Yuxarı baxma (film, 2021)
Yuxarı baxma (ing. Don't Look Up) — Adam Makkeyin rejissorluğu əsasında 2021-ci ildə çəkilmiş elmi-fantastik və satirik film.
Yuxarı baxma | |
---|---|
ing. Don’t Look Up | |
Janr | komediya filmi, fəlakət filmi, satira, elmi-fantastika filmi, dram filmi, Qara yumor |
Əsas mövzu | Media mədəniyyəti[1], Toqquşma hadisəsi[1], ABŞ siyasi sistemi[1], Siyasi mədəniyyət[1], kütləvi informasiya vasitələri[1], Sosial media[1], Yox olma hadisəsi[1] |
Rejissor |
|
Prodüserlər |
|
Ssenari müəllifi |
|
Baş rollarda |
|
Bəstəkar |
|
Distribütor | Netflix |
İlk baxış tarixi | 21 dekabr 2021, 24 dekabr 2021, 5 dekabr 2021[2], 10 dekabr 2021[2], 24 dekabr 2021[2] |
Müddət | 138 dəq. |
Büdcə | 75.000.000 $ |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Boston[3] |
IMDb | ID11286314 |
Məzmunu
Miçiqan Dövlət Universitetinin astronomiya fakültəsinin doktorantı Keyt Dibiaski əvvəllər məlum olmayan və çox böyük komet kəşf edir. Onun professoru Rendall Mindi bu kəşfə sevinir, amma hesablamaları nəticəsində görür ki, bu komet 6 ay ərzində Yerə yaxınlaşacaq və bütün canlılar məhv olacaq. Kometə "Dibiaski" adını verirlər. Daha sonra onlar bu komet haqda alim Teddi Oqletorpu məlumatlandırırlar. Bu məlumatı prezidentə də bildirmək üçün Ağ Evə yollanırlar, amma prezident Ceyn Orlin və onun oğlu Ceyson Orlin onları laqeydliklə qarşılayırlar. Çünki bir müddət sonra prezident seçkiləri keçiriləcəkdi.
Professor və onun tələbəsi televiziya verilişinə çıxmağı qərarlaşdırırlar. Lakin bu cəhdləri də uğursuz alınır. Prezidentin açıq şəkilləri yayımlandığından öz nüfuzunu artırmaq üçün kometin gətirəcəyi fəlakətdən yararlanmağa çalışır və fəlakətin baş verə biləcəyini təsdiqləyir. Amma prezidentin maliyyəçisi, milyarder Piter Ayşeruell kometin tərkibində çoxlu miqdarda mineralların olduğunu aşkarladıqdan sonra kosmosa göndərilmiş raketlərin uçuşuna icazə vermir.
Keyt və Teddi etiraz edirlər və əməliyyatdan uzaqlaşırlar. Rendall isə günü-gündən məşhurlaşır. Keyt isə evinə dönür, valideynləri onu xoş qarşılamırlar. O, Yul adlı oğlanla tanış olur. Rendall qəzəblənib televiziya verilişində baş verə biləcəkləri söyləyir. Digər ölkələrin də cəhdləri uğursuzluqla nəticələnir. Son ümid ABŞ-nin cəhdi olur, lakin o da uğursuzluğa düçar olur.
Keyt, Yul, Teddi, Rendall və ailəsi birgə şam edirlər. Prezident, Piter və bir qrup varlı amerikalı xüsusi kosmik gəmi ilə başqa bir planetə yollanmaq üçün Yerdən ayrılırlar, oğlu Ceysonu təsadüfən unudur. Prezident Rendalla da onlarla gəlməyi təklif edir, amma Rendall qəbul etmir. Komet Yerə gəlir və bütün canlılar məhv olur.
İyirmi iki min il keçir və kosmik gəmi başqa planetə eniş edir, onlar yuxudan ayılırlar. Burada fərqli heyvanlar, bitkilər mövcuddur. Prezident heyvanın birinə yaxınlaşmaq istəyəndə heyvan onu öldürür.
Sonuncu kredit səhnədə isə tək Ceysonun sağ qaldığı göstərilir və o, anasının geri qayıdacağına ümid edir. Baş verənləri isə telefonuna çəkir.
Rollarda
Aktyor | Rol | Mövqeyi |
---|---|---|
Leonardo DiKaprio | Rendall Mindi | Miçiqan Dövlət Universitetinin professoru, astronom |
Cennifer Lourens | Keyt Dibiaski | Doktorant, kometi kəşf edən |
Rob Morqan | Teddi Oqletorp | Alim |
Cona Hill | Ceyson Orlin | Prezidentin oğlu |
Mark Raylens | Piter Ayşeruell | Milyarder, prezidentin maliyyəçisi |
Tayler Perri | Cek Bremmer | Telejurnalist |
Timoti Şalame | Yul | Keytin sevgilisi |
Meril Strip | Ceyn Orlin | ABŞ-nin prezidenti |
Ariana Qrande | Rayli Bina | Müğənni |
Melani Linski | Cun Mindi | Rendallın həyat yoldaşı |
Keyt Blanşett | Bri İventi | Telejurnalist |
Ron Perlman | Benedikt Drask | Polkovnik |
İstinadlar
Xarici keçidlər
- https://www.netflix.com/az/title/81252357 (#bare_url_missing_title). İstifadə tarixi: 25 dekabr 2021.