Yuxarı Kürdmahmudlu

Yuxarı KürdmahmudluAzərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.

Yuxarı Kürdmahmudlu
39°35′57″ şm. e. 47°26′57″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Yuxarı Kürdmahmudlu xəritədə
Yuxarı Kürdmahmudlu
Yuxarı Kürdmahmudlu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Cəbrayıl qəzası 1 yanvar 1903-cü illər xəritəsi. Kürdmahmudlu

Toponimikası

Yuxarı Kürdmahmudlu oyk. Füzuli rayonunun Kürdmahmudlu i.ə.v.-də kənd. Köndələnçayın sahilində, düzənlikdədir. Keçmiş adı Kürdmahmudlu olmuşdur. Ondan digər məntəqə yarandıqdan sonra yəni kənd Aşağı Kürdmahmudlu, keçmiş kənd isə Yuxarı Kürdmahmudlu adlandırılmışdır. Oykonimin ikinci komponenti kürdmahmudlu tayfasının adını əks etdirir.[1]

Əhalisi

2019-cu ilin avqust ayına olan məlumata görə, Yuxarı Kürdmahmudlu kəndinin ümumi əhalisi 1270 nəfərdi, hal-hazırda 1270 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1063 nəfərə hər ay 63780 manat vahid aylıq müavinət ödənilir, 3 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Yuxarı Kürdmahmudlu kəndində 8 şəhid ailəsi, 8 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 173 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 77 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.[2]

Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.