Yuxarı Mollu

Yuxarı MolluAzərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Mollu kənd inzibati ərazi dairəsində kənd.[1]

Yuxarı Mollu
39°19′17″ şm. e. 46°41′03″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Yuxarı Mollu xəritədə
Yuxarı Mollu
Yuxarı Mollu

Tarixi

Xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı Həcər burada anadan olmuşdur. Kəndin ərazisi əvvəllər Mollu (indiki Aşağı Mollu) kəndinin binə yeri olmuşdur. XVIII əsrin axırları-XIX əsrin əvvəllərində Mollu kəndindən ayrılmış ailələr keçmiş binə yerində məskunlaşaraq Yuxarı Mollu kəndini salmışdılar.[2]

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Yuxarı Mollu kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Yuxarı Mollu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[4]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]

Coğrafiyası

Yuxarı Mollu kəndi Həkəri çayının sahilindədir.[2]

Əhalisi

1950-ci illərdə kənddə aparılan tədqiqat zamanı kəndin sakinlərini özlərini kürd kimi identifikasiya etmişdilər.[7]

Mənbə

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  4. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  5. Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  6. "Daha 23 kənd işğaldan azad edildi". report.az (az.). 9 noktyabr 2020. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
  7. Татьяна Аристова, (1962) Из истории возникновения современных курдских селений в Закавказье // Советская этнография. С. 22

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.