Yusif Sadıqov

Yusif Sadıqov (tam adı: Yusif Allahverdi oğlu Sadıqov) — 20 Yanvar şəhidi.[1]

Yusif Sadıqov
Yusif Allahverdi oğlu Sadıqov
Doğum tarixi
Doğum yeri Cil, Göyçə mahalı, Ermənistan SSR, SSRİ
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi Sovet Ordusunun təcavüzü
Dəfn yeri Şəhidlər Xiyabanı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı nişanlı
Atası Allahverdi
Anası Kəhriz
Milliyyəti azərbaycanlı

Həyatı

Yusif Allahverdi oğlu Sadıqov 1964-cü ildə Ermənistan SSR-nin Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1981-ci ildə Cil kənd orta məktəbini qızıl medalla bitirib Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada oxuyurdu. Təzə nişanlanmışdı, tezliklə toyu olacaqdı ailənin sonbeşiyi Yusif Sadıqovun[2].

  • Fizika-riyaziyyat elmləri doktoru, professor Misrəddin Sadıqovun kiçik qardaşıdır.
  • Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın kiçik qardaşıdır.

Bir qolu dəfn olunub

O müdhiş gecədən bir gün əvvəl Yusif bacısı Sayalı xanımla söhbətində deyib ki, azadlıq uğrunda həlak olanlar ölmür, şəhid olurlar, azadlıq isə qurbansız olmur. Bəli, azadlıq yolunda, suverenlik yolunda həlak oldu Yusif. Özü də 26 yaşı tamam olduğu gün. Atası Sadıqov Allahverdi yanvarın 20-də Yusifin papağını Salyan kazarmasının yanından tapıb. O gündən ilim-ilim itib Yusif. Fevralın 4-də onun atası yenidən Semaşko adına xəstəxanaya gedir. Ölüxanada bir sağ qoldan çıxan paltarları ona göstərirlər. Atası oğlunun paltarlarını tanıyır. Kəsik qolundan çıxan paltarlar bunlardır: palto, pencək, köynək, jilet, alt köynək. Buna görə də valideynləri belə hesab edir ki, Yusif həlak olub. Bədən isə yoxdur. Onun sağ qolu Şəhidlər xiyabanında basdırılıb.

Həmçinin bax

Mənbə

İstinadlar

  1. "İradə Gözəl Vəlibəyli, "Təki Vətən yaşasın!" — butov.az saytı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-27.
  2. Gülzar və Tahir İbrahimovlar. "Ulu Göyçənin şəhid oğlu", "Xalq qəzeti", 19 yanvar 2009-cu il
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.