direktoru: Heydər Dadaşov
- Prodüser: Fikrət Əliyev
Rollarda
- Nəsibə Zeynalova — Məsmə
- Səyavuş Aslan — Fərəcov
- Yaşar Nuri — Xəlil
- Zərnigar Ağakişiyeva — Xurşud
- Qorxmaz Əlili — qəsəbə sakini
- İlham Qasımov — Əliabbas
- Ayan Mirqasımova — Bahar
- Nuriyyə Əhmədova — Səriyyə
- Gündüz Abbasov — Hidayət
- Bəxtiyar Məmmədov — Bədəl
- Bəhram Bağırzadə — Akif (Bəhram Bağırov kimi)
- Kübra Dadaşova — Gülgəz
- Xanım Qafarova — Nazlı
- Aqil Ağacanov — Mənsurov
- V. Əliyeva
- Tural Əliyev
- Ülvi Əliyev
- Məmmədkamal Kazımov — qəsəbə sakini
- Şamil Süleymanov — satıcı
- Nəsibə Eldarova
- Lətifə Əliyeva — satıcı
- Esmira Əliyeva
- Xədicə Xeyrullayeva
- S. Qulamova
- Azad Dadaşov
- Ruqiyyə Eldarova
- Nəsibə Novruzova — maşındakı qız
- N-n. Novruzova
- Suğra Bağırzadə — maşındakı qadın
- A. Bağırov
- T. Musayev
- O. Ağayev
- Elnur Mehdiyev
- Z. Abdullayeva
- Arif Kərimov — qəsəbə sakini
- T. Quliyev
- N. Cavadov
- M. Əliyev
- A. Əliyev
- S. Heybətov
- Tərlan Babayev (T. Babayev kimi)
- Fərəc Fərəcov — satıcı
Filmi səsləndirənlər
- Ramiz Əzizbəyli — Əliabbas (İlham Qasımov) (titrlərdə yoxdur)
- Həsən Məmmədov — Hidayət (Gündüz Abbasov) (titrlərdə yoxdur)
- Nəcibə Hüseynova — Nazlı (Xanım Qafarova) (titrlərdə yoxdur)
- Sona Mikayılova — Bahar (Ayan Mirqasımova) (titrlərdə yoxdur)
Sponsor
"Azərkinovideo" İstehsalat Birliyi
Çəkilişə köməklik edən qurum
Mənbə
- Mükərrəmoğlu M. "Bakıda "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı keçiriləcək" //Xalq.- 2002.- 5 oktyabr.
- Mükərrəmoğlu M. ""Şərq-Qərb" Beynəlxalq Kinofestivalı öz işinə başladı" //Xalq.- 2002.- 12 oktyabr.
- Mükərrəmoğlu M. "Nəsibə xanım bu dəfə özünü oynayacaq" //Xalq.- 2002.- 22 dekabr.
- Mükərrəmoğlu M. ""Şərq-Qərb" kinofestivalı başa çatdı" [Rəşid Behbudov adına Mahnı Teatrında festivalın bağlanışına həsr olunmuş mərasim keçirildi] //Xalq.- 2002.- 20 oktyabr.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 378–379.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007, səh. 816.
- Nadir Bədəlov. "Bizim kino". Fikrət Əliyevin "Yuxu" filmi haqqında. 16. aprel 2016
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.