Yusif Qazıyev (aktyor)

Yusif Lətif oğlu Qazıyev (22 mart 1931, Gəncə21 mart 1987, Kirovabad) — Azərbaycan teatr aktyoru, Kirovabad Dövlət Dram Teatrının direktoru (1971–1985), Azərbaycan SSR əməkdar artisti (1971).

Yusif Qazıyev
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1949–1971
Təhsili Azərbaycan Dövlət Teatr İnstitutu
Teatr Kirovabad Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1971

Həyatı

Yusif Qazıyev 22 mart 1931-ci ildə Gəncə şəhərində anadan olub. O, 1949-cu ildən 1971-ci ilə kimi Kirovabad Dövlət Dram Teatrında aktyorluq fəaliyyəti göstərib. 1971–1985-ci illərdə bu teatrın direktoru, 1981–1985-ci illərdə isə şəhər mədəniyyət şöbəsinin müdiri işləyib.[1]

Yusif Qazıyev 1975–1980-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda qiyabi təhsil alıb. O, 21 mart 1987-ci ildə Kirovabad şəhərində vəfat edib.[1]

Mükafatları

İfa etdiyi əsas rollar

TamaşaMüəllifRol
Qaçaq NəbiSüleyman RüstəmXəlil
Bir evin sirriTur qardaşlarıYapon jurnalisti
AlmazCəfər CabbarlıBarat
Nəsrəddin şahCəfər CabbarlıNadir
Ailə namusuHüseyn MuxtarovQurban
Xırs quldurbasanMirzə Fətəli AxundovKərəm
XərçənglərSergey MixalkovLyoşa
Hacı QəmbərNəcəf bəy VəzirovMahmud
Çiçəkli dağMəmmədhüseyn TəhmasibHadı
FərhadAltay MəmmədovKişilər
FəridAltay MəmmədovHəmyerlilər
Bahar sularıİlyas ƏfəndiyevUğur
Mənim günahımİlyas ƏfəndiyevSahib
Komsomol poeması[lower-alpha 1]İsgəndər CoşqunBəxtiyar
Sabahın xeyirViktor RozovSlava
Aldanmış adaxlıRiçard ŞeridanDon Antonio
Dağlı qızıRəsul HəmzətovYusup
Bura gəlinƏziz NesinŞarey
SəməndərFirudin AşurovMurad
Şərqin səhəriƏnvər MəmmədxanlıBəhruz
Əliqulu evlənirSabit RəhmanRövşən

Qeydlər

  1. Səməd Vurğunun eyniadlı poeması əsasında

İstinadlar

  1. Rəhimli, 2017. səh. 390–391

Ədəbiyyat

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. 416 səh. ISBN 5-86874-179-X.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.