Yuxarı Seyidəhmədli
Yuxarı Seyidəhmədli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Təxminən 400–450 evdən ibarət idi. Kənddə klub, idarə binası, kitabxana, tibb məntəqəsi və tam orta məktəb var idi. Qonşu kəndlərdən uşaqlar (Aşağı Seyidəhmədli, Qorqan, Aşağı Aybasanlı, Merdinli, Alxanlı) bu kəndin məktəbinə oxumağa gələrdilər. Kəndlə rayon arasında hər gün avtobus işləyərdi. Həmin avtobus Şükürbəyli kəndindən gəlib Aşağı Seyidəhmədli və Yuxarı Seyidəhmədli kəndlərindən keçib Füzuliyə gedərdi. Kəndin müxtəlif yerlərində artezian quyuları var idi.
Yuxarı Seyidəhmədli | |
---|---|
39°34′48″ şm. e. 47°15′39″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.
Yuxarı Seyidəhmədli kəndinın yaranması təxminən XVll-XVlll ci əsrlərə təsadüf edir. Bu kənddə insanlar özlərinə ev tikmək üçün bünövrə qazdıqda bəzi yerlərdə torpağın altında yaşı 3–4 min illərlə ölçülən sağsı qab-qacaq qırıntılarına və bəzi qazma vaxtları isə qiymətli sikkələrə rast gəlinirdi. Kənd əhalisi hansı soydan gəldiyini araşdırma zamanı və digər qonşu kəndləri də araşdırıldıqda əsasən kökü, indiki İran İslam Respublikasının ərazisinə Şərqi Azərbaycan vilayətinə gedib çıxır. Yaşayış yerinin qədimi adı əvvəllər oranın camaatını heyvandarlıqla məşğul olduqları və yaylaqlara-qışlaqlara getdikləri üçün (Yuxarı Seyidəhmədli (Yuxarı Qışlaq) və Aşağı Seyidəhmədli isə(Aşağı Qışlaq) adın daşımışdır. Sonralar isə bölgənin ən hörmətli və tanınmış din adamı olan Övliya Seyyid Əhməd ağanın adı ilə Seyidəhməd obası və daha sonralar isə Yuxarı və Aşağı Seyidəhmədli kəndlərii kimi tanınmışdır.
Toponimikası
Yuxarı Səyidəhmədli oyk. Füzuli r-nunun Seyidəhmədli i.ə.v.-də kənd. Quruçayın sol sahilində yerləşir və Yarım Düzənlikdədir. Oykonimin birinci komponenti kəndin yerləşdiyi coğrafi mövqeyi, ikinci komponent isə burada məskunlaşmış Seyidəhmədli nəslinin adını əks etdirir.[1]
Coğrafiyası və İqlimi
Yuxarı Seyidəhmədli kəndi Quruçayın sol sahilindən təxminən 2 km aralıda yerləşirdi və rayonun iri kəndlərindən biri idi. Yuxarı Seydəhmədli kəndinin torpaqları digər qonşu kəndlərin torpaqları ilə, şimaldan Merdinli, qərbdən Mahmudlu, cənub-qərbdən Aşağı Aybasanlı, cənubdan Qorqan, şərqdən isə Aşağı Seyidəhmədli kəndləri ilə əhatə olunmuşdur və sovxoz, kolxoz dövründə əkin və otlaq sahələrinin bir hissəsinin bu kəndlərə verilməsi ilə nəticələnmişdir.
1960-cı illərdə Yuxarı Seydəhmədli kəndinin 4 tərəfi pambıq, 1970–80-ci illərdə isə üzüm əkin sahəsi olduğundan, camaatın şəxsi mal-qarasını otarmaq və saxlamaq üçün imkanları daralmışdır. O üzdən kənd camaatı heyvanları "Qarasuyun qırağı", "40 hektar" "Samalyot" dərəsi adlanan ərazilərə aparardı.
Füzuli rayon Yuxarı Seyidəhmədli kəndi 1993-cü ildə təxminən 450–500 təsərrüfatdan və 3000-ə yaxın əhalisi olub.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, üzümçülük, maldarlıq və heyvandarlıq olub.
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427