Yusif Eyvazov
Yusif Eyvazov (2 may 1977, Əlcəzair, Əlcəzair[3]) — Azərbaycan əsilli opera müğənnisi, dramatik tenor, Azərbaycanın Xalq artisti (2018). Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru.[4]
Yusif Eyvazov | |
---|---|
| |
Vəzifədədir | |
7 aprel 2023-cü ildən | |
Əvvəlki | Akif Məlikov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 may 1977 (46 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | opera müğənnisi |
Həyat yoldaşı |
|
Elmi fəaliyyəti | |
Elm sahəsi | musiqi[2] |
|
|
Təltifləri |
Milan Beynəlxalq Opera müğənniləri müsabiqəsinin Qran Pri mükafatı (2008). |
yusifeyvazov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yusif Eyvazov 1977-ci ildə Əlcəzairdə ziyalı azərbaycanlı ailəsində anadan olmuşdur. Onun valideynləri həmin dövrdə Sovet İttifaqının mütəxəssisləri qismində Əlcəzairdə işləyirdilər. Atası metallurgiya üzrə mütəxəssis, Bakı Dövlət Unversetinin professoru olmuşdur. Bakıda böyüyüb başa çatan və atasının yolunu davam etdirmək istəyən Yusif orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olur. Hələ Texniki Universitetin tələbəsi olarkən, tələbə yığıncaqlarının birində yoldaşlarının xahişi ilə "hansısa bir pop mahnısını" ifa edir və dostlarının təkidi ilə musiqi təhsili almaq qərarına gəlir.[5] Musiqini həssas duymaq qabiliyyəti, oxumaq istedadına və həvəsinə görə, Yusif Eyvazov 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olur, daha sonra təhsilini davam etdirmək məqsədi ilə 1998-ci ildə İtaliyaya, Milana gedir. Burada Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqodan ustad dərsləri alır[6]. 2009-cu ilin aprelində Bakıda ilk solo konserti ilə çıxış etmişdir. 2010-cu ildə Dövlət Akademik Böyük Teatrda Kavaradossi ("Toska" C. Puççini) obrazı ilə debüt çıxış etmişdir.
Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olmuşdur.
9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[7]
21 may 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[8]
7 Aprel , 2023-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktoru təyin olunub.[9]
Opera
Yusif Eyvazov seçdiyi rollarda daha çox italyan operalarının repertuarına üstünlük verir. Cüzeppe Verdi, Boyto, Verismo, Rucero Leonkavallo, Cakomo Puççini və Maskanyidən tutmuş Cordanoya kimi bəstəkarların əsərlərindəki qəhrəman obrazların ariyaları Y. Eyvazovun repertuarında əsas yer tuturlar. C. Verdinin "İl trovatore" operasından Manriko, "Aida" operasından Radames və "Otello"da Otello, Puççininin əsərlərindən isə "Manon Lesko" operasında Kavaler de Grie (Des Grieux), „La Boheme“ operasında Rodolfo, "Toska"da Kavaradossi, "İl tabarro"da Luici və "Turandot" operasında isə Kalaf obrazları onun ifa etdiyi rollar sırasındadır. Rus repertuarından indiyədək yalnız P. İ. Çaykovskinin "Qəliz qadın" operasındakı Hermann rolu ilə səhnəyə çıxan Y. Eyvazov fransız operalarından J. Bizenin "Karmen" operasında Don Xose obrazını canlandırıb.
Karyerasında İtaliyada başlayan Y. Eyvazov Opera Fiesoledə, Roma Opera Teatrında (it. Teatro dell'Opera di Roma) və Arena di Veronada Radames partiyasını, Venesiyada Teatro La Fenice-də Hermann, Ravenna Festivalında Otello partiyalarını ifa etmişdir. Hələ 2010-cu ildə Dövlət Akademik Böyük Teatrda Kavaradossi rolunu ifa etmək üçün dəvət almışdır. 2014-cü ildə Anna Netrebko ilə tərəf müqabili olan Yusif Eyvazov Romada görkəmli dirijor Rikkardo Mutinin rəhbərliyi ilə C. Puççinin "Manon Lesko" operasında De Grie obrazını canlandırmışdır. Sonrakı səhnə uğurları Rucero Leonkavallinin "Klounlar" (it. "Pagliacci") operasında Kanio rolu rolu olmuşdur.
Konsertlər
Yusif Eyvazov Cüzeppe Verdi Milan Simfonik Orkestri (qısaca LaVerdi adı ilə tanınır) ilə dəfələrlə konsert proqramları ilə çıxış etmişdir. Konsert zallarında daha çox italyan operalarından məşhur ariya və duetlər ifa etməyə üstünlük verir. Red Ribbon Celebration Concert 2014 tədbirində Piotr Beczała, Thomas Hampson, Jennifer O’Loughlin, Luca Pisaroni, Ildar Abdrazakov və Vesselina Kasarova ilə birgə səhnədə yer almışdır. Həmin Qala konsertinin solistlərini ORF Radio Simfonik Orkestri müşayiət etmişdir.
Barselonada Palau de la Musica Catalana konsert zalında Massimo Zanettinin dirijorluğu ilə keçirilən konsertdə Anna Netrebko ilə tərəf müqabili olub. 2015-ci ilin yayında isə Versal sarayının parkında açıq səma altında təşkil olunan konsertdə səhnəyə çıxıb. 2015-ci ilin dekabrında Parma şəhərində Verdi və Puççinin operalarından parçalar ifa edib, bir neçə gün sonra isə Anna Netrebko və Eleonora Buratto ilə birlikdə Forlidə dünya şöhrətli dirijor Rikkardo Mutinin dirijorluğu ilə Recital Pucciniano konsert proqramında onu dinləmək mümkün olub. 2016-cı ilin yaz aylarında Netrebko ilə Asiya ölkələrinə qastrolda olub, onlar Honqkonq, Seul, Naqoya, Tokio və Taypeydə birgə konsertlər veriblər. 2016-cı ilin avqust ayında Zaltsburq Yay Festivalında (almanca Salzburger Festspiele) Anna Netrebko və Yusif Eyvazovun ifasında C. Puççinin "Manon Lesko" operasının əsas partiyalarından ibarət konsert baş tutub.
Yusif Eyvazov həmçinin xeyriyyəçilik tədbirlərində də çıxış edir. 2015-ci ildə Vyana Life Ball və Vyana Musiqi Cəmiyyətində (almanca Wiener Musikverein) İldebrando D´Arkancelo və Anna Netrebko ilə birgə Avstriya Autistlərə Yardım Təşkilatının xeyrinə konsert proqramı ilə çıxış edib.[10]
Ailə həyatı
2014-cü ilin mart ayında Yusif Eyvazov öz Facebook səhifəsində statusunu nişanlı olaraq dəyişsə də, kiminlə nişanlandığına aydınlıq gətirmədi. 10 iyul 2014-cü ildə isə Anna Netrebko öz Facebook səhifəsində nişanlandığını bəyan etdi. Cütlük həmin ilin fevral ayında Roma şəhərində "Manon Lesko" operasının məşqləri zamanı tanış olubmuş. 29 dekabr 2015-ci ildə Anna Netrebko və Yusif Eyvazov Vyanada nikah bağladılar. Nikah mərasimi "Koburq" sarayında (Palais Coburg), onun ardınca isə toy mərasimi "Lixtenşteyn" sarayında (Palais Liechtenstein) baş tutdu.[11]
Yusif Eyvazov Anna Netrebko və onun ilk nikahdan olan oğlu Tiaqo ilə Vyanada yaşayır. O, çox yaxşı ingiliscə və demək olar ki, mükəmməl səviyyədə italyan dilində danışır.
Repertuarı
27 fevral 2014-cü ildə Roma Opera Teatrında (it. Teatro dell'Opera di Roma) Cakomo Puççininin "Manon Lesko" ("it. Manon Lescaut") operasının nümayişi anşlaqla keçib. Operada azərbaycanlı tenor Yusif Eyvazov kavaler de Qrie (Des Grieux) partiyasını, rusiyalı soprano Anna Netrebko isə Manon Lesko partiyasını ifa edib[12].
|
- 2003, 2004, Cüzeppe Verdinin Traviata operasında Alfredo[6]
- 2010, Moskva, Bolşoy Teatr, Cakomo Puççininin Toska operasında Kavaradossi[6]
- Cüzeppe Verdinin Bohema operasında Rudolfo[6]
- Riçard ("Bal-Maskarad" C. Verdi)[6]
- Don Xose ("Karmen" J. Bize)[6]
- Cüzeppe Verdinin Nabukko operasında İzmail[6]
- 2008, Milan, Cüzeppe Verdinin Riqoletto operasında hersoq[6][13]
Haqqında
|
İstinadlar
- Deutsche Welle. 2015.
- Eyvazov, Yusif // Çex Milli Hakimiyyət Məlumat bazası.
- "Интервью с Юсифом Эйвазовым". Vinegret.az.
- "Yusif Eyvazov Opera və Balet Teatrına direktor təyin olundu". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- NEWS: [http://www.news.at/a/anna-netrebko-freund-yusif-eyvazov Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine
- Yusif
- President.az. "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.03.2017. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
- President.az. "Y.V.Eyvazova "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2018-05-21 17:45. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.05.2018.
- "Opera və Balet Teatrına yeni direktor təyin olunub". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- Daniela Schimke: Netrebkos Verlobter um 15 Kilo leichter Arxivləşdirilib 2016-03-25 at the Wayback Machine, Kurier, 15. April 2015
- 180 Gäste und Kutschenfahrt: Anna Netrebko heiratet in Wien. Arxivləşdirilib 2018-01-16 at the Wayback Machine derStandard.at. 29. Dezember 2015, abgerufen am 1. März 2016
- sia.az
- Get-Tune.net
Xarici keçidlər
- Yusif Eyvazov, Saytı
- qrafik planı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Yusif Eyvazov Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Agenturprofil (ital.)
- YouTube, Manon Lesko və De Qrie dueti (Anna Netrebko ilə)