Yusuf İslam
Ket Stevens ( ing. Cat Stevens) (əsil adı Stephen Demetre Georgioudur), 21 iyul 1948-ci ildə London*da anadan olmuşdur. Musiqi fəaliyyətinə Cat Stevens adıyla başlamışdır. Cat Stevens 1977-ci ildə İslam dinini qəbul etmiş və yeni Yusuf İslam adını qəbul edır.
Yusuf İslam | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Steven Demetre Georgiou |
Ləqəbi | Cat Stevens |
Doğum tarixi | |
Doğum yeri | London, İngiltərə |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, müğənni-mahnı yazarı, müğənni, gitaraçı, səsyazma sənətçisi[d], bəstəkar |
Fəaliyyət illəri | 1966-cı ildən |
Janrlar | rok, pop musiqisi, xalq mahnısı |
Musiqi alətləri | gitara, piano, bas-gitara |
Səs tembri | bariton |
Albom şirkətləri | Island Records[d], Atlantic Records |
catstevens.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Cat Stevensın 1960-1970-ci illərdə 60 milyondan çox albomu satılmışdır. "Wild World", "Morning Has Broken", "Peace Train" və "The First Cut Is the Deepest" muğənninin məşhur albomlarındandır.
Həyatı
Stivensin atası əslən Kipr yunanı Stavros Georgi, anası isə isveçli İnqrid Uikmandır. Maraqlıdır ki, atasının pravoslav, anasının isə baptist olmasına baxmayaraq, valideynləri onu müqəddəs İosif adına katolik məktəbinə göndərirlər.
Ancaq Stivensin dərin xristianlıq duyguları içərisində olduğunu demək mümkün deyildir. Belə ki, sonralar o: "Mən öz valideynlərimin əqidələrinə hörmət etmək məcburiyyətində olduğum üçün inanırdım" deyəcəkdi. Stivenin 8 yaşı olarkən valideynləri boşansa da sahibi olduqları Mulin Ruj restoranını birlikdə işlətməkdə davam edirlər.
Tezliklə küçə həyatı dini təlim-tərbiyəni üstələyir və katolik məktəbinin şagirdi Ket adi küçə xuliqanına çevrilir. Bir müddət sonra o, anası ilə İsveçə yollanır və burada rəssam olan Hüqo ilə tanış olur.
Ket Stivens 12 yaşında musiqi bəstələməyə başlayır və 16 yaşında isə Londonun kafe və pivəxanalarında konsertlərlə çıxış etməyə başlayır. 1965-66-ci illərdə onun mahnıları İngiltərənin ilk onluğuna daxil olur. 70-ci illərdə artıq İngiltərənin ən məşhur rok-musiqiçisinə çevrilən Stivensin 60 milyondan artıq musiqi albomu satılır.
Dinamik həyat tərzi tezliklə onun səhhətinə ciddi təsir göstərir. Ket vərəm xəstəliyinə tutulur.
Bir il xəstəxanada müalicə olunan musiqiçi orada qaldığı müddətdə Şərqin müxtəlif fəlsəfi-dini cərəyanları ilə maraqlanmağa başlayır. Bir il ərzində o, Dzen fəlsəfəsi, buddizm, Taro kartları, astrologiya ilə maraqlanır, bir müddət vegeterian olur, daha sonra "İncilə qayıtmağa" cəhd edir. Ancaq bunların heç biri onu təmin etmir. O, öz yolunu – istədiyini tapa bilmir. Xəstəxanada olarkən Ket sonralar şöhrətini daha da artıracaq 40-a yaxın mahnı bəstələyir.
Stiven 1978-ci ildə "Back to Earth" (Yerə doğru) albomunu çıxardıqdan sonra gözlənilmədən estrada səhnəsini tərk edir.
Ancaq musiqiçi tezliklə ikinci dəfə ölümlə üz-üzə qalır. Stivens Malibu sahillərində dənizdə çimərkən dalğalarla mübarizə apara bilmir. Dalğalar onu sahildən getdikcə kənarlaşdırır. Heydən düşən və boğulmağa başlayan Ket baş verənləri belə xatırlayır: "Mən artıq sahildən uzaqlaşdığımı və boğulduğumu hiss edirdim. Əlim hər yerdən üzülmüşdü. Batmağa başladığımı gördükdə: "Ey Allah! Əgər məni bu çətinlikdən xilas etsən, bundan sonra mən ancaq sənin üçün çalışacağam" dedim".
Ket İslam dinini qəbul edir
Elə həmin an möcüzə baş verir və Ket dalğalar onu sahilə atır. Ket xilas olduqdan sonra Allaha verdiyi sözünün üstündə durmaq qərarına gəlir.Məhz bu hadisədən sonra Cat müxtelif dinlərlə maraqlanmış və Qurani-Kərimi oxuduqdan sonra son seçimini İslam dini üzərində qerarlaşdırmışdır.
Yusif İslam: Ket Allaha necə ibadət edəcəyini bilmirdi. Ancaq bu gözləilmədən aş verir. Qüdsdən qayıdan qardaşı Devid Ketə bir Quran tərcüməsi hədiyyə edir. Quranı oxuyan Ket heyrətlənir və Qüdsə üz tutur. Onun ağlına belə gəlməzdi ki, müsəlmanlar tək bir Allaha ibadət edirlər. Uzun saçlı və cins geyinmiş gənci məsciddə görən Qüds müsəlmanları ondan kim olduğunu soruşurlar. Ket qeyri-ixtiyari olaraq: "Mən müsəlmanam" deyir. Onun kim olduğunu bilən müsəlmanlar həyəcanlanırlar.
1977-ci ildə Ket Quranı diqqətlə oxuduqdan sonra cümə günlərinin birində Londondakı Nyu Ricent məscidinə gedir və kəlmeyi-şəhadət gətirərək İslamı qəbul edir. O, bir il sonra adını dəyişərək Yusif İslam olur.
Yusif sonuncu dəfə Londonun məşhur Uembli stadionunda xeyriyyə məqsədi ilə konsert verir.
O, gözlənilmədən şou-biznesi tərk etdiyini bildirir.
Artıq populyar rok-musiqiçisi Ket Stivens yoxdur. Onun yerini müsəlman olan Yusif İslam tutur. O, Quranın "Yusif" surəsindən çox təsirləndiyi üçün bu adı götürür. "Mən bu surəni oxuyarkən ağlamağa başladım. Dərk etdim ki, bu bəşər sözü ola bilməz, bu Allahın sözüdür" – deyə Yusif müsahibələrinin birində qeyd edir.
Yusifin islamı qəbul etməsi İngiltərə cəmiyyətində şok effekti yaradır. Heç kim nə baş verdiyini başa düşə bilmir. Çünki o vaxtadək heç bir musiqiçi musiqi olimpinin zirvəsində olarkən belə kəskin şəkildə öz karyerasını başa çatdırmamışdı.
İslamı qəbul edən Yusif əməkdaşlıq etdiyi səs-yazma studiyasına müraciət edərək, bir daha onun albomlarının buraxılmamasını istəyir. Ancaq rədd cavabı alan Yusif bütün sərvətini İslam yolunda xeyriyyəçilik və təhsil işlərinə sərf etmək qərarına gəlir.
Öz musiqi alətlərini hərraca çıxaxaraq, satan Yusif əldə edilən vəsaiti xeyriyyə tədbirlərinə sərf edir.
"Small Kindness" (Kiçik Xeyirxahlıq) adlı xeyriyyə təşkilatı yaradan Y. İslam 1981-ci ildə Londonun Kilbern rayonunda ilk ibtidai islam məktəbi "İslamiyyə"ni açmağa müvəffəq olur. Y. İslam 1985-1993-cü illərdə "Muslim Aid" təşkilatına rəhbərlik edir. Xeyriyyə tədbirləri çərçivəsində o, Afrika ölkələrində, İndoneziyada və İraqda aclıqdan əziyyət çəkən insanlara kömək edir.
1989-cu il fevralın 21-də Y. İslamın Kinqston Universitetindəki çıxışı qalmaqala səbəb olur. Belə ki, o, "Şeytan ayələri" əsərinə görə, Salman Rüşdinin öldürülməsi fikrini dəstəkləyir.
Yuqoslaviyada törədilən müsəlman soyqırımı onu dərindən kədərləndirir. Buna görə də o, müharibə nəticəsində zərər çəkmiş Bosniya müsəlmanlarına yardımla bağlı layihə hazırlayır. 1995-ci ildə "Sonuncu peyğəmbərin həyatı" adlı musiqi albomu hazırlayan Y. İslam albomdakı mahnılarla Qərb dünyasına İslamı çatdırır. 1997-ci ildə o, canlı olaraq və musiqinin müşayiəti olmadan Sarayevoda 10 min nəfərin qarşısında çıxış edir. Bundan bir müddət sonra o, Bosniya müsəlmanlarına həsr olunmuş "Mənim gurultulu toplarım yoxdur" adlı musiqi albomunu buraxır.
2004-cü il sentyabr ayının 21-də Yusif İslamı ABŞ-yə buraxmırlar. Belə ki, Birləşmiş Ştatlar hökuməti onu Fələstinin HƏMAS təşkilatı ilə əlaqəsi olmaqda ittiham edii. Buna görə İngiltərənin Daxili İşlər Naziri Cek Strou şəxsən öz etirazını Kollin Pauelə və BMT-yə bildirir.
Yusif İslam 2005-ci ildə "Hind okeanı" adlı musiqi albomu hazırlayır. Albom 2004-cü il sunamisindən bəhs edir. Albomun satışından əldə edilən vəsaiti isə o, "Small Kindness" təşkilatının xətti ilə sunamidən zərər çəkmiş Banda Ase rayonundakı yetim uşaqlara yardım üçün göndərir.
Yusif İslam İslam dünyasında tanınmış şəxsiyyətlərdəndir. Hal-hazırda o, özünün açdığı dörd islam məktəbini idarə edir. Maraqlıdır ki, Y. İslamın xahişini nəzərə alan Böyük Britaniya hökuməti onun açdığı islam məktəblərindən birini maliyyə dəstəyi ayırıb.
Ket Stivensi xatırlayan Yusif İslam "Mən keçmişə qayıtmaq istəməzdim" – deyə bildirir.
Albomları
Cat Stevens adı altında
- Matthew & Son (1966)
- New Masters (1967)
- Mona Bone Jakon (1970)
- Tea for the Tillerman (1970)
- Teaser and the Firecat (1971)
- Catch Bull at Four (1972)
- Foreigner (1973)
- Buddha and the Chocolate Box (1974)
- Saturnight (Live in Tokyo) (1974)
- Numbers (1975)
- Izitso (1977)
- Back to Earth (1978)
- Majikat (2005)
- Gold (2005 derleme)
Yusuf İslam adı ilə
- The Life of the Last Prophet (1995)
- I Have No Cannons that Roar (1998)
- Prayers of the Last Prophet (1999)
- A is for Allah (2000)
- I Look I See (2003)
- An Other Cup (2006)