Yuxarı Qaraqoymaz
Yuxarı Qaraqoymaz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.[2]
kənd | |
Yuxarı Qaraqoymaz | |
---|---|
40°22′ şm. e. 43°59′ ş. u. | |
Ölkə | Ermənistan |
Region | [[Talin mahalı]] |
Rayon | [[Talin rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.850 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 9–10 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3], «Сборник сведений о Кавказе» əsərində Qarakovmaz formasında[4] qeyd edilmişdir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə, türk dilində «uca, hündür, yüksək, şiş», «dağ, zirvə» mənasında işlənən qara sözündən[5], türk dilində kənd mənasında işlənən köy sözü ilə[6] «dağın cənub yamacı», «yüksəklikdə meşəsiz tərəfi» mənasında işlənən mas[7] sözünün[8] birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Sasunaşen qoyulmuşdur.
Əhalisi
Kənddə 1897-ci ildə 142 nəfər, 1916-cı ildə 224 nəfər[9], 1918-ci ilin yanvarında 394 nəfər[10] yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ilin mart ayına kimi kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuş[10] və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.117
- «Сборник сведений о Кавказе», t. V, Tiflis, 1879, №277
- Əhmədov T.M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985. s.71, 339, s.256
- Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.282
- maz - İbrahim Bayramova görə
- Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.369
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.34-35, 118-119
- История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.219