Yuxarı Əskipara
Yuxarı Əskipara — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir.
Yuxarı Əskipara | |
---|---|
41°03′58″ şm. e. 45°01′23″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 864 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
- Kənd 8 iyun 1992-cı ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır [2][3]
- Kənd ərazisində çoxlu tarixi abidələr var: Şəkər qalası, Qatır körpüsü, Kazım körpüsü və s.[2]
Coğrafiyası və iqlimi
Kəndin dörd tərəfi dağlarla əhatə olunub, meşəliklə örtülüdür, çoxlu mineral bulaqları var. Kənd ada şəklində Ermənistan ərazisində yerləşmişdir. Aşağı Əskiparadan Erməni Əskiparası (və ya Sarxan) vasitəsilə ayrılır.
Toponimikası
Yuxarı Əskipara oyk., miir. Qazax r-nu- nun Əskipara i.ə.v.-də kənd Dağətəyi ərazidədir. Keçmiş adı Əskipara olmuşdur. Ondan yaranmış yeni məntəqə Aşağı Əskipara, əvvəlki kənd isə Yuxarı Əskipara adlandırılmışdır. Əskipara Azərbaycan dilindəki əski (köhnə, qədim) və para (hissə, yer, kənd) sözlərindən ibarət olub, “köhnə, qədim kənd” mənasındadır.[4]
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 637 nəfər əhali yaşayır. Əhalinin 321 nəfəri kişilər, 316 nəfəri qadınlardan ibarətdir.[5]
Din
Dini baxımdan, Yuxarı Əskipara əhalisinin bir hissəsi şiə, bir hissəsi isə sünni idi.[6] Salahlı kəndindən vaxtilə buraya gələnlər sünni idi.[7]
Görkəmli şəxsləri
- Şaiq Vəli (1950-2013) — Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Həmçinin bax
İstinadlar
- http://qazax-ih.gov.az/page/43.html.
- "Qazax rayonunun 7 kəndi erməni işğalı altındadır". 2012-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-13.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- A.A. İzmailov. Azərbaycanın qərb bölgələrinin uzunömürlü kəndlərində mənzil və yaşayış şəraiti // Azərbaycanda uzunömürlülük: elmi əsərlər toplusu. - M .: Nauka, 1989. - S. 89.
- S.M. Ağamalıeva, A.A. İzmailov. Ailə münasibətləri və azərbaycanlılar arasında evlilik dairələrinin mahiyyəti haqqında // Azərbaycanda uzunömürlülük: elmi əsərlər toplusu. - M .: Nauka, 1989. - S. 84.