Yusif Salahov

Salahov Yusif Məşədi Hüseyn oğluADR hökumətinin 1918-ci ildə xaricə ali təhsil almağa göndərdiyi 99 gəncdən biri, pedaqoq, həkim.

Yusif Salahov
Yusif Məşədi Hüseyn oğlu Salahov
Doğum tarixi
Doğum yeri Şuşa, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri İstanbul, Türkiyə
Fəaliyyəti pedaqoq

Həyatı

Yusif Salahov 6 sentyabr 1897-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ailənin birinci oğlu idi. Şəhər real məktəbini bitirmişdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra hökumət öz milli kadrlarını formalaşdırmaq məqsədi ilə 99 gənci xaricə ali təhsil almağa göndərmək qərarı verdi. Onlardan biri də Yusif Salahov oldu. O, Almaniyanın Münhen şəhərində tibb fakültəsində təhsil aldı və 1928-ci ildə, Azərbaycanda sovet hakimiyyətinin irticasına baxmayaraq vətənə qayıtdı.

XX əsrin 30-cu illərində Sovet hakimiyyəti tərəfindən, Stalinin və Beriyanın rəhbərliyi altında ziyalılara qarşı repressiyalar həyata keçirildi. Bu dövrdə "xalq düşmənlərinin" axtarışı Cümhuriyyət dövründə xaricdə təhsil almış gənclərin əksəriyyətinin məhvinə səbəb oldu. Yusif Salahov o dövrdəki repressiyalarda təsadüf nəticəsində sağ qala bilmişdir.

Ailəsi

Yusif 1931-ci ildə Məryəm xanım Mahmud bəy qızı Hacıyeva ilə ailə qurmuşdu. Onun bu nigahdan Cəmil, Yavuz və Altay adlı üç oğlu dünyaya gəlib. Hal-hazırda Məryəm xanım Mahmud bəy qızı Hacıyeva və onun üç övladları Cəmil, Yavuz və Altay dünyalarını dəyişiblər.

Oğlu Altay 15 Aprel 2019-cu il tarixində dünyasını dəyişib.

Mənbə

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.