Əzabkeş Yustin

Yustín Filósof (Əzabkeş Yustin; q.yun. Ιουστίνος ὁ Φιλόσοφος; təq. 100[1][2][…], Nablustəq. 165, Roma) — erkən xristian apologeti. İlk dəfə xristian ehkamlarını antik fəlsəfi kateqoriyalarla uyğunlaşdırmaq yolunu tutmuşdur. Tarixin ilahiyyat baxımından izah edilməsinin əsasını qoymuşdur. Müqəddəs kilsə atasıdır.

Əzabkeş Yustin
Doğum tarixi təq. 100[1][2][…]
Doğum yeri
Vəfat tarixi təq. 165
Vəfat yeri
Vəfat səbəbi baş kəsmə
Elm sahələri fəlsəfə, ilahiyyat, apologetika
Tanınır Kilsə Atası, apologet
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin   Tatian   Afinoqor   Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq   Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius   Kassiodor   Avqustin Avrelius
İyeronim Stridonlu   İlarius Piktaviyalı

Xristian rahibliyi   İsihazm

Bioqrafiyası

100-cü ildə Flavia Neapolis (Fələstindəki Nəblusdur) şəhərində bütpərəst ailəsində doğulmuşdur. Ola bilsin onun ata-anası bura Yəhudu savaşlarından sonra şəhəri bərpa etməyə ezam olunmuşdurlar[3].

"Yəhudi Trifonla dialoq"[4] əsərində öz həyat yolunu təsvir etmişdir. Öncə o stoik, sonra platonçu filosofların tələbəsi olmuşdur. Daha sonra peripatetizmləpifaqorçuluqla maraqlanmışdır. Bu təlimlər onun dünyagörüşünün formalaşmasında böyük rol oynamışdırlar.[5]

Fəlsəfələrlə maraqlanan zaman xristianların haqqında çoxlu mənfi şaiyələr eşitmişdir. Ancaq sonra onların əqidələri uğrunda ölümə hazır olmaların şahidi olandan sonra bu şaiyələrə şübhələrla yanaşmağa başlamışdır. Bir kərə Suriyalı xristinla mübahisə aparmışdır. O fəlsəfənin həqiqəti üzə çıxartmadığını və inancın hər şüyun başında olduğunu iddia etmişdir[6]. Bu mübahisə Yustinə çox təsir etmiş və onun xristian olmasına təkan vermişdir.

132–137-ci illər arası Yustin Xristianlığı qəbul edib aktiv missioner fıəaliyyətinə başlamışdır. Bundan sonra çoxlu səfərlər etmiş, İsgəndəriyyə və Efesdə olmuş, sonra Romada yaşamışdır. Burada o öz məktəbini açmış, tələbələr yetişdirmişdir. Onların arasında Tatian da olmuşdur. Bir arada Kressent adlı bir kinik (həqarətçi) fəlsəfi məktəbin nümayəndəsi ilə mübahisələr aparmış və onu biliksizlikdə ittiham etmişdir. Bundan sonra Kressen Yustinə düşmən kəsilmiş və bəzi ehtimallara görə onun təqib edilməsinin səbəbkarı olur.[7]

Roma hamimittəti zaman-zaman xristianlara qarşı təqiblər həyata keçirirdi və bu dinin yayılmasını qarşısını almaq istəyirdi. Ona görə də Yustinin aktiv missioner fəaliyyəti dövlət siyasətinə zidd idi. Ona görə də onu imperatora tabe olmamaqda ittiham edərək həbs etmişdirlər. Sonra ona Cristianlıqdan imtina etmək və bütpərəstliyə qayıtmaq təklif olunmuş, ancaq Yustin bundan imtina etmişdir. Beləliklə o təqribən 165-ci ildə edam olunmuşdur.[8].

Əsərləri

Yustin bir çox kitablarım yazarı olmuşdur. Ancaq onların bəziləri zamanımıza gəlib çatmamışdır.

Onun ən tanınmış kitablarından biri "Dialogus cum Tryphono Judaeo"'dur (Yəhudi Trifonla dialoq). Bu əsər dialoq şıklində yazılmış. Burada xristianla yəhudi çeşidli ilahiyyat problemləri ətrafında fikir mübadiləsi edirlər. Kitab 3 bölümdən ibarətdir. Birincisində Musa qanununun əhəmiyyəti, ikincisində İsanın təbiəti, üçüncüsündə bütpərəstlərin xilas etmə yolları haqqında bəhs edilir.

Yustinin "Apologiyalar" adlı kitabları da vardır. "Birinci apologiya kitabında" Yustin xristianlara qarşı irəli sürülən çeşidli ittihamları (tanrısızlıq, əxlaqsızlıq, cinayətkarlıq kimi) rədd edir, xristianlıqla onların bir araya sığmaması barəsində dəllilər gətirir. "İkinci apologiya" birincisinin davamıdır, Roma senatına ünvanlanmış məktubdur.

Bunlardan başqa Yustina bəzi kitabların müəllifliyini aid edirlər. Ancaq bu məsələ mübahisəlidir.

Fəlsəfə ilə dinin barışdırması

Yustin antik mədəniyyətə rəğbət bəsləyirdi, onun nailiyyətlərini tanıyırdı və onunla xristian ideyasını bir-birinə yaxınlaşdırmaq istəyirdi. Yustinin dünyagörüşünə stoiklərin, yeni platonçuların, yeni pifaqorçuların fəlsəfələri təsir etmişdi. Məsələn, öz "Apologiyasında" o, fəlsəfə haqqında belə yazırdı:

" Xalqlar və hökmdarlar fəlsəfə ilə məşğul olmayana qədər, dövlətlər rifah içində olmayacaqlar [9] "

Fəlsəfə dinin qulluğunda

Ancaq fəlsəfənin əhəmiyyətini qeyd edən Yustin, onu Xristianlığın üstünlüyünün dərk edilməsi üçün istifadə etməyə çağırırdı. Fəlsəfənin verdiyi fikir azadlığı Xristianlığın xalq tərəfindən daha da yaxşı başa düşülüb, yayılması üçün lazımdır, çünki Yustin üçün həqiqət artıq tam aydındır. Onu əqllə deyil, imanla qəbul etmək lazımdır.

Yustin yunan fəlsəfəsini, müdrikliyi inkar etmirdi, lakin onları Xristianlığa nisbətən ikinci dərəcəli hesab edirdi. Fəlsəfə yalnız hakim zümrələr və alimlər üçündürsə, Xristianlığı bütün xalq başa düşür, və onun verdiyi iman insanların qəlbində özünə yer tapır. Filosofların müxtəlif kitabları və məktəbləri olduğu halda, Xristianlığın yalnız bir mənbəyi var – o da Müqəddəs Kitabdır. Müdriklik insan məhsulu olduğu halda, din Tanrı tərəfindən endirilir. Yustininn fikrincə bütün bu amillər xristian müdrikliyidir.

Daha sonra Yustinus, Xristianlığın yunan fəlsəfəsinə nisbətən, daha da çox həqiqətə yaxın olmasını, onun qədimliyində görürdü. Yəni Müqəddəs kitabın peyğəmbərləri yunan filosoflarından öncə yaşamışdırlar və onların İlahi müdrikliyi yunanlara təsir edə bilərdi.

Beləliklə Yustin yunan dünyagörüşü və fəlsəfəsində çoxlu müsbət cəhətlər görürdü. Onun fikrincə, orada Xristian ehkamları ilə üst-üstə düşən, və bu ehkamları təkrarlayan ideyalar vardır, məsələn: Tanrının birliyi, ruhun ölməzliyi, talenin mövcud olması və bunlar kimi başqa ideyalar. Lakin, bu müsbət halları xatırlayaraq, Yustinus, onların köklərini yenə də Xristianlıqda görür. O deyir:

" …hər hansı xeyirli söz bizə, xristianlara məxsusdur.[10] "

Beləliklə Yustin hesab edirdi ki, Platon və digər yunan müdriklərinin ən qiymətli və xristian monoteizmi ilə uyğun gələn fikirləri, əslində onlardan da öncə yaşayan peyğəmbər tərəfindən deyilib. Yunanlar isə o fikirlərlə tanış olub, onları mənimsəmişdilər.

Loqos haqqında

Filon fəlsəfəsində olduğu kimi, Yustin da antik fəlsəfənin Loqosunu Tanrı ilə dünya arasında olan bir vasitəçi kimi qəbul edir. Onun fikrincə, Atanı (Tanrının özünü) əqllə dərk edib, dillə ifadə etmək olmaz. Müqəddəs Kitabda hallanan adları isə (Ata, Rəbb, Yaradıcı və s.) onun siması və ya şəxsiyyətinə deyil, hərəkətlərinə və təcəllilərinə aid edilə bilər. Deməli Ata tamamilə transsendent olaraq, dünya ilə rabitəsini Loqos vasitəsi ilə həyata keçirir. Məhz bu Loqos onun Oğludur və dünyanın yaradılışından öncə doğulmuşdur.

Filondan fərqli olaraq, Yustinus üçün Oğul – İsadır, və o, əbədi olaraq Ata ilə vəhdət təşkil edirdi, sonra isə Ondan ayrıldı. Ayrılandan sonra, Atanın mahiyyətində və tamlığında heç bir əskiklik və yaxud başqa dəyişiklik baş verməmişdir. Bu proses, Yustinin fikrincə, insan tərəfindən deyilən sözə, cümləyə bənzərdir[11]. Loqosun Atadan doğulması işığın bir məşəldən digərinə ötürülməsi kimidir.

Təsiri

Yustinusun fikirləri bir çox hallarda VI əsrdə formalaşan ortodoksal xristian inancı ilə üst-üstə düşürdü. Lakin onun dövründə hələ rəsmi xristian ilahiyyatı formalaşmamışdı.

Beləliklə Yustinus, yunan fəlsəfəsinin bəzi müddəalarının Xristianlıq tərəfindən mənimsənilməsi və həzm edilməsi ənənəsinə qədəm qoyan ilk mütəfəkkirlərdən biri olmuşdur. Sonra bu ənənə Klemens, Origen, LaktansiusBoesius tərəfindən davam etdirilmişdir.

Mənbə

  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 40-42. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.

Ədəbiyyat

Iustini opera, 1636
  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 40-42. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  • Kaye J. Some Account of the Life and Writings of Justin Martyr. — Cambridge, 1853.
  • Donaldson J. A critical history of Christian literature and doctrine from the death of thé Apostles to the Nicene conncil. — London, 1866. — pp. 62–344.
  • Bobichon Ph., Dialogue avec Tryphon (Dialogue with Trypho), édition critique. VOLUME I: Introduction, Texte grec, Traduction, Editions universitaires de Fribourg, 2003
  • Drummond J. Study in Theological Review, XII (1875), 471 sqq., XIV (1877), 155 sqq., XVI (1879), 360 eqq.
  • Cassel W. R. Supernatural Religion , i . 283–428, ii. 271–316, iii. 15–17 — London, 1875.
  • Westcott B. F. A general survey of the history of the canon of the New Testament . — 1875. — pp. 59–177.
  • Smith W. and Wace H. Dictionary of Christian Biography — Boston, 1877–87 — Vol III, pp. 560–587.
  • Farrar F. W. Lives of the Fathers, I. 93–117. — New York, 1889.
  • Purves G. T. The Testimony of Justin Martyr to Early Christianity . — ib. 1889.
  • Martin M. E. Life of Justin Martyr. — London, 1890.
  • Smith W. Dictionary of Greek and Roman Biography and Mythology . — II. 682 687, ib. 1890.
  • Waterman L. The Post-Apostolic Age, pp. 141–156 et passim, New York, 1898.
  • Walker W. Great Men of the Christian Church . — Chicago, 1908.
  • Bellinzoni A. J. The Source of the Agraphon in Justin Martyr’s Dialogue with Trypho 47: 5 // Vigiliae Christianae — Vol. 17, No. 2 (Jun., 1963), pp. 65–70.
  • Barnard L. W. Justin Martyr: His Life and Thought. — Cambridge, 1967. — P. 1–13.
  • Bobichon Ph. L'enseignement juif, païen, hérétique et chrétien dans l'œuvre de Justin Martyr, Revue des Études Augustiniennes 45/2 (1999), pp. 233–259

Həmdə bax

İstinadlar

  1. Justí // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. Iustinus // Catalogue of the Library of the Pontifical University of Saint Thomas Aquinas.
  3. Reinhold Plummer. Early Christian authors on Samaritans and Samaritanism. — Mohr Siebeck, 2002. — p.14.
  4. "Dialogus cum Tryphono Judaeo, 61". 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-07.
  5. Justin Martyr. Arxivləşdirilib 2021-05-18 at the Wayback MachineCambridge University Press, 1967, pp. 10–11.
  6. "Dialogus cum Tryphono Judaeo, 3; 7". 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-07.
  7. Justin Martyr. Arxivləşdirilib 2021-05-18 at the Wayback Machine — Cambridge University Press, 1967, pp. 5–6.
  8. St. Justin Martyr Arxivləşdirilib 2017-08-04 at the Wayback Machine // Catholic Encyclopedia
  9. Justinus. Apologia I, 3
  10. Justinus. Apologia II, 13. Arxivləşdirilib 2022-06-05 at the Wayback Machine
  11. Dialogus cum Tryphono Judaeo, 61 Arxivləşdirilib 2019-04-28 at the Wayback Machine.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.