Yuxarı Qoşakilsə
Yuxarı Qoşakilsə (Zemo Arkevani) – Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. Xrami çayının sağ sahilində yerləşir.
YUXARI QOŞAKİLSƏ | |
---|---|
ზემო არქევანი | |
41°25′35″ şm. e. 44°43′46″ ş. u. | |
Ölkə | Gürcüstan |
Rayon | Bolnisi |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 400 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1100[2] |
Tarixi
Tiflis əyalətinin müfəssəl dəftəri"ndə Şahsuvar-Kolagir və Aşağı Kovxa qışlaqlarına malik kənd olaraq anılır. Kəndin əvvəlki adı Muluxsalıdır. Qoşakilsə də deyilir.
Kənd iki qisimə bölünür: Yuxarı Qoşakilsə və Aşağı Qoşakilsə.
Fiziki-coğrafi mövqeyi
Qoşakilsə kəndi Borçalı çökəyində, Xram çayının sağ sahilində, rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 400 m yüksəklikdə yerləşir.
Əhalisi
1870-ci ildə 12 ailədə 81 nəfər, 1926-cı ildə 33 ailədə 168 nəfər, 2002-ci ildə 142 ailədə 604 nəfər, 2006-cı ildə 142 ailədə 556 nəfər.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.