Yuxarı Girətağ

Yuxarı Girətağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.

Yuxarı Girətağ
39°14′25″ şm. e. 46°16′00″ ş. u.
Ölkə  Ermənistan
Rayon [[Qafan rayonu]]
Əhalisi
Əhalisi
  • 0 nəf. (2011)[1]
Yuxarı Girətağ xəritədə
Yuxarı Girətağ
Yuxarı Girətağ

Tarixi

Yuxarı Kirətağ rayon mərkəzindən 13 km şimal-şərqdə, Oxçu çayının sol qollarından biri olan Kirətağ çayının sol sahilində yerləşir.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[2].

Kənddə 1886-cı ildə 537 nəfər, 1897-ci ildə 328 nəfər, 1904 - cü ildə 666 nəfər, 1914 - cü ildə 289 nəfər azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər.

Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 223 nəfər, 1931-ci ildə 396 nəfər[3], 1939-cu ildə 139 nəfər, 1959-cu ildə 310 nəfər, 1979-cu ildə 120 nəfər[4] azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim qədim türk dilində "kənar, çöl, düzənlik" mənasında işlənən kır[5] sözü ilə[6] tağ (>dağ) sözünün[7] birləşməsindən əmələ gəlmişdir.

Toponim əvvəlindəki "yuxarı" sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi

1988-ci ilə qədər azərbaycanlılar

Görkəmli şəxsiyyətləri

  • Hafiz Baxış (Baxışov Hafiz Həbib oğlu) – Azərbaycan şairi (1932 - 1989).

İqtisadiyyatı

Əkinçilik və heyvandalıq

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.134
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.56-57, 134-135
  4. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.868
  5. (kir - İ.Bayramova görə)
  6. Радлов В.В. Опыт словарья тюркских наречий, т.II, ч.1, СПб, 1899. s.733
  7. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.537
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.