Yuxarı Maralyan
Yuxarı Maralyan — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd.
Yuxarı Maralyan | |
---|---|
39°20′07″ şm. e. 47°11′52″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 280 m |
Saat qurşağı | |
|
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
4 oktyabr 2020-ci ildə kənd erməni işğalçılarından azad edilib.[1]
Toponimikası
Yuxarı Maralyan Cəbrayıl rayonunun Karxulu inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şm.-a köçərək məskunlaşması nəticəsində yaranmış iki kənddən nisbətən yüksəklikdə yərləşənidir. Oykonim "yüksəklikdə yərləşən maraluylular” mənasındadır.[2]
İqtisadiyyatı
- Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- "Cəbrayılın 9 kəndi işğaldan azad edilib". qafqazinfo.az (az.). 4 oktyabr 2020. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.