Yuxarı Seyidlər

Yuxarı SeyidlərAzərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Zərdab rayonunun Yuxarı Seydlər kəndi Bıçaqçı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Seyidlər kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]

Yuxarı Seyidlər
40°21′40″ şm. e. 47°30′50″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 755 nəf.
Yuxarı Seyidlər xəritədə
Yuxarı Seyidlər
Yuxarı Seyidlər

Tarix

Yuxarı Seyidlər kəndinin ərazisində Seyid Şahmərdan adlı ziyarətgah mövcuddur. Tarixi mənbələrdə Azərbaycanda yayılmış Seyidlər adlanan yaşayış məntəqələrinin ilk sakinlərinin Cənubi Azərbaycandan türkləşmiş halda gələn seyidlər olduğu iddia olunur[2].

Coğrafiyası

Yuxarı Seyidlər kəndi Zərdab şəhərindən 33 kilometr şimal-qərbdə, Kür çayının yuxarı axarında yerləşir. Ərazisi 1767,45 hektardır.

Əhalisi

Əhalisi 810 nəfərdir.

İqtisadiyyatı

Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, bostançılıq, balıqçılıq və s. ilə məşğul olur.

Mədəniyyət

Kənddə kitabxana, klub, poçt şöbəsi, mədəniyyət evi fəaliyyət göstərir.

Təhsil

Kənddə orta məktəb fəaliyyət göstərir.

Din

Kənddə məscid mövcuddur.

Səhiyyə

Kənddə tibb məntəqəsi mövcuddur.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.