Yuxarı Salahlı
Yuxarı Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati-ərazi vahidində kənd.
Kənd | |
Yuxarı Salahlı | |
---|---|
41°14′37″ şm. e. 45°16′01″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qazax rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 252 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Tarixi
Qazax mahalının qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı.
Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar:
- Salahlı (Ağstafa)–Azərbaycanın Ağstafa rayonunda qəsəbə.
- Salahlı (Samux)–Azərbaycanın Samux rayonunda kənd.
- Salahlı (Zərdab)–Azərbaycanın Zərdab rayonunda kənd.
- Salahlı (Yevlax)–Azərbaycanın Yevlax rayonunda kənd.
- Salahlı Kəngərli–Azərbaycanın Ağdam rayonunda kənd.
Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı XIX əsrin sonlarından ara-sıra rast gəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir.
"Yeddi oğul istərəm" filmindəki Peykanlı kəndinin bir çox kadrları Yuxarı Salahlıda çəkilib.
Toponimikası
Yuxarı Salahlı oyk., miir. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Düzənlikdədir. Keçmiş adı Salahlı olmuşdur. XIX əsrdə ondan əmələ gəlmiş yeni məntəqə Aşağı Salahlı, əvvəlki kənd isə Yuxarı Salahlı adlandırılmışdır. Keçmişdə Qıraq (Kürün qırağında yerləşdiyi üçün) Salahlı da adlanmışdır. Oykonimin ikinci komponenti qazaxların salahlu tayfasının adını əks etdirir.[1]
Əhalisi
- 1835-ci ilə olan məlumata əsasən Gürcüstan quberniyasının Qazax distansiyasının Salahlı kəndində 600 evdə 2500 nəfəri kişilər, 1520 nəfəri isə qadınlar olmaqla toplam 4020 nəfər tatar əhali yaşayırdı.[2]
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 3645 nəfər əhali yaşayır. Əhalinin 1822 nəfəri kişilər, 1823 nəfəri qadınlardan ibarətdir.[3]
Görkəmli şəxsləri
Siyahıda göstərilən 1867-ci ildən öncə doğulmuş şəxslərin anadan olduqları kəndin adı Salahlı, bu tarixdən sonra doğulanların isə anadan olduqları həmin kəndin adı isə sənədlərdə Yuxarı Salahlı kimi qeyd olunmuşdur.
- Molla Pənah Vaqif (1717-1797) – 18-ci əsrin klassik şairi, müdərris.
- Səməd Vurğun (1906-1956) — Azərbaycanın xalq şairi.
- İbrahim ağa Vəkilov (1853-1934) - general-mayor, ilk azərbaycanlı hərbi topoqraf,
- İbrahim ağa Usubov – (1872-1920) genaral-mayor, diviziya komandiri.
- Məmmədrza ağa Vəkilov (1884-1944) - ADR Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri.
- Mustafa bəy Vəkilov (1896-1965) – ADR Parlamentinin üzvü, Daxili İşlər Naziri
- Mehdixan Vəkilov (1902-1975) – görkəmli ictimai-siyasi xadim, tarixçi alim
- Mirzə Nəbi Qayıbzadə (1810-1869) - şair.
- Abbas ağa Nazir (Qayıbzadə) (1849-1919) - 19-20-ci əsr şairi, tərcüməçi və maarif xadimi.
- Fəxri Vəkilov (1916-1987) – görkəmli səhiyyə təşkilatçısı, Azərbaycanın Səhiyyə Naziri
- Osman ağa Gülməmmədov (1892-1950) – Çar Rusiyasının və Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Birinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlığa görə ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" xaçı[4], ikinci, üçüncü və dördüncü dərəcəli "Müqəddəs Georgi" medalları ilə[5][6], Bakı döyüşündə göstərdiyi qəhrəmanlığa görə "Məcidiyyə" ordeni ilə[7][8], Türkiyə İstiqlaliyyət Müharibəsində göstərdiyi qəhrəmanlığa görə isə "İstiqlal" medalı ilə təltif edilib.
- Gəray bəy Vəkilov (1884-1952) - 1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçılarından olub.
- Elvin Namazov (1990-2016) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (baş leytenantı). 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub
- Rəhim bəy Vəkilov (1898-1934) – ADR Parlamentinin üzvü, görkəmli siyasi xadim.
- Məmməd ağa Vəkilov (1862-1941) - ADR Parlamenti dəftərxanasının rəisi, Qori seminariyasının məzunu, türkoloq.
- Faris bəy Vəkilov (1886-1978) – ADR-in Gürcüstanda diplomatik nümayəndəsi. İbrahim ağa Vəkilovun oğlu.
- Fatma Vəkilova - Professor, Geoloqiya-mineralogiya elmləri doktoru.
- Yusif Alıyev (1979) - Azərbaycan alimi
- Namiq Əhmədov (mayor) - Tovuz döyüşləri şəhidi
Həmçinin bax
Mənbə
İsmayıl Umudlu. Vəkiloğulları. Bakı: "QAPP-poliqraf" nəşriyyatı, 2003. 536 səh. İsmayıl Umudlu. Salahlı eli. Tarix-etnoqrafiya-insanlar-yurd bilgisi. Bakı, Apostroff nəşriyyatı, 2011. 912 səh.
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Статистическое описание Закавказского края. В двух частях одной книгой с присовокуплением статьи "Политическое состояние Закавказского края в исходе XVIII века и сравнение онаго с нынешним". Составитель Орест Евецкий. Напечатано в Типографии Штаба отдельного Корпуса Внутренне стражи, Санкт-Петербург, 1835 г.: Часть 2.Статистическое описание провинций составляющий край Закавказский. Глава I. Грузия, 126.Примечательные места, стр. 152
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- "Наша история: о царском указе, который мог иметь фатальные последствия для азербайджанского народа…". 1news.az (rus). 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-27.
- Süleymanov, Mehman. Azərbaycan Ordusunun tarixi: I cild: 1917-1918 (az.). Bakı: Maarif. 2018. səh. 103. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
- Ağayev, Yusif; Əhmədov, Səbuhi. İstiqlal yürüşü - 1918 (az.). Bakı: Altun kitab. 2009. 80. ISBN 978-9952-24-041-2. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-25.
- Mehmet Rıhtım, Mehman Süleymanov. Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu. Bakı: Qafqaz Araşdırmaları İnstitutu. 2008. səh. 339. ISBN 9952-426-23–2. 2023-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.
- "Cümhuriyyət elanını – İstiqlal Bəyannaməsini qoruyan «Tatar Atlı Alayı»". web.archive.org. 2020-12-01. Archived from the original on 2020-12-01. İstifadə tarixi: 2023-10-27.