Yusif ibn Əbu Sac

Yusif ibn Əbu Sac Divdad (İran928, Kufə) — bütün Azərbaycan torpaqlarını ilk dəfə vahid müstəqil dövlət çərçivəsində birləşdirən ilk hökmdar.[1]

Əbül Qasim Yusif ibn Əbu Sac
Yusif ibn Sacın dirhəmi
Yusif ibn Sacın dirhəmi
Oktyabr, 901 928
ƏvvəlkiDivdad ibn Məhəmməd
SonrakıƏbül-Müsafir Fəth
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Kufə
Atası Əbu Sac Divdad
Ailəsi Sacilər
Dini sünnilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əbu Sac Divdadın oğlu idi. Hakimiyyətə 901-ci ildə qardaşı oğlu Divdad ibn Məhəmmədi devirərək gəlmişdir. Marağanın divarlarını sökdürərək paytaxtı Ərdəbilə köçürən Yusif, I Smbatın xilafətin birbaşa vassalı olma təklifini eşitdi və onu hüzuruna çağırdı, lakin Smbat bundan imtina etdi. Bir neçə döyüşdən sonra 903-cü ildə Smbat onun vassalı olmağı qəbul etdi.

Ermənilərlə münasibətlər

908-ci ildə xilafətlə arası pozulan Yusif xəlifənin Smbatla aranı yaxşılaşdırmasına qəzəblənərək, digər erməni hakimi Vaspurakan hakimi I Gagiklə birlikdə NaxçıvanSüniki ələ keçirdi. 910-cu ildə Smbatın oğulları gələcək hökmdar II Aşot və qardaşı Muşel Baqratuninin komandanlıq etdiyi orduları ağır məğlubiyyətə uğradaraq hər iki oğlunu əsir aldı. Muşel zəhər içirilərək edam olundu. 913-cü ildə Yusif Smbatı qalalardan birində tələyə salaraq təslim olmağa məcbur etdi və 1 il həbsdə saxladı. Bu arada Smbatın oğlu Aşot Əlincə qalasını ələ keçirmiş və orda müdafiə olunmağa başlamışdı. Yusif Smbatı həbsdən çıxararaq Aşotun gözünün qabağında, qalanın ətəklərində onu edam etdi. Yusif Aşotla müharibəni davam etdirmək istəsə də xilafətlə yaranan yeni problemlər ucbatından 917-ci ildə onunla sülh bağladı və Aşot Yusifin vassalı olmağı qəbul etdi.

Gürcülərlə münasibətlər

914-cü ildə Yusif Gürcüstanı işğala başladı. Kaxetiya knyazı I Kvirike təslim oldu, oradan KaxetiyaSamtsxe-Cavaxeti bölgələrini işğal etdi, Kuvel qalasının komandanı Qobronu edam edərək Azərbaycana geri döndü.[2]

Xilafətlə münasibətlər

917-ci ildə Samanilərə qarşı müharibəyə başlayan Yusif Zəncan, Əbhər, QəzvinRey şəhərlərini ələ keçirdi. Xəlifə buna qəzəbləndi və ona qarşı ordu göndərdi, ilk savaşı qələbə ilə bitirən Yusif, ikinci ordunun gəlişi ilə Ərdəbilə çəkildi. Həmin il Əbdülmalik ibn Haşim Dərbənddən onun yanına gələrək kömək istədi, bundan sonra 919-cu ilin iyul ayında Xilafət ordusuna məğlub olan Yusif qardaşı oğlu Əbül-Müsafir Fəthlə birlikdə 3 illiyinə həbs olundu. Bu illər ərzində Azərbaycanı onun qulamı Subuk idarə etdi. 922-ci ildə həbsdən çıxan Yusif ReyHəmədanı yenidən ələ keçirdi.

Ölümü

Bu dövrdə islamın müqəddəs şəhərlərinə qarşı böyük təhlükə yaranmışdı. Ərəbistanda, Bəhreyn ərazisində qərmətilər adı ilə tanınan təriqət meydana gəlmiş və qərmətilər islamın müqəddəs şəhərləri və ziyarətgahlarına hücum etməyə başlamışdılar. Onlar xəlifənin qoşunlarını məğlubiyyətə uğradırlar. Yusif bilirdi ki, bir zamanlar onun atası və böyük qardaşı MəkkəMədinə şəhərlərinin təhlükəsizliyini təmin etmişlər. Odur ki, qərməti hücumu təhlükəsi yarananda o öz qoşunlarının bir qismi ilə cənuba doğru yürüş edir.926-cı ildə Qərmətilərə döyüşə göndərilən Yusif 8 dekabr 927-ci ildə Kufə yaxınlığında məğlub edilərək həbs olundu. Abbasi ordusu onu azad etmək üçün hücum etsə də məğlub oldu və Yusif 928-ci ilin yanvarında edam olundu. 929-cu ildən başlayaraq Sacilər dövlətini qulamlar arasından çıxan sərkərdələr idarə etməyə başlayır [3]

İstinadlar

  1. Tarix. — Azərbaycan 7–ci əsrin ortaları – 13–cü əsrin əvvəllərində, səhifə 200. // Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. Məsul katib akademik T. M. Nağıyev. "Azərbaycan" cildi. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2007, 884 səhifə. ISBN 9789952441017
  2. Minorsky, Vladimir, "Tiflis", in: M. Th. Houtsma, E. van Donzel (1993), E. J. Brill's First Encyclopaedia of Islam, 1913-1936, p. 754. Brill, ISBN 90-04-08265-4.
  3. "Iranica - Bənu Sac". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-13.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.