Yuxarı məhəllə sinaqoqu
Yuxarı məhəllə sinaqoqu — Oğuz şəhərində Arzu Əliyev küçəsində yerləşən XIX əsrə aid sinaqoq.[1][2][3][4][5]
Yuxarı məhəllə sinaqoqu | |
---|---|
41°04′02″ şm. e. 47°27′33″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Oğuz |
Yerləşir | Oğuz |
Tikilmə tarixi | 1897 |
Vəziyyəti | Təmir olunub (2004—2006) |
Kateqoriya | Sinaqoq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Yuxarı məhəllə sinaqoqu Oğuz şəhərində Arzu Əliyeva küçəsində yerləşir. Sinaqoq 1897-ci ildə Ravvin Baruxun köməkliyi və başçılığı ilə tikilib. Sovet işğalından sonra digər ibadət ocaqları kimi bu sinaqoq da bağlanmış və daha sonra anbar kimi istifadə olunmuşdur.[1]
Azərbaycan yenidən müstəqil olduqdan sonra 2004–2006-cı illərdə ilin sinaqoq Oğuzda yaşayan yerli yəhudilər tərəfindən təmir edilib. Hal-hazırda sinaqoqdan ibadətgah kimi istifadə olunur. Həftənin cümə və şənbə günləri yəhudilər burada sərbəst ibadət edirlər.[1][2]
Şəkilləri
Həmçinin bax
İstinadlar
- ""Yuxarı məhəllə" sinaqoqu" (az.). Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi . 20.09.2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.
- "Oğuz sinaqoqlarını" (az.). azerbaijan.travel. 30.10.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.
- "Azərbaycanda fəaliyyət göstərən sinaqoqlar" (az.). Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi. 17.11.2020. 05.12.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.
- Xəyalə Sadıqova. "Azərbaycanda dini inanclarını maneəsiz şəkildə yaşayan azlıqlardan biri də yəhudilərdir" (az.). Zaman . 23.12.2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.04.2021.
- ""Yuxarı məhəllə" sinaqoqu". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-09.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.