Yusif Hümbətov
Yusif Kərim oğlu Hümbətov (20 oktyabr 1950, Güllübulaq, Amasiya rayonu) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü.
Yusif Hümbətov | |
---|---|
Azərbaycan Milli Məclisinin 1-ci çağırış üzvü | |
24 noyabr 1995 – 30 noyabr 2005 | |
Seçki dairəsi | 1995 — 97 nömrəli Cəlilabad qəsəbə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1950 (73 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Yusif Hümbətov 1950-ci il sentyabrın 20-də Amasiya rayonunun Güllübuaq qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq bölməsini, Bakı Ali Partiya Məktəbinin Hüquq böməsini və Azərbaycan Universiteti Hüquq bölməsində ali təhsil alıb. Rus və alman dillərini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Ailəlidir, üç övladı var.
Fəaliyyəti
1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 97 nömrəli Cəlilabad qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Yusif Hümbətov, I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Yusif Hümbətov, Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının və Azərbaycan—Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]
İstinadlar
- Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "I çağırış Azərbaycan Milli Məclisinin Aqrar siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.